Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2380/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Sözügedən nikah Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli, 192 nömrəli akt qeydi ilə rəsmiləşdirilib Birgə nikahdan xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulub.Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(063)-150/2016 saylı qətnaməsi ilə cavabdehlə olan nikahları pozulub, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun yanında saxlanıb, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hazırki iş üzrə Cavabdeh hər ay sabit pul məbləğində 100 manat, hər uşağa 50 manat aliment tutularaq ona ödənilməsi qət edilib.Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(063)- 764/2018 saylı qətnaməsi ilə yuxarıdakı qətnamə ilə müəyyən edilən alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 87, iki uşağa görə cəmi 174 manat ona verilməsi qət edilib.Yuxarıda qeyd olunanlara əsasən Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(063)-764/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılması,xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, iddiaçı ilə onun arasında bağlanmış nikah Ucar Rayon Məhkəməsinin 2(063)-150/2016 saylı qətnaməsi ilə pozulub, birgə nikahdan olan övladları Sübhan və Cahan anası İddiaçı himayəsinə verilib və həmin uşaqların saxlanılması üçün ondan hər biri üçün 50 manat olmaqla 100 manat miqdarında aliment tutaraq iddiaçıya verilməsi qət edilib. İddiaçı sonradan alimentin miqdarının artırılması barədə iddia ərizəsi yenidən Ucar Rayon Məhkəməsinə müraciət edib və alimentin miqdarı artırılmış hər uşaq üçün 87 manat olmaqla ümumilikdə 174 manat müəyyən edilib. Hazırda iddiaçı yenidən alimentin miqdarının artırılması barədə Bakı şəhəri Nizami rayon Rayon Məhkəməsinə müraciət edir. O, iddianı qismən qəbul edir. Belə ki, hər uşaq üçün alimentin miqdarının 13 manat artırılmaqla 100 manat ümumilikdə 200 manat məbləğində olmasının tərəfdarıdır. Çünki o, yenidən ailə qurmuşdur və onun hazırkı nikah münasibətindən Məzahir adlı bir övladı var. O, hər üç övladını saxlamağa borcludur. O, Sübhan və Cahan üçün olan alimentimi ödəyir və bunu özünə bir qaçılmaz öhdəlik kimi bilir, onunla yanaşı Məzahirin də ehtiyaclarını aradan qaldırır. Üç övladı böyütmək çox çətindir. Həmçinin himayəmsində arvadı Könül və övladı Məzahir olmaqla yanaşı ahıl yaşında atası da vardır, hansı ki, xəstədir daim müalicəyə ehtiyacı vardır. Bunlar hamsı onu maddi olaraq sıxır lakin çətinliklə olsa da bunların öhdəsindən gəlir. O, rəsmi olaraq heç bir yerdə işləmir.İddiaçı özünün işləməsini, həmçinin sosial yardım almasını, onun aylıq göndərdiyi alimenti də hesablasa onun əlində münasib bir məvacib olur. Əgər onun ödədiyi alimentin miqdarı çox miqdardı artırıldığı təqdirdə onun ödənişlərimdə axsamalar olacaq və o, övladlarının- Sübhan, Cahan və Məzahirin ehtiyaclarını balanslı şəkildə qarşılaya bilməyəcək. Onu da qeyd etmək istərdi ki, onun maddi imkanı uyğun olduğu vaxtlarda alimentin miqdarından artıq ödəyir və ödəyəcək.Alimentin miqdarı artırıla bilər belə ki, iddiaçı sübut etməlidir ki, onun rəsmi iş yerim var və aylıq aldığı məvacib yüksəkdir.Bunu sübut edə bilməz çünki onun rəsmi iş yeri yoxdur. O, alimentin artırılmasına etiraz etmir, artırılsın amma az miqdarda artırılsın ki, o da bütün öhdəliklərini yerinə yetirə bilsin. Məhkəmə tərəflərin izahatını dinləyib iddia tələbini iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(063)- 764/2018 saylı qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin 2(063)-150/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artrırılmış, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 87, iki uşağa görə cəmi 174 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilib Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini,eləcə də cavabdehin yeni ailə qurduğunu həmin nikahdan iki övladlarının olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(063)-764/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılmalı, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimenti İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(063)-764/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimenti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2380/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2380/2022
23.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver