Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2339/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh Kazımov Elmı̇ r Rası̇ m oğlunun və onun nümayəndəsi Nümayəndə Arif qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində aliment verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-238/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(007)-1969/2022 saylı qətnaməsi ilə Cavabdeh 25 may 2022-ci il tarixdən başlayaraq, 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, ona verilməsi qət edilmişdir. Uşaqların saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cür ödəmir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən ilkin mediyasiya sessiyasında iştirak etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, səhhəti ilə bağlı işləyə bilmir, ayağında şiş olur, damar problemi vardır. Əgər ananın səhhəti işləməyə imkan vermirsə, uşaqların xərcini hər bir halda ata ödəməlidir. O, uşaqlarına baxa bilmir, oğlu 9-cu sinifdə oxuyacaq, onun hazırlıqları olacaqdır. Uşaqların tələbatları var, qızının 17 yaşı olacaq və o, hazırlıqlara getməlidir. Onun valideynləri yaşlı insanlardır və onun uşaqlarını saxlamaq məcburiyyətində deyildirlər. Uşaqların atasının işigücü varsa uşaqları da saxlamalıdır. O, sadəcə alimentin artırılmasını istəyir və cavabdeh lazımdırsa iki-üç işdə işləsin, ancaq övladlarının haqqını ödəsin. Cavabdeh uşaqlar üçün aliment məbləğini 300 manat olaraq ödədiyini bildirsə də, həmin məbləğ hal-hazırda uşaqların saxlanması üçün kifayət etmir. Kirayədə qalır və 400 manat kirayə məbləği ödəyir. Cavabdeh iki ailəyə baxırsa onun çox gözəl imkanı vardır. Onlar boşanmamışdan cavabdeh artıq faktiki olaraq ailə qurmuşdur və həmin vaxt yeni övladı da doğulacaqdı. Bunların hamısını vaxtında düşünmək lazım idi. Cavabdeh uşaqlarla maraqlanmır. Uşaqlar atası ilə danışmaq istəyir, cavabdeh isə uşaqlarla danışmır. Məhkəmə iclasında cavabdeh Kazımov Elmı̇ r Rası̇ m oğlu iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, məhkəmənin qətnaməsi ilə alimentin miqdarı hər uşaq üçün 193 manat müəyyən edilsə də o, alimenti hər ay 300 manat olaraq ödəyir. O, alimenti ödəməyi gecikdirmir, ayın 1-dən 5-nə kimi alimenti vaxtında ödəyir. Onun ödəyəcəyi aliment məbləğindən qalıqlar qalmışdır. O, iddiaçıya borcu qalmaması üçün ikinci uşağın 18 yaşı tamam olana kimi hətta əlavə 5-6 ay 300 manat ödəyəcəyini bildirmişdir. Onun imkanı olsa 400-500 manat aliment verər, ancaq imkanı yoxdur. İkinci dəfə ailə qurmuşdur. O, uçotçu işləyir, mis kabellərin qeydiyyatını aparıb anbara təhvil verir. Əmək haqqısı 800 manat yazılsa da, aldığı məbləğ 700 manatdır. Əlavə gəliri də yoxdur. Həmçinin, maşının icarə haqqısı üçün 300 manat ödəyir. İcarə haqqını işləmək üçün ödəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini və əvvəlki aliment məbləğinin qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh səhər saat 8-də evdən çıxır, axşam saat 8-də evə qayıdır. Onlara onun valideynləri kömək edir. O, özü işləyə bilmir, dizində problemi var. Cavabdeh ilə nikahından 1 uşağı vardır və hal-hazırda ikinci uşağına hamilədir. Əgər işləsə uşağına kim baxacaqdır? Onun övladının da tələbatı var. Əlavə gəlirləri də yoxdur. Elmir maşını icarəyə götürüb, çünki maşını olmadan bu yaşda heç kəs Elmirə iş vermir. Aliment ildən-ilə artacaqsa onda iddiaçı hər il alimentin artırılması ilə bağlı müraciət edəcək? İmkanları olsa artıq ödəyərlər, ancaq imkanları yoxdur. Uşaqların alimentini özü ödəmişdir, elə olub ki, Elmir gecə ilə maaşını alıb getmiş, alimenti də özü ödəmişdir. Alimenti bayramlardan bir neçə gün əvvəl ödəmişlər ki, iddiaçı uşaqlara bayramda nəsə edə bilsin. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-238/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qətnaməsi ilə Cavabdeh 25 may 2022-ci il tarixdən başlayaraq, 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2024-00243 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.13-cü bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə qarşı tərəfin bildirdiyi dəlillər ilə bağlı qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə, məhkəmə tərəfindən 2022-ci ildə müəyyən edilmiş aliment məbləği hər iki uşaq üçün həmin ilin yaşayış minimumuna uyğun olaraq, yəni bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat olmuşdur. Beləliklə, məhkəmə əvvəlki qətnamə ilə cavabdehdən tutulan aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etməməsini, yaşayış minimumu məbləğinin artırılmasını, uşaqların mənafeyini və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 08 dekabr 2007-ci il təvəllüdlü X1 və 13 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait iddiaçıya aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2339/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2339/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver