Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2330/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, həmin vasitəni zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-12/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, ev 102, mənzil 7-də ona təhvil verilmiş 35628613 saylı elektron nəzarət vasitəsi götürülmüş, lakin 05976 saylı elektron qolbağ aşkar edilməmişdir. Mobil nəzarət vasitəsi emal üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Attenti sadə qolbağın komplektasiyasının pozulduğu, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağın aşkarlanmadığı və bunları nəzərə alaraq cihazın komplekti təkrar istifadəyə yararsız hesab edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. İş materialları :
2. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-178/2023 saylı hökmünə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.
3. xx.xx.2023-cü il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokolun surətindən görünür ki, məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhkim olunmuş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
4. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçınə mobil qurğu geri qaytarılmış, lakin 05976 saylı qolbaq aşkar edilməmişdir.
5. "xxxx" QSC tərəfindən verilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üçün götürülən Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı aşkarlanmamışdır. Cihazın komplekti təkrar istifadəyə yararsızdır.
6. "xxxx" QSC tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, elektron mobil qurğunun və avadanlıqlarının dəyəri 2277.40 manatdır.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
8. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
11. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə iddiaçının tələbinin əsası kimi istinad etdiyi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməmişdir.
12. Məhkəmə qeyd edir ki, vurulmuş maddi ziyanın ödənilməsinin ilk öncə cavabdehdən tələb edilməsini təsdiq edən sənəd (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və cavabdehin müvafiq izahatı iş materiallarına əlavə edilməmişdir.
13. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
14 Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçınə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva