Məhkəmə qərarları › İş №2(007)-2228/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2228/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2228/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07 may 2019-cu-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” 01 mart 2021-dək Cavabdeh banka 07 may 2019-cucü il tarixli kredit müqaviləsi üzrə 1034.92 manat əsas borc, 125.29 manat faiz borcu və kredit müqaviləsi üzrə 25 fevral 2021-ci il tarixdən, 01 mart 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 0.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1161.06 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı 07 may 2019-cu-cü il tarixli kredit müqaviləsi üzrə 1034.92 manat əsas borc, 125.29 manat faiz borcu və kredit müqaviləsi üzrə 25 fevral 2021-ci il tarixdən, 01 mart 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 0.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1161.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 may 2019-cu il tarixli 11-MY-1-0-1040-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 28 faizlə 18 ay müddətinə 2500 manat kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 07 may 2019-cu il tarixli 11-MY-1-0-1040-19 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 07-dən gec olmayaraq 18 ay müddətinə 171.68 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 07 may 2019-cu il tarixli 11-MY-1-0-1040-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1034.92 manat əsas borc, 125.29 manat faiz borcu və kredit müqaviləsi üzrə 25 fevral 2021-ci il tarixdən, 01 mart 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 0.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1161.06 manat borcu vardır. İş materiallarında olan 07.05.2019-cu il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh 2500 manat pulu qəbzə imza etməklə əldə etmişdir. İş materiallarında olan 07.05.2020-ci il tarixli “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 may 2019-cu il tarixli 11-MY-1-0-1040-19 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 1357.62 manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti 25.02.2021ci il tarixədək uzadılır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. İş materiallarında olan 07.05.2020-ci il tarixli Əlavənin ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 10 ay müddətinə 1-ci ay 19.01 manat, 2-ci və 3-cü aylar 31.68 manat, qalan aylarda 212.46 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş 12.03.2020-ci il tarixli ödəniş tapsırığından görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 07 may 2019-cu il tarixli 11-MY-1-0-1040-19 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 07 may 2019-cu-cü il tarixli kredit müqaviləsi üzrə 1034.92 manat əsas borc, 125.29 manat faiz borcu və kredit müqaviləsi üzrə 25 fevral 2021-ci il tarixdən, 01 mart 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 0.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1161.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 07 may 2019-cu-cü il tarixli kredit müqaviləsi üzrə 1034.92 manat əsas borc, 125.29 manat faiz borcu və kredit müqaviləsi üzrə 25 fevral 2021-ci il tarixdən, 01 mart 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 0.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1161.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar