Məhkəmə qərarları › İş №2(007)-2286/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2286/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2286/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi , İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, qızı İddiaçı Cavabdeh ilə 18 iyun 2005-ci il tarixində rəsmi qaydada nikaha daxil olaraq ailə qurub.Cavabdehlə birgə nikahlarından 20 mart 2006-cı il təvəllüdlü X7, 01 may 2007-ci il təvəllüdlü X5 və 27 may 2012-ci il təvəllüdlü X6 doğulub. Nikahları Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulub. Bakı şəhər Nizami rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı hər uşaq üçün 154 manat sabit pul məbləği miqdarında müəyyən edilib. Lakin 20 mart 2006-cı il təvəllüdlü X7, 01 may 2007-ci il təvəllüdlü X5 və 27 may 2012-ci il təvəllüdlü X6 böyüdükçə maddi çətinlikləri artırıb və məhkəmənin müəyyən etdiyi alimentin məbləği hazırki şəraitlə bağlı uşağın saxlanması üçün yetərli deyildir. 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzalanan sərəncamla uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilib və 01 yanvar 2022-cu il tarixdə qüvvəyə minib.Yaşayış minimumunun artırılması alimentin artırılması üçün əsasdır. Odur ki, qeyd olunanları nəzərə alıb 20 mart 2006-cı il təvəllüdlü X4, 01 may 2007-ci il təvəllüdlü X2 və 27 may 2012-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin 2022ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün müəyyən edilən yaşayış minimumu miqdarında 193 manat artırılmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 60 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil iddiaya etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, cavabdehin əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəyə bilmədiyini, bununla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat olduğunu, cavabdehin maddi durumu nəzərə alınmaqla həmin iş üzrə icraata xitam verildiyini bildirmiş,iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib iddia tələbini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, hər ay hər uşaq üçün müəyyən olunmuş alimentin miqdarı 154 manat, cəmi 462 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini, eləcə də Cavabdeh əvvəlki qətnamə ilə müəyyən olunmuş borcunu ödəyə bilməməsini, bununla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilməli, 20 mart 2006-cı il təvəllüdlü X4, 01 may 2007-ci il təvəllüdlü X2 və 27 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 525 manat tutulmalıdır.Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. 20 mart 2006-cı il təvəllüdlü X4, 01 may 2007-ci il təvəllüdlü X2 və 27 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 525 manat aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar