Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2278/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 “Kia Cerato” minik markalı **-FS-*** dövlət nömrə nişanlı ban № KNAFZ4111BE5141094, 2013-cü il buraxılışlı, göy tünd metalik avtomobilə dəymiş 940 (doqquz yüz altmış) manat məbləğində maddi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə 18:30 saatlarında Nərimanov ərazisində onun idarə etdiyi “Kia Cerato” markalı, **-FS-*** dövlət nömrə nişanlı, ban nömrəsi № KNAFZ4111BE5141094 olan, 2013-cü il buraxılışlı, Göy tünd metalik rəngdə minik avtomobili ilə Cavabdeh2 tərəfindən idarə olunan “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş verib. Avto qəza nəticəsində onun mülkiyyətində olan avtomobilə ziyan dəyib. Belə ki, xx.xx.2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta protokolundan və xx.xx.2024-ci il tarixli TP6314202 saylı X1 qərardan da göründüyü kimi YNH-dən dərhal sonra əraziyə yaxınlaşan DYP əməkdaşı 327.1-ci maddəsi ilə Cavabdeh2 40 manat cərimə tənbeh növü tətbiq edilib. Eyni zamanda xx.xx.2024-ci il tarixli İXP ******* və TP ******* saylı qərara əsasən, **-JH-*** dövlət qeydiyyat nişanlı “İSUZU CİTİBUS” markalı avtobusunun mülkiyyətçisi olan "xxxx" Firmasında məxsus avtobusu İXM-nin 469.3-cü maddəsinə görə əlacə olaraq cərimələnib. Bildirir ki, bu qərarlar qanuni qüvvəyə minib. Avtomobilinə dəymiş zərərə görə, müstəqil ekspertiza rəyinə ekspertizanın təyin edilməsi üçün müraciət edib. xx.xx.2024-cü il tarixli müstəqil ekspertiza rəyinə əsasən disk-250 (iki yüz əlli) manat, təkər-130 (yüz otuz) manat, rəngsaz-250 (iki yüz əlli) manat, dəmirçi 180 (yüz səksən) manat, razval 30 (otuz) manat, armaturçu 100 (yüz) manat, yekun olaraq ona dəymiş ziyanın məbləği 940 (doqquz yüz altmış) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, xx.xx.2024-cü il, saat 18:30-da firmanın istismarında olan **-JH-*** dövlət qeydiyyat nişanlı “İSUZU” markalı avtobusun sürücüsü Cavabdeh2 “KİA SERATO” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 940 manat zərəri ödəməyə etirazları yoxdur. Etirafın nəticələri aydındır. Əlavə olaraq bildirdi ki, avtomobil sığortalı olsa da, yol-nəqliyyat hadisəsi zamanı sığortalı olmayıb. X1 qərar mübahisələndirilməyib. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, sürücülük vəsiqəsini alıb, bir həftə sonra ona cərimə yazılıb. Hadisə dayanacaqda baş verib. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İXP ******* saylı xx.xx.2024-cü il tarixli X1 protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30-da “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 300 manat məbləğində cərimə olunmuşdur. - İXP ******* saylı xx.xx.2024-cü il tarixli X1 protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30-da “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. - xx.xx.2024-cü il tarxli Müstəqil Ekspert rəyinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Kia Cerato” minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği təyin etmək üçün yerində baxış keçirilib. Baxış zamanı məlum olub ki, avtomobilə dəyən zərbə ön hissədən dəyib. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 940 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı idarə etdiyi “Kia Cerato” minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" Firmasının mülkiyyətində olan və onun işçisi Cavabdeh2 idarə etdiyi “X2” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehlərin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı avtomobilinə dəymiş ziyana görə həm ziyan vurmuş avtomobilin mülkiyyətçisi olan "xxxx" Firmasına, həmin avtomobili idarə edən və firmanın işçisi olan Cavabdeh2 qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarınə əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Qərarda göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehlərin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edərək, cavabdehlərdən iddiaçının xeyrinə 940 manat məbləğində pul müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələb etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər GENERAL-AUTO-COMPANY" Firmasından və Cavabdeh2 müştərək qaydada 940 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər GENERAL-AUTO-COMPANY" Firmasından və Cavabdeh2 müştərək qaydada 940 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2278/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2278/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver