Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2250/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV-1” nişanı ilə fəaliyyət göstərən İddiaçı Məhdud Məsliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Bakı, Gəncə, Mingəçevir, Xırdalan və digər şəhərilərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli televiziya və Radio yayımları Şurasından 22 avqust 2005-ci il tarixli TR№-li 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı xüsusi razılıq (lisenziya) alıb. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan, qanunsuz olaraq “KATVİ”yə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə İddiaçı MMC və "xxxx" hüquq firması arasında 15 may 2008-ci, 15 mart 2011-ci, 01 oktyabr 2014-cü və 29 mart 2015-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanıb. 34 saylı MKİS arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil cavabdehə məxsusdur. Həmin ünvanda X3 əvəllər iddiaçının abunəçisi olub və onunla şirkət arasında 16.02.2014cü il tarixdə müqavilə bağlanıb. Belə ki, son abunə haqqı ödənilməsi 01.06.2018-ci il tarixdə baş verib və onunla şirkət arasında bağlanan müqavilə münasibətlərinə 06.09.2018-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılıb. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 13.12.2018-ci il tarixdə son baxış keçirilib. Sonra isə 24.10.2019-cu il tarixdə "xxxx" hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması faktı aşkar olunub. Bu barədə 7773 nömrəli akt tərtib olunub. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəyib. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 13.12.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 24.10.2019-cu il tarixə qədər olan müddət 376 gün təşkil edir. Bu iə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 112 manat 80 qəpik təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilib.Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı MMC 02.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 24.10.2019-cu il tarixli 7773 nömrəli "xxxx" MMC-nin müqavilə əsasında İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları arasındakı aktdan görünür ki, 24 oktyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 26 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu müəyyən edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısını döydülər və nəticədə mənzil sakini X4 akta imza çəkdi. İş materiallarında olan 19.08.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 3 7773 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 13.12.2018-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan 19.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan X3 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, 16.02.2014-cü il tarixində həmin ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.06.2018-ci il tarixinədək son ödəməsini edib. 06.09.2018-ci il tarixdə 32 AZN borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan 14.11.2019-cu il tarixli 34 saylı MKİS tərəfindən verilmiş 564 nömrəli arayışdan görünür ki, Kazımova X1. 39 saylı evin 26 nömrəli mənzilində yaşayır. 1966-cı ildən qeydiyyatdadır və 21.05.2008-ci ildən ev adınadır. İş materiallarında olan 11.11.2020-ci il tarixli qəbzdən görünür ki, “Paşa Bank” vasitəsilə İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına hüquqi xidmət göstərilməsinə dair 150 manat ödəniş etmişdir. İş materiallarında olan 12.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından görünür ki, cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsin müvafiq müqavilə bağlamadan qanunsuz qoşulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə toplanmış sübutlara tam və hərtərəfli araşdırıb, qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 112 manat 80 qəpik vurulmuş ziyan, 150 manat xidmət haqqı və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 112 manat 80 qəpik vurulmuş ziyan, 150 manat xidmət haqqı və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 282 manat 80 qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2250/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2250/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver