Məhkəmə qərarları › İş №2(007)-226/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-226/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-226/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi İddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yev Soltan Söhrab oğlu Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 3789, 0 (üç min yeddi yüz səksən doqquz) manat məbləğində zərərin əvəzinin iddiçı İddiaçı ödənilməsi və ünvan 1-də yerləşən sanitar qovşağın təmir etdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən cavabdehin mülkiyyətində olan mənzilin sanitar qovşağı nasaz olduğundan suyun axması səbəbindən mənzilin aşağı mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 22 saylı mənzilə maddi ziyan dəymişdir. Bunun nəticəsində 22 saylı mənzilin divarları, döşəmələri və digər hissələri suyun təsiri nəticəsində yararsız hala düşmüş və mənzilin yenidən təmir olunmasına zərurət yaranmışdır. 25 saylı mənzilin sahibi tərəfindən yaranmış nasazlıq aradan qaldırılmamış və bununla da 16.04.2020-ci tarixdə 22 saylı mənzilə yenidən suaxıntısı olmuşdur. 06.02.2020-ci il tarixində Bakı şəhəri 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən hadisənin baş verməsi barədə akt tərtib edilmişdir. Akta əsasən MKİS-in rəsmi nümayəndələri iddiaçıya məxsus R.Rüstəmov küçəsi, ev 24, mənzil 22 ünvanında yaşayan iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun şikayəti əsasında mənzilə keçirilmiş baxış zamanı Cavabdeh məxsus 25 saylı mənzilin sanitar qovşağında nasazlıq nəticəsində 22 saylı mənzilə su sızaraq əmlaka zərər dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak Ərazi İdarəsinin 11.02.2020-ci il tarixli, **********52 saylı məktubuna əsasən, müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24, 25 saylı mənzil 15 saylı Notariat Kontorunda bağlanmış 09.07.2015-ci il tarixli 4Ə-317 reystr nömrəli alqı- satqı müqaviləsinə əsasən 15.07.2015-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət olaraq qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçının sifarişi ilə "xxxx" MMC tərəfindən ziyanın qiymətləndirilməsi ekspertizası aparılmış və ƏEM/D 73-1053/19 saylı dəymiş maddi ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyi tərtib edilmişdir. Rəyə əsasən iddiaçıya məxsus R.Rüstəmov küçəsi, ev 24, mənzil 22 ünvanında suaxıdılma nəticəsində dəymiş maddi ziyanın məbləği 3789, 0 manat təşkil etmişdir. 25 saylı mənzilin sahibi təqsirli hərəkətlərini və sanitar qovşağın nasazlığını təmir etdirməyərək, sudan istifadəni davam etdirir, bu da periodik olaraq suaxıntısının baş verməsinə səbəb olur. Məhkəmə iclasında iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, mənzilinni dəhlizində divar kağızının olmasını, 05.11.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilən 1654,00 manat məbləğdən 300 manat məbləği cavabdeh tərəfə bağışladığını, onun əsas istəyinin evini təmir edə bilməsi üçün sanitar qovşağın təmir edilməsi olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh və vəkili və nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Həmçinin onlar bildirdilər ki ekspert rəyi ilə maddi ziyan məbləği çox hesablanmış, mənzildə divar kağızları olmadığı halda smetaya divar kağızları ilə bağlı xərc daxil etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 50 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 06.02.2020-ci il tarixli Aktdan görünür ki, MKİS-in rəsmi nümayəndələri iddiaçıya məxsus ünvan 2 ünvanında yaşayan iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun şikayəti əsasında mənzilə keçirilmiş baxış zamanı Cavabdeh məxsus 25 saylı mənzilin sanitar qovşağında nasazlıq nəticəsində 22 saylı mənzilə su sızaraq əmlaka zərər dəyməsi müəyyən edilmişdir. - 29.12.2019-cu il tarixli, ƏEM/D 73-1053/19 saylı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Qulı̇ yev Soltan Söhrab oğluna məxsus ünvan 3 ünvanında suaxıdılma nəticəsində dəymiş maddi ziyanın məbləği 3789,0 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.01.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin, 22 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 50 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 06.02.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı binanın, 22 saylı mənzilinə yuxarı mərtəbədəki 26 saylı mənzildən suyun sızması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin 22 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir- tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1864,0 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin, 22 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 50 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 06.02.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı binanın, 22 saylı mənzilinə yuxarı mərtəbədəki 26 saylı mənzildən suyun sızması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin 22 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir- tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1654,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 2019-cu ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən cavabdehin mülkiyyətində olan mənzilin sanitar qovşağı nasaz olduğundan suyun axması səbəbindən mənzilin aşağı mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin 22 saylı mənzilinə maddi ziyan dəymişdir. Həmin mənzilin divarları, döşəmələri və digər hissələri suyun təsiri nəticəsində yararsız hala düşmüş və mənzilin yenidən təmir olunmasına zərurət yaranmışdır. 50 saylı MKİS-in əməkdaşları 06.02.2020-ci il tarixdə hadisənin baş verməsi barədə akt tərtib etmiş, Akta əsasən MKİS-in rəsmi nümayəndələri iddiaçıya məxsus R.Rüstəmov küçəsi, ev 24, mənzil 22 ünvanında yaşayan iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun şikayəti əsasında mənzilə keçirilmiş baxış zamanı Cavabdeh məxsus 25 saylı mənzilin sanitar qovşağında nasazlıq nəticəsində 22 saylı mənzilə su sızaraq əmlaka zərər dəyməsi müəyyən edilmişdir. Daha sonra məhkəmənin qərardadı əsasında ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.01.2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin, 22 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 50 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 06.02.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı binanın, 22 saylı mənzilinə yuxarı mərtəbədəki 26 saylı mənzildən suyun sızması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin 22 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir- tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1864,0 manat məbləğində müəyyən olunmuş, 05.11.2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı binanın, 22 saylı mənzilinə yuxarı mərtəbədəki 26 saylı mənzildən suyun sızması müəyyən edilsə də, mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir- tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1654,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 24 saylı evin 22 saylı mənzilə vurulmuş maddi ziyanın aradan qaldırılmasında maddi məsuliyyət daşıyan şəxsdir. Təqdim edilmiş 50 saylı MKİS-nin aktından, həmçinin məhkəmə tikinti-texniki ekspertizalarının rəyi ilə təsdiq edilmişdir ki, iddiaçı Qulı̇ yev Soltan Söhrab oğlunun mənzilinə Cavabdeh məxsus olmuş mənzilin sanitar qovşağı nasaz olduğundan suyun axması nəticəsində maddi ziyan dəymişdir və nəticədə iddiaçının mənzilinin divarları, döşəmələri və digər hissələri suyun təsiri nəticəsində yararsız hala düşmüşdür. Məhkəmə zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, iddiaçının mənzilinə dəymiş maddi ziyanın məbləği təyin edilmiş 05.11.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 1654,00 manat müəyyən edildiyindən, həmçinin iddiaçı 05.11.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilən 1654 manat məbləğdən 300 manat məbləği cavabdeh tərəfə bağışladığını bildirdiyindən iddia tələbində qeyd edilən zərərin əvəzi 1354,00 manat həcmində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə 1354,00 manat tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Rzayev Malı̇ k İsaxan oğlundan 1354,00 manat məbləğində vurulmuş zərərin əvəzi Qulı̇ yev Soltan Söhrab oğlunun xeyrinə tutulmalı, Rzayev Malı̇ k İsaxan oğlun üzərinə ona məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 24 saylı evin 25 saylı mənzilinə xidmət edən sanitar qovşağın təmir edilməsi vəzifəsi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Rzayev Malı̇ k İsaxan oğlundan 1354,00 manat məbləğində vurulmuş zərərin əvəzi Qulı̇ yev Soltan Söhrab oğlunun xeyrinə tutulsun və Rzayev Malı̇ k İsaxan oğlun üzərinə ona məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 24 saylı evin 25 saylı mənzilinə xidmət edən sanitar qovşağın təmir edilməsi vəzifəsi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Rzayev Malı̇ k İsaxan oğlundan tutularaq Qulı̇ yev Soltan Söhrab oğluna ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş hər biri 100,00 manat olmaqla 200 manat məbləğində vəsait Rzayev Malı̇ k İsaxan oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar