Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-228/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında 16.09.2020-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 22% faiz olmaqla 36 ay müddətində 8000 manat kredit verilib. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bank qarşısında borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsi rəsmi qaydada tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7335,43 manat əsas borc,1064,02 manat faiz borcu,18,03 manat cərimə, cəmi 8417,48 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydad məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə 22% dərəcəsi ilə 8000 manat kredit verilmişdir. 13.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,həmin kredit müqaviləsi üzrə Cavabdeh banka 7335,43 manat əsas borcu,1064,02 manat faiz borcu,19,03 manat məbləğində cərimə borcu,cəmi 8417,48 manat borcu vardır. 14.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. 16.09.2020-ci il kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 8000 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 841,48 manatödənilməmiş borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı,cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7335,43 manat əsas borc,1064,02 manat faiz borcu,18,03 manat cərimə olmaqla cəmi 8417,48 manat borcun və 30 manat dövlət rüsumunun tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7335,43 manat əsas borc,1064,02 manat faiz borcu,18,03 manat cərimə olmaqla,cəmi 8417,48 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-228/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-228/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver