Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2307/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh-dən 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin iyun ayında instagram sosial şəbəkəsində Elçin adlı diş həkiminin öz səhifəsində implant dişlərin düzəldilməsi barədə elan dərc etməsini görmüşdür. Dişlərində narahatlıq olduğuna görə X11 özünün elanda dərc etdiyi (050 680-00-45) mobil nömrəyə zəng etmişdir. Bundan sonra o, Elçinin çalışdığı tibb müəssisəsinə gəlmişdir. Elçin Tağıyev ondan 4 implant diş üçün hər biri 350 (üç yüz əlli) manat olmaqla 1400 (min dörd yüz) manat, 14 zirkon dişlərə görə isə 2100 (iki min yüz) manat pul tələb etmişdir. X22 guya əlavə diş qoyacağı adı ilə ondan 700 (yeddi yüz) manat pul almışdır. X9 4200 (dörd min iki yiiz) manat pul almışdır. Bu barədə X15 qəbzlə qeyd edilən məbləği özü təsdiq etmişdir. X6 tərəfindən qoyulan dişlər keyfiyyətsiz olmuş, qoyulan dişləri bərkidən bağlayıcılar mədəsinə getmişdir. Elçin Tağıyev ağzında olan sağlam dişləri çəkdiyinə görə ağzı dişsiz qalmışdır. O, dəfələrlə X11 müraciət etmiş, dişlərinin düzəldilməsini, düzəldə bilmədiyi halda ona ödədiyi pulları qaytarmasını tələb etmişdir. Pulunu tələb etdiyi üçün Elçin Tağıyev onu və anasını söyüb-təhqir etmişdir. Həmçinin anası X4 İşlər Nazirliyinin 102 qaynar xəttinə və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 16 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmiş və ona mülki qaydada məhkəmə müraciət etmək tövsiyyə olunmuşdur. Hal-hazırda X10 günahı üzündən ağzı dişsiz qalmışdır. Dişlərinin müalicəsi üçün 400 (dörd yüz) manatdan artıq dərmanlara pul sərf etmişdir. X2 işlədiyi tibb müəssisənə 1 il ərzində gedib-gəlmək üçün yol pulu olaraq 400 manat pul xərcləmişdir. Ümumilikdə cavabdehin günahı üzündən ona 5000 (beş min) manat maddi ziyan dəymişdir. Hal-hazırda X1 X16 işləyir.
İş materialları :
3. Sumqayıt Pİ-nin 1-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarından görünür ki, X7 müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
4. ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X14 tərəfindən məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsmunu ödənilmişdir.
5. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş sorğu məlumatından görünür ki, ********* saylı VÖEN üzrə heç bir vergi ödəyici tapılmamışdır.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
9. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. İddia ərizəsində cavabdehin VÖEN-i əlavə edilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat sistemində həmin VÖEN-ə uyğun vergi ödəyicisi tapılmamışdır. Məhkəmə tərəfindən “Google” axtarış sistemində aparılan aparılan araşdırma nəticəsində əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, cavabdehin ünvanı Nərimanov rayonu, X25 küçəsidir.
10. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva