Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2227/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 3300 manat əsas borc, dəymiş ziyana görə 3500 manat olmaqla, ümumilikdə 6800 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxından tanıdığı X1 vasitəsi ilə 15 sentyabr 2023-cü ildə Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pul vermişdir. Cavabdeh borcun bir hissəsini yəni 1200 (bir min iki yüz) manatını qaytarmış qalan hissəsini yəni 4500-1200=3300 (üç min üç yüz) manatı qaytarmaqdan imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2 və 370-ci maddələrinə əsasən əqdlər yazılı şifahi və ya notarial qaydada bağlanır. Cavabdeh borc aldığını və dəymiş ziyanı ödəyəcəyini yazılı şəkildə öz imzası ilə təsdiq etmişdir. 15 sentyabr 2023-cü ildən 25 aprel 2024-cü ilə, yəni indiyə qədər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21ci maddəsinə əsasən mənə xeyli maddi ziyan vurmuşdur. Təxmini 3500 manatdan çox. Cavabdeh 3300 (üç min üç yüz) manat əsas, əldən çıxmış faydaya görə 3500 (üç min beş yüz manat) olmaqla, cəmi 3300+3500=6800 (altı min səkküz yüz) manat ödəməlidir.
İş materialları :
3. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli “borc alma haqqında izahat və ya müqavilə”dən görünür ki, Cavabdeh tərəfindən yaxından tanıdığı X1 vasitəsi ilə İddiaçı bir il müddətinə dəymiş ziyanı da ödəmək şərti ilə 4500 manat məbləğində borc pul aldığı qeyd edilmiş və həmin sənəd İddiaçı, Cavabdeh və Hacıyeva Mahirə tərəfindən imzalanmışdır.
4. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 3300 manat əsas borc və dəymiş ziyana görə 3500 manat olmaqla, ümumi 6800 manat borcu olduğunu bildirmiş və 3 (üç) gün müddətinə 6800 manat borcun ona ödənilmədiyi halda, borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 89 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o 4500 manat məbləğində vəsaiti Mahirəyə vermişdir. O əvvəllər də bir neçə dəfə Mahirəyə pul vermişdir. O pulu Mahirəyə verir, o isə verdiyi şəxsə imza etdirməklə sənədi ona qaytarmışdır. Mahirə ona pulu kimin üçün aldığını bildirməmişdir. Sonradan məlumatı olmuşdur ki, pulu Ayaza vermişdir. Ayaz əvvəl də ondan pul götürmüşdür. Həmin verdiyi vəsaitin ödənilməsi üçün Ayaz kartını vermişdir. Hazırki verdiyi vəsaitin ödənilməsi üçün də Ayazın kartı verilmişdir. Həmin kartdan 3 ay 400 manat pul çıxarmışdır. Həmçinin qeyd etmişdir ki, o bir neçə ay əvvəl də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin Mahirə maşının satılaraq ödəniş ediləcəyini bildirdiyi üçün iddia ərizəsini geri götürmüşdür. O qeyd etmişdir ki, o pulu Mahirəyə versədəd sənəddə Elçinin adı olduğundan pulu ondan tələb edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, cavabdehi tanımır. Onu ilk dəfədir ki görür. O pulu Mahirə xanıma vermişdir. Cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı deyildir.
7. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən zaman cavabdeh bildirmişdir ki, o, pulu almamışdır, İkinci Qarabağ müharibəsi ilə bağlı rayonda qısametrajlı filmlər çəkən zaman ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin surəti lazımdır. O, şəxsiyyət vəsiqəsinin surətini Ayaza versə də, digər məsələlərdən məlumatı olmamışdır. Həmçinin qeyd etmişdir ki, həmin sənəddəki imza ona məxsus deyildir. İşin faktiki halı :
9. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı X3 qəbzə imza etdirməklə 4500 manat məbləğində pul vəsaiti vermişdir.
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia tələbini yönəltdiyi Cavabdeh tanımır, onu X2 ona təqdim etdiyi qəbzdə Cavabdeh adı yazıldığı üçün cavabdeh qismində cəlb etmişdir.
11. X7 iddiaçı tərəfindən pul vəsaitinin ona verildiyini qəbul etmiş və pul vəsaitini Cavabdeh deyil İbayev Ayaza verdiyini bildirmişdir.
12. İddiaçı verilmiş borc vəsaitinin 1200 manat hissəsini onda olan İbayev Ayaza məxsus plastik kartdan 4 ay müddətinə hər ay 400 manat olmaqla çəkmişdir..
13. İddiaçıya məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, iddiaçı tərəfindən təklif qəbul edilməmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
18. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı aşağıdakı sualın cavablandırılması zəruridir: “kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?”.
19. Bu çərçivədə iddiaçının kimliyi və subyektiv hüququ, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir.
20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Beləliklə, bu məzmundan iddianın təmin edilməsi üçün iddiaçının hansısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir.
22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
23. İddiaçı Cavabdeh qarşı pul tələbini X8 vasitəsilə ona borc verməsi və onun tərəfindən aldığı borc məbləğinin və dəymiş ziyanı ödəyəcəyinə dair yazılı şəkildə öz imzası ilə təsdiq etməsi ilə əsaslandırmışdır.
24. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsi nəzərdən keçirilməli və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlana bilər. Lakin qanunvericilikdə borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq müqavilənin forma tələbi müəyyən edilmişdir. Belə ki, müqavilənin predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanılması tələbi müəyyən edilmişdir (740.2 m).
27. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, pul vəsaiti İddiaçı tərəfindən vasitəçi X4 verilmiş və bu tərəflər arasında sadə yazılı formada bir vərəqəyə imza edilməklə təsdiqlənmişdir. Daha sonra həmin vərəqə Hacıyeva Mahilə tərəfindən borc verdiyi şəxsə imza etdirilməklə iddiaçıya təqdim edilmişdir. Həmin vərəqədə pulu alanın imzası hissəsində CavabdehN qeydi aparılmaqla imza edilmişdir. Qeyd edilən hallar iddiaçının məhkəmə iclasında verdiyi izahatlar ilə öz təsdiqini tapmışdır (o cümlədən məhkəmə iclasında iştirak edən X8 da qeyd edilən halları təsdiq etmişdir).
28. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan borc almadığını və həmin qəbzdə olan imzanın ona məxsus olmadığını bildirmişdir. Həmçinin məhkəmə tərəfindən ekspertiza təyin edilməklə imzanın ona məxsus olub-olmadığının müəyyən edilməsinə etirazı olmadığını bildirmişdir.
29. İş üzrə ekspertiza təyin edilməsi mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə uzlaşmadığı üçüm məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməmişdir.
30. Belə ki, məhkəmə qeyd edir ki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
31. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. Cavabdeh iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.
32. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.
33. Məhkəmə hazırki işin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir.
34. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən İddiaçı oğluna cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamışdır.
35. İddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamasını həmin qəbzdə Məmmədov Elçinin adının qeyd edilməsi ilə əsaslandırmışdır.
36. Məhkəmə AR MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığına görə işə irəli sürülmüş tələblər üzrə baxmışdır.
37. Qanuna əsasən, iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu qayda tələb hüquqlarının mahiyyətindən irəli gəlir.
38. Belə ki, tələb hüquqları yalnız müqavilənin tərəfinə qarşı ilə sürülməklə ondan hər hansı hərəkəti yerinə yetirməyi istəmək imkanı verir. Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi də əqdin iştirakçısı olan borcluya məxsusdur, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
39. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (delikt və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
40. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür.
41. Ona görə də, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.
42. Baxılan işdə isə iddiaçı ilə cavabdeh arasında müqavilədən və ya digər əsaslardan doğan hüquq münasibətləri aşkar edilməmişdir
43. Belə ki, iddiaçı iddia tələbini cavabdehə 4500 manat məbləğində borc pul verməsi, lakin cavabdehin həmin pulu qaytarmaması ilə əsaslandırsa da, məhkəmə iclasında o, Elçini indiyə qədər görmədiyini, onu tanımadığını və pulu ona vermədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda pul vəsaitini X4 verdiyini, Hacıyeva Mahilə tərəfindən pul vəsaiti götürülərkən onun tərəfindən pul vəsaitinin kimə verilməsi üçün götürüldüyünü demədiyini, sonradan pul vəsaitinin Ayaza verildiyini bildiyini, lakin borc vərəqəsində Elçinin adı qeyd edildiyi üçün cavabdeh qismində o cəlb edilməli olduğunu bildirmişdir.
44. Həmçinin işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırki məhkəmə mübahisəsindən əvvəl İbayev Ayaza borc verilmiş və həmin pul vəsaiti Ayaza məxsus olan əmək haqqı kartından iddiaçı tərəfindən çıxarılmaqla ödənilmişdir. Hazırki mübasəli borc münasibətləri üzrə də ödənilmiş 1200 manat məbləğində pul vəsaiti də İbayev Ayaza məxsus əmək haqqı kartından çıxarılmışdır.
45. Həmçinin məhkəmə iclasında iddiaçı cavabdehi tanımamışdır və iddiaçı tərəfindən verilmiş vəsatətdə də imzaların İbayev Ayaza məxsus olması qeyd edilmişdir.
46. Məhkəmə iclasında iştirak edən iddia ərizəsində və qəbzdə adı qeyd edilən Hacıyeva Mahilə isə pul vəsaitinin iddiaçıdan onun tərəfindən alındığın qəbul etmiş, lakin pul vəsaitinin Cavabdeh deyil, İbayev Ayaza verildiyini və qəbzdə olan imzanın da İbayev Ayaza məxsus olduğunu bildirmişdir. Həmin qəbzdə Cavabdeh adı yazılmasının səbəbini isə qəbzə qol çəkilən zaman İbayev Ayazın şəxsiyyət vəsiqəsinin üzərində olmaması, həmin vaxt Elçinin şəxsiyyət vəsiqəsinin onda olması ilə əsaslandırmışdır.
47. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiyi işin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından Cavabdeh qarşı borc müqaviləsinə əsasın ondan pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslı deyil.
48. Belə ki, iddiaçı cavabdehə aralarında bağlanılmış borc müqaviləsinə əsasən borc verməsini və cavabdehin ondan borc almasını sübuta yetirə bilməmişdir.
49. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
51. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
52. Əksinə məhkəmə iclasında həm iddiaçı tərəfindən cavabdeh ilə qarşılıqlı hüquq münasibətlərinə daxil olmaq niyyəti ilə Hacıyeva Mahiləyə pul vəsaiti verməsi, həmçinin cavabdeh tərəfindən həmin pul vəsaitini qəbul etməsi, hər hansı bir öhdəlik götürməsi və ya iddiaçı qarşısında İbayev Ayazın öhdəliyinin icrasının təmini üçün öhdəlik götürməsi müəyyən edilməmişdir.
53. Məhkəmə qeyd edir ki, iddianın əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olubolmadığı barədə məsələyə məhz əsl cavabdehlərə qarşı olan həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər.
54. Belə ki, məhkəmə iclasında işin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı tərəfindən borc pul vəsaiti verilmiş və həmin pul vəsaiti Hacıyeva Mahiləyə verilmiş və onun tərəfindən qəbul edilmişdir. Həmin pul vəsaitinin X9 tərəfindən X10 verilibverilməməsi isə həmin iddia tələbi üzrə işin hallarının araşdırılması zamanı müəyyən edilərək qiymət verilməli olan haldır (iddiaçı cavabdehin əsl cavabdehlərlə əvəz edilməsinə razılıq verilmədiyindən iş üzrə icraata cəlb edilməmişdir).
55. Nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinə müvafiq olaraq, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın həmin tərəfə münasibətdə mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmamışlar.
56. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi, iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyinə görə təmin edilməməlidir.
57. Məhkəmə həmçinin iddiaçının vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir işin araşdırılması zamanı cavabdehin və Haciyeva Mahilənin əməlində qeyd edilən hallar aşkar edilməmişdir. Hacıyeva Mahilə iddiaçıdan tərəfindən pul vəsaiti aldığını inkar etməmişdir.
Məhkəmə xərcləri :
60. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 89 manat dövlət rüsumu ödənilmişdir.
61. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
62. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddiaçı Cavabdeh 3300 manat əsas borc və 3500 manat məbləğində dəymiş ziyan olmaqla, cəmi 6800 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva