Məhkəmə qərarları › İş №2(007)-2258/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2258/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2258/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə, Cavabdeh MTK-ya qarşı “öhdəliyin bərpası, mənzilin təhvil verilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə, Cavabdeh MTK-ya qarşı “öhdəliyin bərpası, mənzilin təhvil verilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən pozulmuş öhdəliyin bərpası, yəni müqavilə üzrə nəzərdə tutlmuş 144.06 kv m olan 2 (iki) təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) İddiaçı təhvil verilməsi və ya cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olmaqla, ümumi sahəsi 121.46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi ilə müqavilə üzrə razılaşdırılmış sahə arasında yaranmış 20.6 kv m (əlavə razılıq üzrə 2 kv m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat maddi zərərərin və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin cavabdeh şirkət olan Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh MMC-nin fəaliyyətinin araşdırlması üçün (vergidən yayınma və digər pozuntulara dair) “xüsusi qərardad” elan edib, aidiyyatı üzrə AR Baş prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur. İddia ərizəsində Cavabdeh MTK-nın hüquqi ünvanı ünvan 1çı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh MTK-nın (VÖEN:**********) hüquqi ünvanı AZ 1009, ünvan 2da, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən ("xxxx" KB ASC, VÖEN: **********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1; xəzinə hesabı: AZ17CTRE********************; xidmət kodu: 14221104; transaksiya nömrəsi: **********01; qəbz nömrəsi: 117991153; tarix: xx.xx.2023, saat: 17:49) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 190 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə, Cavabdeh MTK-ya qarşı “öhdəliyin bərpası, mənzilin təhvil verilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 190 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə, Cavabdeh MTK-ya qarşı “öhdəliyin bərpası, mənzilin təhvil verilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 190 manat ("xxxx" KB ASC, VÖEN: **********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1; xəzinə hesabı: AZ17CTRE********************; xidmət kodu: 14221104; transaksiya nömrəsi: **********01; qəbz nömrəsi: 117991153; tarix: xx.xx.2023, saat: 17:49) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar