Məhkəmə qərarları › İş №2(007)-2249/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2249/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2249/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlcədən tanıdığı hazırki iş üzrə Cavabdeh ondan ara-sıra borc alıb qaytarmaqla etimadını qazanmışdır. Bu səbəbdən də növbəti dəfə cavabdehin kartına 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək hissə-hissə ümümilikdə 15300 (on beş min üç yüz) borc qismində göndərmişdir. Cavabdeh həmin borcun bütünlükdə qaytaracağna söz versə də, vədinə əməl etməmiş, etimadımdan sui-istifadə edərək bu günədək pullarını geri qaytarmamışdır. Dəfələrlə cavabdehə telefon vasitəsi ilə pullarımı qaytarmasını xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin 22-ci Polis Bölməsinə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin 22-ci Polis Bölməsinin müvafiq araşdırmalarından sonra məsələ ilə bağlı ona məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Bundan sonra Cavabdeh onun pulunu qaytarmaq istəmədiyini anlayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qamışdir. Hesab edir ki, məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır. Qeyd edilənlərə əsasən, Cavabdeh 15300 (on beş min üç yüz) manat borcun pul vəsaitinin və 141 (yüz qırx bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, cavabdeh olaraq sözügedən iddia tələbini qəbul etmir. Belə ki, onun iddiaçı ilə əvvəlcədən heç bir tanışlığı olmamışdır. Avtobioqrafiyasından görünür ki, Masallı rayonu, Türnoba kənd sakini olub himayəsində ata qayğılarından məhrum olan tək anadır. Çörək pulu qazanıb ailəni dolandırmaq məqsədilə iş axtarmaq cəhdi ilə məcburi qaydada Bakı şəhərində məskunlaşmışdır. Xəstəxanaların birində siravi xidmətçi işləyir. Onun kimi maddi məhrumiyyətlər içində yaşayan tək ananın iddiaçı, Bakı şəhəri, İçərişəhər sakini İddiaçı adlı zəngin bir qadınla əvvəlcədən tanışlığı, iddiaçının ona pul borc verməsi ağ yalandır. Onları bir-birilərinə bağlayan qanunsuz peşə ilə məşğul olan (sələmçiliklə) İddiaçı ona faizə pul verməsi olmuşdur. Savadsızlığından istifadə edən sələmçi İddiaçı hiyləgərcəsinə onu özünün “faiz tələsinə” salmışdır. İddiaçının qeyd etdiyi kimi 2022-ci ilin dekabr ayından deyil, 2021-ci ilin yayında ailəsinin maddi ehtiyacı ilə əlaqədar borc pula ehtiyacları var idi. Onunla yanaşı tibb bacısı işləyən iddiaçının qohumu Elnurə Hürmətova vasitəsilə iddiaçı ilə tanış olub, ondan borc pul istəmişdir. İddiaçı tərəddüd etmədən 4000 (dord min) AZN pulu borc adı ilə ona verdi. Ayın sonunda ona məlum oldu ki, İddiaçı sələmçidir. İddiaçı ona pulu borc deyil, faizlə verir. Hər ayın sonunda ondan aldığı məbləğin 10%-ni əlavə olaraq ona ödəməyə məcbur olmuşdur. Hər ayın sonundan bir gün keçdikdə isə hədəqorxu, şantaj və s. zorakılıqla faiz pulunu 2 qat ödəməyini məcbur edirdi. Bəzən elə aylar olurdu ki, imkansızlıqdan faizləri ödəyə bilmirdi. O halda İddiaçı pul götürüb özünə qaytarmaqla, müvəqqəti olaraq onun “şərindən” qurtarırdı. Bu zaman əvvəlki məbləğ, yəni Sədaqətin deməsinə görə “kök” qalmaqla sonradan aldığı məbləğ də üzərinə əlavə olunmaqla “borcu” və faiz məbləği silsilə şəklində artmış olurdu. 2022-ci ilin sonunadək İddiaçı aldığı 4000 AZN əvəzində ona həmin məbləğin 2 qatını ödəsə də, iddiaçı ondan əl çəkmədi. Savadsızlığından, müdafiəçisinin olmamasından istifadə edib, şantaj, hədəqorxu yolu ilə onu öz “faiz toruna” cəlb etmişdir. İddiaçı faiz pulu almaqla onun hesabına varlandığı üçün, onu əldən buraxmayıb, 2023-cü ilin mart ayınadək, heç bir rəsmi sənəd olmadan, faiz ödəmək şərti ilə ona 1000 (bir min), 2000 (iki min) AZN, bəzən daha çox məbləğ ödəmişdir. İddiaçının tələbinə görə guya onun hazırda 15300 AZN ona borcu vardır. Bu ağ yalandı. O, iddiaçıdan aldığı ümumi məbləğdən əlavə 20000 (iyirmi min) manatdan artıq ona pul ödəmişdir. Həmin pulları o, özü, qızı, bəzən oğlu şəxsən aparıb iddiaçıya çatdırmışlar. Əks halda iddiaçı onu işdən qovduracağı, qızını internet saylarında rüsvay edəcəyi, hərbi xidmətdə olan oğlu üçün ciddi problemlər yaşadacağı, tanışları olan “cinayətkar ünsürlər” vasitəsilə oğurladıb, zirzəmilərdə çürüdəcəyi ilə hədələmişdir. İddiaçının borc deyil, faizə ona pul verməsi onu və ailə üzvlərini şantaj etməsi, hədələməsi, onlara qarşı açıq-aydın zorakılıqlar etməsi telefon danışıqları zamanı qeydə alınmış və tərəfindən diskə yazılmışdır. Sübut növü kimi məhkəməyə təqdim edəcəkdir. Hətta bir dəfə, sadəliyindən və avamlığından istifadə edən İddiaçı onu iş yerindən çağırıb “cinayətkar dostlarının” olduğu avtomobilə oturdaraq hədə-qorxu yolu ilə ona borclu olmağı barədə ona sənəd imzalatdırmağa cəhd göstərmişdir. O, qışqırıb müqavimət göstərərək onların əlindən zorla qurtulmuşdur. Bununla kifayətlənməyən iddiaçı 22-ci polis böləmsinin əməkdaşı Şamxal adlı polis zabitinin (tel:№ ***-***-**-**) köməyi ilə onu hədələyib, həbs etdirməyə çalışmışdır. O, intihar həddinə çatdığı üçün kömək və məsləhət üçün ailəvi dostu olan X1 (tel: ***-***-**-**) müraciət etmişdir. Onun müdaxiləsindən sonra polisdən yaxa qurtara bilmişdir. O, iddiaçının cinayətkar əməllərindən yaxa qurtarmaq üçün övladları ilə birlikdə qeydiyyatda olduğu evi dəyər-dəyməz qiymətə sataraq, pulunu iddiaçıya vermişdir. Bu barədə sənədləri sübut növü kimi məhkəmə araşdırması zamanı təqdim edəcək. Bundan əlavə tələbə övladlarının mobil telefonlarını da satıb pulunu iddiaçıya vermişdir. Hazırda övladları ilə birlikdə evsiz qalıb, döşəməsi, tavanı, qapıpəncərəsi olmayan yarımtikilidə məskunlaşmışlar. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Əksinə iddiaçı onu və ailəsini müflisləşdirib, ev eşiklərindən didərgin salmışdır. Ona göndərdiyi mesajda bildirir ki, məqsədinə çatmaq üçün hər yerə əli çatır, hətta məhkəmə və polisləri də rüşvət hesabına satın ala bilər. Bu yaxınlarda bıçaqlanma cinayətini törətmiş qohumu da rüşvət hesabına məsuliyyətdən azad etmişdir. O, məhkəmənin ədalətinə inanır. Hesab edir ki, qanunsuz peşə ilə məşğul olan, iddiaçının tələbi təmin olunmayacaq, rədd olunacaqdır. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi təmin edilməməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehin hesabına 15300 manat pul köçürülməklə borc pul verilmiş, cavabdeh isə hazırkı vaxtadək borcunu qaytarmamış, onların arasında olan yazışmalarla da cavabdehin borc pul aldığını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia edilən 15300 manat pulun onun hesabına köçürüldüyünü qəbul edir. İddiaçıdan ümumilikdə aldığı pulun məbləğini dəqiq bilmir, çünki pulu götürüb sonra borcunu qaytarıb təkrar götürüdü. Pulun qaytarılmasını barədə sübutu yoxdur, çünki pulu iddiaçının özünə qızı və oğlu vasitəsi ilə qaytarırdı. Şahidi yoxdur. O, kirəyə yaşayır. Maddi vəziyyəti yaxşı deyil. İddiaçının ona faizlə pul verdiyini bilmirdi. O, iddiaçıdan aldığı 3000 manatı qaytarmış, 2023-cü ilin mart ayında aldığı 5000 manatın isə faizini qaytarmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəməyə təqdim edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 600 manat və 400 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 2000 manat, 2023-cü ildə 1000 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2023-cü ildə 700 manat, xx.xx.2023-cü ildə 3000 manat məbləğində pul A***** V***** A***** adlı müştərinin 510307******1990 kart nömrəsinə köçürülmüşdür. - Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-1-51- 4/2-H-4772/11/23 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası MPM-nin 25.1ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Müraciətdə qeyd olunanlarla bağlı tərəfimizdən araşdırma aparılmış, göstərilən xüsusatların mülki xarakterli olduğundan, Məhkəmə orqanlarına müraciət etməniz tövsiyyə olunur. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 136 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində Cavabdeh məxsus kart hesabına ümumilikdə 15300 manat məbləğində vəsait göndərərək, borc vermişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində Cavabdeh məxsus kart hesabına ümumilikdə 15300 manat məbləğində vəsait göbdərərək, borc vermişdir. Məhkəməyə təqdim etdiyi etirazında cavabdeh iddiaçıdan 4000 manat, 2023-cü ilin mart ayınadək 1000 manat, 2000 manat və bəzən daha çox məbləğ götürdüyü, iddiaçıya ümümilikdə 20000 manat artıq məbləği qaytardığını, məhkəmə iclasında isə iddiaçı tərəfindən 15300 manat məbləğinə pulun onun hesabına köçürüldüyünü qəbul etmiş, lakin həmin pulun iddiaçıya qaytardığını bildirmişdir. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçı tərəfindən ona verilmiş borcun qaytarılması olmuşdur. Belə ki, cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan ayrı-ayrı vaxtlarda dəqiq xatırlamadığı miqdarda borca pul götürdüyünü, iddia edilən pulun onun kartına köçürüldüyünü, lakin həmin pullarının hamısının qaytarıldığını və hazırda iddiaçıya qaytardığı pullara görə maddi vəziyyətinin pis vəziyyətdə olduğunu bildirmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən ona vermiş borc pul məbləğinin geri qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş, pulu nə vaxt, harada, hansı miqdarda olmaqla qaytarılmasına dair ümumiyyətlə məhkəməyə məlumat verə bilməmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün səs yazılarının qeyd olunduğu 1 ədəd “fleşkart” təqdim edilmişdir. Məhkəmə iclas zalında proses iştirakçılarının iştirakı ilə həmin səs yazıları dinlənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Belə ki, səs yazılarının tətqiqi zamanı bir neçə şəxsin bir-birilərinə ünvanladıqları səs yazıları, iddiaçının cavabdehdən pulun qaytarılmasını tələb etməsi müşahidə olunmuşdur. Qeyd edilən səs yazıları ilə cavabdehin iddiaçıya ödəniş etməsi, borcunun geri qaytarıldığını müəyyən etmək mümkün olmamışdır. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Belə ki, hazırda tərəflər arasında yazılı borc müqaviləsi tərtib edilməsə də, tərəflərin vermiş olduğu məlumata əsasən iddiaçı cavabdehə borc pul vermək məqsədi ilə onun hesabına pul köçürmüş, cavabdeh isə həmin pulları qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan ümumilikdə 15300 manat məbləğində borc pul verməsi müəyyən edilmiş, lakin həmin pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması öz təsdiqni tapmamışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytardığını qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh borcunun qaytarımasını sübut edə bilməmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdini tapmayaraq müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və aralarında olan razılaşma ilə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, hazırda iddiaçı cavabdehdən 141 manat ödənilmiş dövlət rüsumunu tutulmasını xahiş etsə də, iş materiallarına əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 136 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, 15300 manat iddia tələbinə münasibətdə 135,90 manat dövlət rüsunumunun ödənilməsi tələb olunur (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən) Bununla bağlı məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 135,90 manatı cavabdehə, 0,10 manat isə iddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15300 manat məbləğində pul və ödənilmiş 135,90 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 0,10 manatı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar