Məhkəmə qərarları › İş №2(007)-2186/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2186/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2186/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X2 kаtibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və yetkinlik yaşına çatmamış uşağı X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, 48 saylı evin, 82 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil hazırki mübahisənin ailə münasibətlərindən irəli gəldiyi üçün iddiaçının bununla bağlı mediasiya şurasına müraciət etmədiyini, nümayəndənin etibarnamədə imza etmək hüququnun olmadığını bildirdi və mülki işin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin etibarnamədə təmsil etmək hüququ göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 259.0.13-cü maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, iddia ərizəsi baxılmamış saxlanılır. Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərari ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. “Mediasiya haqqında ”Azərbaycan Respublikasının Qanununun: 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilməlidir. 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 21.9-cu maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Beləliklə, məhkəməyə təqdim edilən iş materiallarından görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilib-edilməməsi barədə Arayış yoxdur. İş materiallarında olan AZ-İ seriyalı 268379 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 294 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Cəfərova soyadı verilmişdir. Hazırda iddiaçı keçmiş gəlini Cavabdeh və onun yetkinlik yaşına çatmamış uşağı X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olduğu üçün mediasiya tətbiq edilməlidir. Həmçinin bununla yanaşı iş materiallarında olan etibarnamədə iddia ərizəsini imzalamaq hüququ və təmsil etmək səlahiyyəti göstərilməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından “Mediasiya haqqında ”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması tərəflərə izah edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 225400543, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213, mədaxil qəbzi: 20006, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 12:36) dövlət büdcəsindən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi bахılmаmış sахlаnılsın. Tərəflərə izah edilsin ki, “Mediasiya haqqında ”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 225400543, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213, mədaxil qəbzi: 20006, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 12:36) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar