Məhkəmə qərarları › İş №2(007)-2381/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2381/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2381/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulmalı olan alimentin miqdarının artırılaraq, Cavabdeh ilə 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 155 manat olmaqla, cəmi 310 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(007)-2012/2017 saylı qətnaməsi ilə 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 2(043)- 2233//2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 136.60 (bir yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 273.20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmənin çıxardığı həmin qətnamədən 4 il keçib. Məhkəmənin müəyyən etdiyi aliment məbləği uşaqların saxlanılması üçün kifayət elmir. Belə ki, uşaqlar bir az daha böyüyüblər, onlara çəkilən xərclərin miqdarı qat-qat artıb. O, qeyd edilən məbləğlə uşaqların maddi tələbatını yetərincə ödəyə bilmir. Buna görə alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək, izahatında bildirdi ki, iddia tələbini qəbul edir. 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 155 manat olmaqla, cəmi 310 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(007)-2012/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 2(043)-2233/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 136,60 (bir yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat aliment tutulub, İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 790164 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 23.08.2012-ci il tarixdə bağlanmış və bu barədə 1012 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Kazımova İlahə “Osmanova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV seriyalı 092960 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 02.03.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 061988 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 28.08.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X7 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(007)-2012/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 2(043)-2233/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 136,60 (bir yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat aliment tutulub, İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə cavabdeh olan Osmanov X4 İlahə Etibar qızı ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 23.08.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdu. Birgə nikahdan iki övladı olmuşdur. İddiaçı aliment miqdarının artırılmasını tələb edir. Cavabdeh də iddianı qəbul edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə baxışında cavabdeh ikinci ailəsindən iki uşağının olmasını bildirmiş, iddiaçı da cavabdehin yenidən ailə qurmasını və iki uşağının olmasını etiraf etmişdir. Məhkəmə hər iki tərəfin təsdiq etdiyi halı yəni cavabdehin 02 oktyabr 2007-ci il təvəllüdlü X8 və 22 noyabr 2008-ci il təvəllüdlü X3 başqa iki uşağının olmasını və yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(007)-2012/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155 (yüz əlli beş) manat olmaqla, 310 (üç yüz on) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(007)-2012/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 02 oktyabr 2007-ci il təvəllüdlü X2 və 22 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155 (yüz əlli beş) manat olmaqla, 310 (üç yüz on) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar