Məhkəmə qərarları › İş №2(007)-2360/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2360/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2360/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 27 sentyabr 2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2360 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 marı 201 7-ci il tarixdə doğulmuş X4 onun yanında qalması və Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq, 09 mart 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsini qət etmişdir. Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7177/2022 tarixli qətnaməsi ilə 09 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək əlavə xərclərə görə Cavabdeh 18 aprel 2022-ci ildən başlayaraq hər ay 70 (yetmiş) manat sabit məbləğdə pul vəsaitinin tutulub ona ödənilməsi qət elmişdir. Övladı 09 mart 2017-ci il tarixdə doğulmuş X8 AR Səhiyyə nazirliyinin 2 nömrəli klinik psixiatriya xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli məktuba əsasən hazırda “Uşaq autizmi kanner, sindiromu, yüngül kəmağıllıq” qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Bildirmək istəyir ki, qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində uşaq bir az da böyüyüb, təbii ki, onun tələbatı da artıb, habelə iqtisadiyyatda da müxtəlif dəyişikliklər baş verdiyi üçün müxtəlif qiymət yüksəlişi hiss olunur. Minimum yaşayış həddi artığı üçün, hazırda 193 (yüz doxsan üç ) manat pul məbləğində ödənilən aliment və 70 (yetmiş) məbləğində sabit pul vəsaiti uşağın saxlanılmasına və müalivəsinə kifayət etmir. Uşağın müalicəsi, geyimi və yeməyi tamamilə onun üzərinə düşür. Qeyd edilənlərə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 mart 2017-ci ıl tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və müalicəsinə görə hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş və uşağın müalicəsinə görə əlavə xərc olaraq hər ay 250 manat məbləğində cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaq hazırda məktəbə gedir. Onun xəstəliyi ilə əlaqədar onun müayinə və müalicə, geyim xərcləri var və tələb olunan məbləğ belə sərf edilən vəsaitinin 1/3 hissəsi deyil. Uşaq psixoloq qəbuluna gedir. Keçən il uşaq məktəbə getmirdi, ona görə indi onun xərcləri daha da artıb. Məhkəmə iclsında Cavabdeh iddia tələbini qismən qəbul edib izahat verərək bildirdi ki, o, işləmir və "xxxx" MMC-də olan işindən xx.xx.2023-cü ildən azad edilmişdir. O, uşağın yetkinlik yaşına çatanandək saxlanılması üçün 220 manat aliment ödəməyə və məhkəmə qətnaməsi ilə müəyyən edilən əlavə xərclərə görə 70 manat ödəməyə razıdır və buna dair ərizəsini məhkəməyə təqdim edir. Uşaq dövlət məktəbində oxuyur. Ona görə də əlavə təhsil xərcləri yoxdur. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 979279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 mart 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 27 sentyabr 2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2360 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 mart 2017-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında qalması, Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq 09 mart 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2022-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın əlavə xərclərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunması, 09 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək əlavə xərclərə görə Cavabdeh 18 aprel 2022-ci ildən başlayaraq hər ay 70 (yetmiş) manat sabit məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməsi qət edilmişdir; - 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli 1/2792 saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X6 qoyulan diaqnoz: Uşaq autizm, Kanner sindromu, Yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranız pozuntuları ilə F84.0, F70.1, F80.2, İQ-S; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli A-020/2023 saylı arayışından görünür ki, ssenarist vəzifəsində işləyən Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilib. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 27 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 09 mart 2017-ci il tarixdə Cahangir adlı uşaqları doğulmuşdur. Tərəfləflərin nikahları pozulmuş və birgə nikahdan olan övladları ananın yanında saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsi ilə Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq 09 mart 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 09 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək əlavə xərclərə görə Cavabdeh 18 aprel 2022-ci ildən başlayaraq hər ay 70 (yetmiş) manat sabit məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana 09 mart 2017-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq, 220 manat məbləğində və əlavə xərclərini miqdarının artırılaq 250 manat məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, 2023-cü il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq, belə qənaətə gəlir ki, 09 mart 2017-ci il təvəllüdlü X1 üçün 2022-ci ildə hər ay 193 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra uşaq böyümüş, onun tələbatları artmışdır, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə X2 çətinlik çəkir. Məhkəmə həmin halları, cavabdehin razılığını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə iddia tələbinin “əlаvə хərclərə görə 250 mаnаt vəsаitin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əlаvə хərclərə görə 70 mаnаt vəsаitin tutulаrаq İddiaçınа vеrməsi qət edilmişdir. Əvvəlki məhkəmə araşdırması ilə аzyаşlı X10 оğlunun qulluq və müalicə tələb edən xəstləyinin оlmаsı sübutа yеtdirilmişdir. İddiaçı isə hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin artırılaraq 250 manat müəyyən edilməsini xahiş etsə də, uşağın xəstəliyi ilə bağlı çəkilən xərclərin artması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əlаvə хərclərə görə 250 mаnаt vəsаitin tutulması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 09 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi “Cavabdeh əlаvə хərclərə görə 70 mаnаt vəsаit tutulubİddiaçınа ödənilsin” hissəsində dəyişdirilmədən saxlanılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1364/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7177/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “Cavabdeh əlаvə хərclərə görə 70 mаnаt vəsаit tutulub İddiaçınа ödənilsin” hissəsində dəyişdirilmədən saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar