Məhkəmə qərarları › İş №2(007)-2139/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2139/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2139/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Balakişiyeva (Eldarlı) Günel Sahib qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Balakişiyeva (Eldarlı) Günel Sahib qızına qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 22 faizlə 36 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərtini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.02.2021-ci ilədək Balakişiyeva (Eldarlı) Günel Sahib qızının banka 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 853.13 manat əsas borc, 101.47 manat faiz borcu və 50.42 manat cərimə borcu olmaqla ümumilikdə 1005.02 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Balakişiyeva (Eldarlı) Günel Sahib qızından 19.07.2019-cu il tarixli kredit müqaviləasi üzrə 853.13 manat əsas borc, 101.47 manat faiz borcu və 50.42 manat cərimə borcu olmaqla ümumilikdə 1005.02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilr. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Balakişiyeva (Eldarlı) Günel Sahib qızı arasında bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 22 faizlə 36 ay müddətinə 1000 manat kredit götürmüşdür. Balakişiyeva (Eldarlı) Günel Sahib qızı müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 30.03.2020-ci il tarixli ödəniş tapsırığından görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Balakişiyeva (Eldarlı) Günel Sahib qızının 853.13 manat əsas borc, 101.47 manat faiz borcu və 50.42 manat cərimə borcu olmaqla ümumilikdə 1005.02 manat borcu vardır. İş materiallarında olan 16.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Balakişiyeva (Eldarlı) Günel Sahib qızından 853.13 manat əsas borc, 101.47 manat faiz borcu və 50.42 manat cərimə borcu olmaqla ümumilikdə 1005.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Balakişiyeva (Eldarlı) Günel Sahib qızından 853.13 manat əsas borc, 101.47 manat faiz borcu və 50.42 manat cərimə borcu olmaqla ümumilikdə 1005.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar