Məhkəmə qərarları › İş №2(007)-2283/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2283/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2283/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı “X3” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh oğluna qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3” ASC Cavabdeh oğluna qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 04.03.2019-cu il tarixə qədər illik 10% ödəmək şərtilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir (04.03.2016-cı il tarixli 01B/16 saylı kredit müqaviləsinə edilmiş 04.03.2019-cu il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinin 1.2-ci bəndində qeyd olunan faiz dərəcəsi dəyişdirilərək 7% və kredit xətti müqaviləsinin bitmə tarixinin 04.03.2021-ci il tarixədək uzadılması müəyyən edilmişdir.). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən bu müqavilənin şərtlərinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 08.04.2021-ci il tarixə 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə «xxxx» Kommersiya Bankına olan borcunun məbləği əsas kredit borcu üzrə 1.092.105,55 ABŞ dolları, faiz borcu üzrə 20.811,28 ABŞ dolları olmaqla, cəmi 1.112.916,83 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə əsas kredit borcu üzrə 1.092.105,55 ABŞ dolları, faiz borcu üzrə 20.811,28 ABŞ dolları olmaqla, cəmi 1.112.916,83 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3” ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasənə xahiş etdi. İddiaçı “X3” ASC 03.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmişdir. Cavabdeh 03.06.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq, 04.06.2021-ci il tarixli saat 10.00-a təyin edilmiş məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiyini nəzərə alaraq, iddia tələbinə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh 06.05.2021-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, iddianı əsas və faiz borcu hissəsində tam qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X3” ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 04.03.2019-cu il tarixə qədər illik 10% ödəmək şərtilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit müqaviləsinə edilmiş 04.03.2019-cu il tarixli Əlavə Sazişdən görünür ki, kredit müqaviləsinin 1.2-ci bəndində qeyd olunan faiz dərəcəsi dəyişdirilərək 7% və kredit xətti müqaviləsinin bitmə tarixinin 04.03.2021-ci il tarixədək uzadılması müəyyən edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ayın 03-dən gec olmayaraq 6815 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.03.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 161180.00 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 312000 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 28.03.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 120000 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 29.03.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 233000 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 01.04.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 55000 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 29.04.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 150000 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 02.05.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 148800 ABŞ dolları bank tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “X3” ASC-nin 09.04.2021-ci il tarixli pretenziyadan görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 04.03.2019-cu il tarixədək, illik 10% ödəmək şərtilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinə əsasən borclu tərəfindən öhdəliklər yerinə yetirilməmiş, 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.092.105,55 ABŞ dolları, faiz borcu üzrə 20.811,28 ABŞ dolları olmaqla, cəmi 1.112.916,83 ABŞ dolları banka borcu vardır. Kredit müqaviləsi üzrə borcun 5 (beş) təqvim günü müddətində tam ödənilməsi təmin edilməlidir. Əks təqdirdə, bank borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə 1.092.105,55 ABŞ dolları, faiz borcu üzrə 20.811,28 ABŞ dolları olmaqla, cəmi 1.112.916,83 ABŞ dolları “X3” ASC-yə borcu vardır. İş materiallarında olan 12.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3” ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, “X3” ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 04.03.2019-cu il tarixə qədər illik 10% ödəmək şərtilə 1.180.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “X3” ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit müqaviləsinə edilmiş 04.03.2019-cu il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinin 1.2-ci bəndində qeyd olunan faiz dərəcəsi dəyişdirilərək 7% və kredit xətti müqaviləsinin bitmə tarixinin 04.03.2021-ci il tarixədək uzadılması müəyyən edilmişdir. Cavabdeh 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə banka 1.092.105,55 ABŞ dolları, faiz borcu üzrə 20.811,28 ABŞ dolları olmaqla, cəmi 1.112.916,83 ABŞ dolları borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə 1.092.105,55 ABŞ dolları məbləğində əsas borc, 20811,28 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.112.916,83 ABŞ dolları və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan 04.03.2016-cı il tarixli 01B/16 saylı kredit xətti müqaviləsi üzrə 1.092.105,55 ABŞ dolları məbləğində əsas borc, 20811,28 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.112.916,83 ABŞ dolları və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar