Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2240/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Mercedes Benz" markalı, ** BC *** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 2200 (iki min iki yüz) manat məbləğində pulun və 42 manat (qırx iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan "Mercedes Benz" markalı, ** BC *** nömrə nişanlı avtomobili İddiaçı2 etibarnamə əsasında idarə edərkən 30 may 2023-cü il tarixdə saat təxminən 11:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Böyük Şor, Bulvar küçəsində yolun sağ hissəsində dayanarkən "Toyota Rav4" markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən avtomobilimin arxa hissəsindən vurması nəticəsində onun avtomobilinin arxa hissəsinə, arxa yan hissəsinə, yuxarı panelinə və s. hissələrinə ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xəta haqqında protokoldan da görünür ki, qəza nəticəsində onun avtomobilinə maddi ziyan yetirilmişdir. Belə ki, hadisənin nəticəsində onun avtomobilinə 2200 manat maddi zərər dəymişdir. Bu "Azər Sığorta" şirkəti tərəfindən verilmiş qüsur aktı ilə də sübut olunur. Bakı şəhəri Nizami Rayon DYPŞ-nin 30 may 2023-cü il tarixli ******* saylı protokolu və qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə inzibati tənbeh verilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarı Cavabdeh qəbul etmiş və protokolla razı olduğunu, cəriməni ödəyəcəyini qeyd etmişdir. Qeyd edir ki, hadisə baş verdikdən sonra Cavabdeh idarə etdiyi "Toyota Rav4" markalı, ** BU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortasının olmadığı ona məlum olmuşdur. Bundan sonra cavabdehə bu barədə bildirsə də, dəyən zərəri özünün qarşılayacağını bildirmişdir. Hadisənin baş verməsindən çox vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona dəyən zərəri ödəməkdən qəsdən yayınmışdır. Buna görə də o, pozulmuş hüquqlarımın bərpası üçün yeganə çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. Hesab edir ki, onun avtomobilinə dəyən maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, "Azər Sığorta" şirkəti tərəfindən tərtib olunmuş qüsur aktında ətraflı olaraq avtomobilə dəyən bütün zərərlər hesablanmışdır. Həmin aktdan da görünür ki, cavabdehin təqsiri ucbatından avtomobilinə ümumilikdə 2200 manat ziyan dəymişdir. Hesab edir ki, Cavabdeh "Mercedes Benz" markalı, ** BC *** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 2200 (iki min iki yüz) manat məbləğində pulun və 42 manat (qırx iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, avtomobilə 2200 manat ziyan dəydiyini qəbul edir. Həmin məbləğin 700 manata qədərini ödəmişdir. Qalan ödənişin ödənilməsi tələbini qəbul edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və X3 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, Cavabdeh "Mercedes Benz" markalı, ** BC *** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 693 manat pulu almışlar. Qalan məbləğin, yəni 1507 manatın İddiaçı2 qaytarılmasını xahiş edirik. Həmçinin, iddiaçı X3 ərizə ilə müraciət edərək, onun iddiaçılar sıyahısından çıxarılmasını xahiş etmiş, məhkəmə həmin ərizəni qəbul edib, X2 iddiaçılar sıyahısından çıxarmışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri BPİ X6 İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:50-də Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. X1 mülkiyyətində olan "TOYOTA RAV-4" minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - Bakı şəhəri BPİ X6 İdarəsinin Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışındna görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 11:50-də yol-nəqliyyat hadisəsi törətmişdir. - İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 11:50-də Böyük Şor, Bulvar ünvanında yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı İddiaçı2dur. - xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Mercedes Benz" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş ziyan 2200 manat təşkil edir. - Dövlət rüsumu haqqında xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 idarə etdiyi “Mercedes Benz" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi "TOYOTA RAV-4" minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının idarə etdiyi avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmiş, cavabdeh isə iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı2 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, “Mercedes Benz" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş ziyan 2200 manat müəyyən edilmişdir. Cavabdeh isə həmin ziyanı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən 693 manat ödəniş edildiyini və ona 1507 manat ödənilməli olduğu qeyd etmiş, cavabdeh isə iddia tələbini qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 1507 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1507 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1507 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2240/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2240/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver