Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2184/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq. Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli. TR 057 saylı və 22 avqust 2011-ci il tarixli. TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATVl”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar.Bu qanunsuzluqlarin qarşısının alınması məqsədi ilə “AG Telekom" MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il. 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 28 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan X1 əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 26.06.2011-ci il tarixdə müqavilə bağlanmışdır.Belə ki, son abunə haqqının ödənilməsi 01.06.2012-ci il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 02.06.2012-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır.Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 16.07.2012-ci il tarixdə son baxış keçirilmişdir.Sonra isə 18.02.2013-cü il tarixdə "Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0837 KA saylı akt tərtib olunmuşdur.Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir.İddia ərizəsinə əlavə olunmuş MAPS arayışdan da görünür ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Azərbaycan Respublikasının mülki Prosesula Mocollosinin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri molum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddia ərizəsinə əlavə olunmuş 57 saylı MKİS tərəfindən verilmiş arayışdan da görünür ki, cavabdeh ünvan 2 ünvanında yaşayır və əmlak ona məxsusdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 16.07.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 18.02.2013-cü il tarixə qədər olan müddət 217 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 65 manat 10 qəpik təşkil edir.Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi.Belə ki, “AG Telekom" MMC ilə 14 Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz. əlli) manat pul ödəyir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 65,10 manat abunə haqqı qismində vurulan zərər,hüquqi xidmətlərin göstərilməsi üçün 150 manat,dövlət rüsumuna görə 20 manat,cəmi 235,10 manat pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan 18.02.2013-cü il tarixli, 0837 KA saylı aktın surətindən görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ,ev 5, saylı ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman həmin evin 11 saylı mənzilində yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan 24.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Nizami rayonu, Azər Manafov küçəsi, ev 5 saylı ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 26.06.2012-ci il tarixində bu ünvan KATV1 kabel televiziyası şəbəkəsinə qoşulub 01.06.2012-ci il tarixinədək isə son ödəməsini edib. 02.06.2012-ci il tarixində borcsuz şəkildə şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikasının Telekommunikasiya haqqında qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatora,pravayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi, dövlət rüsumunun tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə nümayəndəyə ödənilmiş 150 manat pulun cavabdehdən tələb olunması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, Cavabdeh məhkəmə iddiası ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli,Cavabdeh İddiaçı MMC-nin xeyrinə 65.40 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh “K.ATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG Telekom" MMC-nin xeyrinə, müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 65 manat 10 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 235 manat 10 qəpik məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2184/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2184/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver