Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2169/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh X2 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyası və cərimələrin və faizlərin yığılmasının dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdeh X2 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyası və cərimələrin və faizlərin yığılmasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun restrukturizasiya edilməsinin Cavabdeh X2 Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, kredit müqaviləsi üzrə gündəlik cərimələrin və faizlərin yığılmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
Hakimin mövqeyi:
5. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
6. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh X2 Səhmdar Cəmiyyətinin hüquqi ünvanı AZ1014, ünvan 1üyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddiaçı Cavabdeh X2 Səhmdar Cəmiyyətinin X1 yerə görə deyil, Cavabdeh X2 Səhmdar Cəmiyyətinin rəsmi qeydə alındığı yerə görə aidiyyatı məhkəməyə müraciət etməlidir.
7. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.
8. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
9. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
10. İş materiallarına əlavə edilmiş 4472 nömrəli mədaxil qəbzdən görünür ki, ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 4472, əməliyyat İD: 491465027, terminal nömrəsi: ADM114278, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 16:45) İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
11. Qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
12. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh X2 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyası və cərimələrin və faizlərin yığılmasının dayandırılması” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Cavabdeh X2 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyası və cərimələrin və faizlərin yığılmasının dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 4472, əməliyyat İD: 491465027, terminal nömrəsi: ADM114278, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 16:45) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova