Məhkəmə qərarları › İş №2(007)-2262/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2262/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2262/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Kamı̇ l qızının nümayəndəsi X8 oğlunun, Cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğlunun iştirakları ilə, İddiaçı Kamı̇ l qızının cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğluna qarşı “aliment məbləğinin dəyişdirilməsi və əlavə xərclərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Kamı̇ l qızı cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğluna qarşı “aliment məbləğinin dəyişdirilməsi və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları X3 görə ayda 235 manat alimentin, 1420 manat müalicə xərclərinin və mediasiya xərci olan 60 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsinə əsasən onun iddiası əsasında Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı X3 görə ayda 150 manat aliment və əlavə xərclərə görə 50 manat tutulub iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra qətnamədən müxtəlif instansiyalara şikayət verilsə də, yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir. Cavabdeh Nizami rayon İcra şöbəsi tərəfindən axtarışla gətirilib 2022-ci ilin noyabr ayında Nizami Rayon Məhkəməsində barəsində 10 sutka həbs verildikdən sonra o zamana olan borcunu ödəsə də yenə də alimenti mütəmadi ödəmir. Sonuncu dəfə bir daha axtarışla gətirilərək barəsində İXM-nin 528.1-ci maddəsinin tətbiq edilməsi üçün Nizami rayon icra Şöbəsi tərəfindən təqdimat verilmişdir. Hazırda uşağa görə minimal aliment miqdarı 235 (iki yüz otuz beş) manat təşkil edir. Bundan başqa birgə nikahda olanda övladları Fatimənin müalicəsi üçün 1105, 95, 20, 25, 20, 95, 60 manat olmaqla, cəmi 1420 manat tərəfindən ödənmiş, lakin uşağın atası bu xərcləri ödəməmişdir. Nəticədə azyaşlı uşağın mənafeləri pozulur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov tərəfindən alimentin 150 manat olaraq müəyyən edilməsinə dair xx.xx.2017-ci il tarixli qətnamə qəbul edilmiş, cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsi xərclərlə bağlı hissədə qətnaməni ləğv etmiş, daha sonra kassasiya şikayəti verilmiş, Ali Məhkəmə isə apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini əlavə xərclər hissəsində qüvvədə saxlamışdır. Tərəflərindən həmin vaxtdan alimentin artırılması ilə bağlı müraciət edilməmişdir. Cavabdeh tərəfindən 2 il yarım müddət ərzində aliment ödənilmədiyi üçün 6000 manat borc yığılmışdır. Cavabdeh 4 dəfə axtarışa verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə aliment borcuna görə 10 sutka həbs edilmiş, həmin qərardan narazı olduğu üçün tərəfindən apellyasiya şikayəti vermiş və qərar qüvvədə qalmışdır. Onlar alimenti cavabdehdən ancaq məhkəmə yolu ilə alırlar. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra cavabdeh hər ay 300 manat ödəyir və axırıncı dəfə xx.xx.2024-cü il tarixdə 300 manat ödəniş etmişdir. Onun hazırda 1000 manat aliment borcu vardır. Hal-hazırda hər şeydə bahalaşma gedir. O, qanuna əsasən alimentin artırılmasını tələb edir, 70 yaşı var, evdə heç kəs işləmir, özü də günəmuzd olaraq işləyir, günə 15-20 manat arası qazancı olur. O, pensiyası ilə uşağı necə saxlasın? Cavabdeh işləsə də, işləməsə də alimenti ödəməlidir. Həmçinin, uşaq 2023-cü ilin may ayında boğaz əməliyyatı olunmuş, müalicə və əməliyyat xərcləri 1325 manat olmuş, iddia ərizəsində xərclər hesablanarkən səhvən iki dəfə 95 manat qeyd edilmişdir. Onlar uşağın əməliyyatı üçün çəkilmiş xərclərin hamısını istəyirlər. Cavabdeh uşağın xəstəliyi ilə bağlı xərc çəkdiyini bildirsə də uşağın xəstəliyi ilə bağlı xərcin uşağın 3 yaşına qədər 50 manat ödəməsinə aidiyyəti yoxdur. Cavabdeh uşaqla maraqlanmalıdır, onlar cavabdehin uşaqla görüşməsinə mane olmamalarına baxmayaraq uşağı görməyə gəlməmişdir. Hətta cavabdeh uşağı ana bətnində olarkən vurmuş, ona görə uşağın başında travma yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən tutulan 50 manat məbləğ həmin xəstəlik ilə bağlı olmuşdur. Hələ də o travma uşaqda davam edir. Uşağı İrana, Türkiyəyə müalicə üçün aparmışdır. O, uşağı psixoloqa aparır. Məhkəmə iclasında cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğlu iddia tələbini qəbul etmədiyini, 235 manat aliment ödəməyə imkanı olmadığını, işləmədəyini bildirərək, əvvəlki aliment məbləğinin qalmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, vaxtilə aliment 97 manat olanda tərəfindən 150 manat aliment ödənilmişdir. O, 200 manat aliment ödəyir və 9 ildir ki, 50 manat ödəyir. 9 ildir ki, övladını görə bilmir. 50 manat ananın süd haqqı olaraq 3 illik müəyyən edilmişdir. 3 il bitəndən sonra uşağın xəstəliyi ilə bağlı əlavə xərclər çəkmişdir, uşağın xəstəliyinin nə olması barədə isə məlumatı yoxdur. O, övladının xəstəliyini bilmək istəyir. O, yenidən ailə qurmuş, yeni nikahından iki qızı vardır. O, qızı Fatimə ilə digər nikahından olan qızları arasında fərq qoymur. Alimenti necə verirsə, yeni nikahından dünyaya gələn övladlarını da elə saxlayır. 235 manatı dövlət müəyyən edib, amma dövlət nəzərə almır ki, ata işləmir, bunu necə ödəsin? Uşağı sığorta ilə də müalicə etdirə bilərdilər, əgər onun imkanı olsa idi özü müalicə etdirərdi, amma imkanı yoxdur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Kamı̇ l qızı və Salmanov Emı̇ l Çingı̇ z oğlunun birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Salmanova Fatimə Emı̇ l qızı adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsi ilə Salmanov Emı̇ l Çingiz oğlundan 27 fevral 2017-ci il tarixdən başlayaraq 31 iyul 2015-ci il tarixdə doğulmuş Salmanova Fatimə Emı̇ l qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh İddiaçı 31 iyul 2015-ci il tarixdə doğulmuş X3 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan 27 fevral 2017-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 (əlli) manatın tutulub, İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Salmanov Emı̇ l Çingı̇ z oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. X7 xx.xx.2024-cü il tarixli, 138 saylı arayışından görünür ki, Salmanova Fatimə Emı̇ l qızına “xroniki tonzilit, adenoid hipertrofiyası İİİ dərəcə” diaqnozu qoyulmuşdur. Pasiyentə xx.xx.2023-cü il tarixində “adenotonzillektomiya” əməliyyatının icra olunması və pasiyent tərəfindən klinikaya 1325 manat pul ödənməsi müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 16 saylı Mediasiya Təşkilatının MŞB/16/2024-00685 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci, 81-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi alimentin artırılması hissəsində təmin edilməli, Salmanov Emı̇ l Çingı̇ z oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Salmanov Emı̇ l Çingı̇ z oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Kamı̇ l qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarında göstərilmişdir ki, ... qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Məhkəmə iddia tələbinin “1420 manat müalicə xərclərinin cavabdehdən tutulması” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin əmək haqqısı, maddi imkanı ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sənədlər ilə onun evli olması və himayəsində xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağının olması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsində uşağın mənafeyi və cavabdehin işləmədiyi nəzərə alınaraq hər ay sabit pul məbləğində 50 manatın tutulması müəyyən edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, X1 şəhər Uşaq Poliklinikasında “keçmiş olduğu uşaq travmasının nəticəsi olaraq hipoksik ensefalopsiya sinir refleksi oyanıqlıq, qıcolmaya hazırlıq, hər iki ayağında əyri pəncəlik” diaqnozu ilə dispanser qeydiyyatındadır və vaxtaşırı olaraq ambulator stasionar müalicə alır. Göründüyü kimi, məhkəmənin əvvəlki qətnaməsi ilə təyin edilmiş 50 manat tərəflərin nikahından doğulmuş uşağın müalicə xərci olaraq təyin edilmiş, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150 mant aliment və əlavə xərclərə görə 50 manatın cavabdeh tərəfindən ödənilməsi, onun tərəfindən 1000 manat aliment borcu qalması tərəflərin izahatı ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəmə iclasında əlavə xərclərə görə 9 ildir 50 manat məbləği ödədiyi və uşağın müalicə xərclərində iştirak etməsi bildirilmiş, qeyd olunan hal iddiaçı tərəf tərəfindən təkzib edilməmişdir. Həmçinin, hazırda tələb edilən 1420 manat müalicə xərci uşağın əməliyyat xərci olmuş və bu xərc uşağın daimi qulluğa ehtiyacı olması vəziyyəti ilə bağlı olmamışdır. Hazırda məhkəmə cavabdehin uşağın əlavə xərclərində uzun müddət iştirak etməsi, onun maddi imkanı barədə sübutların təqdim edilməməsi və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, müalicə xərclərinin cavabdehdən tutulması ədalətli olmazdı. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat mediasiya xərcini tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən həmin vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Salmanov Emı̇ l Çingı̇ z oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2036/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Salmanov Emı̇ l Çingı̇ z oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Kamı̇ l qızına ödənilsin. İddiaçı Kamı̇ l qızının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğlundan tutularaq İddiaçı Kamı̇ l qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Salmanov Emı̇ l Çingı̇ z oğlundan iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar