Məhkəmə qərarları › İş №2(007)-23/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-23/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-23/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 oğlunun iştirakı ilə İddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən əsl olmayan İddiaçı əsl iddiaçı ilə-LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bank arasında bağlanan 06 dekabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılıb. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün onun banka ümumilikdə 677,85 manat borcu yaranıb. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq,o, borcunun ödəməkdən yayınır. Odur ki, qeyd olunanları nəzərə alıb Cavabdehİddiaçı-nin xeyrinə 06 dekabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 592.53 manat əsas borc,85.32 manat cərimə olmaqla 677.85 mant borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 06 dekabr 2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılıb. 28.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı-yə 592.53 manat əsas borc və 85.32 manat cərimə olmaqla cəmi 677.85 manat məbləğində borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. 04.09.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borclu borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 dekabr 2012-ci il tarixl kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılıb. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.Cavabdehin həmin kredit müqaviləsi üzrə banka 592.53 manat əsas borc və 85.32 manat cərimə olmaqla cəmi 677.85 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini 592.53 manat manat əsas hissədə əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 06 dekabr 2012-ci il tarixl kredit müqaviləsi üzrə 85.32 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 85.32 manat məbləğində dəbbə pulu azaldılmalı və 05 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehİddiaçı-nin xeyrinə 06 dekabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 592.53 manat əsas borc, 05 manat cərimə olmaqla 597.53 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 06 dekabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 592.53 manat əsas borc,05 manat cərimə olmaqla 597.53 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar