Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2216/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" BOKT QSC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2018-c il tarixli N48-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60.55 (altmış manat əlli beş qəpik) AZN əsas borc, 58.43 (əlli səkkiz manat qırx üç qəpik) AZN faiz borcu, ümumilikdə 118.98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2018-ci il tarixli N48-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 309.06 (üç yüz doqquz manat altı qəpik) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınıb. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirməmişdir. Borclunun 25 iyul 2018-ci il tarixli N48- 0***-******* nömrəli kredit müqaviləsinə görə 23.07.2020-ci il tarixə əsas borcu 60.55 (altmış manat əlli beş qəpik) AZN və faiz borcu 58.43 (əlli səkkiz manat qırx üç qəpik) AZN təşkil edir. Kredit üzrə ümumi borc 118.98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 2.3. maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1. bəndinə əsasən gcikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.50 (sıfır tam onda beş) faiz dərəcəsində dəbbə pulu hesablanır və boralan tərəfindən kreditora ödənilir. 24.07.2020-ci il tarixinə borclunun "xxxx" BOKT QSC-yə ümumi 118.98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) AZN borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətində, illik 44 faiz ödəmək şərti ilə 309.06 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" BOKT QSC-nin 23 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 60.55 manat, faiz borcu üzrə 58.43 manat borcu vardır. İşə əlavə olunmuş 02 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" BOKT QSC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 25 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 25 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 60.55 (altmış manat əlli beş qəpik) AZN əsas borc, 58.43 (əlli səkkiz manat qırx üç qəpik) AZN faiz borcu olmaqla, cəmi 118.98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) AZN borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" BOKT QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2216/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2216/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver