Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-24/2019 12.02.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2 və ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetlərinə yönəldilməsi, borcun vaxtında qaytarılmamasına və vəsaiti özündə saxlamasına görə faizlərin ödənilməsi tələbinə dair ilikn iddiaya, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin və həmin öhdəliyin təminatı üçün bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair tələblər üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetlərinə yönəldilməsi, borcun vaxtında qaytarılmamasına və vəsaiti özündə saxlamasına görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi ilə cavabdeh İddiaçı qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsinin və həmin öhdəliyin təminatı üçün bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 məhkəməyə barışıq sazişi təqdim edərək, tərəflər arasında həmin sazişin bağlandığını bildirdi. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərflər arasında barışıq sazişi bağlanmışdır, Tərəflər barışıq əldə etdiyindən, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərəflər bir tərəfdən xx.xx.1962-ci il tarixində Gürcüstan Respublikasının Tiblisi şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı ilə digər tərəfdən xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh arasında Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə uyğun olaraq Barışıq sazişi imzalanmışdır. Tərəflər aralarında yaranmış məhkəmə mübahisəsini barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:
1. Cavabdeh (Cavabdeh) bu saziş imzalandığı günü iddiaçıya (İddiaçı) 9.000,00 (doqquz min) manat pul verməyi öz öhdəsinə götürür. Bununla da cavabdeh ümumilikdə iddiaçıya 15.000,00 (on beş min) manat vermiş olur.
2. İddiaçı cavabdehdən 9.000,00 (doqquz min) manat pul vəsaitini aldığı günün növbəti iş günü Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan cavabdehə qarşı “pul və əmlak tələbinə dair” iddiasından imtina etməyi, hazırki barışıq sazişinin təsdiq olunması üçün ərizə ilə məhkəməyə habelə cavabdehə məxsus Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 65 saylı binanın zirzəmisindəki ümumi sahəsi 36.3 kv.m olan qeyri-yaşayış sahəsini (bundan sonra əmlak adlanacaq) ipoteka yüklülüyündən azad olunması üçün kredit və ipoteka müqavilələrinin ləğv edilməsi üçün həmin müqavilələri təsdiq etmiş notariat kontoruna müraciət etməyi öz öhdəsinə götürür.
3. İddiaçı bəyan edir ki, 9.000,00 (doqquz min) manat məbləğində vəsait ödənildikdən sonra cavabdehin ona heç bir borcu qalmır və iddiaçı gələcəkdə pul və əmlak tələbi ilə cavabdehə qarşı hər hansı iddia tələbi ilə çıxış etməyəcəkdir.
4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka və kredit müqaviləsinə xitam verilir.
5. İddiaçının Nizami Rayon Məhkəməsində cavabdehə qarşı qaldırdığı məhkəmə işi üzrə bütün məhkəmə xərcləri və məsrəfləri iddiaçıya aid edilir.
6. Bu saziş 3 nüsxədə tərtib olunub və hər biri eyni hüquqi qüvvəyə malik olmaqla, nüsxələrdən biri Nizami Rayon Məhkəməsinə, digərləri isə tərəflərdə qalır. Tərəflərin barışıq sazişinin mətni və şərtləri yuxarıdakı kimi olmuşdur. Məhkəmə aşağıdakı hüquq normalarına əsasən hesab edir ki, barışıq sazişi təsdiq edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi, eləcə də sazişin şərtləri qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 266-269-cu maddələrinə əsasən məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetlərinə yönəldilməsi, borcun vaxtında qaytarılmamasına və vəsaiti özündə saxlamasına görə faizlərin ödənilməsi tələbinə dair ilikn iddia ərizəsi, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin və həmin öhdəliyin təminatı üçün bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
7. Cavabdeh (Cavabdeh) bu saziş imzalandığı günü iddiaçıya (İddiaçı) 9.000,00 (doqquz min) manat pul verməyi öz öhdəsinə götürür. Bununla da cavabdeh ümumilikdə iddiaçıya 15.000,00 (on beş min) manat vermiş olur.
8. İddiaçı cavabdehdən 9.000,00 (doqquz min) manat pul vəsaitini aldığı günün növbəti iş günü Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan cavabdehə qarşı “pul və əmlak tələbinə dair” iddiasından imtina etməyi, hazırki barışıq sazişinin təsdiq olunması üçün ərizə ilə məhkəməyə habelə cavabdehə məxsus Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 65 saylı binanın zirzəmisindəki ümumi sahəsi 36.3 kv.m olan qeyri-yaşayış sahəsinin (bundan sonra əmlak adlanacaq) ipoteka yüklülüyündən azad olunması üçün kredit və ipoteka müqavilələrinin ləğv edilməsi üçün həmin müqavilələri təsdiq etmiş notariat kontoruna müraciət etməyi öz öhdəsinə götürür.
9. İddiaçı bəyan edir ki, 9.000,00 (doqquz min) manat məbləğində vəsait ödənildikdən sonra cavabdehin ona heç bir borcu qalmır və iddiaçı gələcəkdə pul və əmlak tələbi ilə cavabdehə qarşı hər hansı iddia tələbi ilə çıxış etməyəcəkdir.
10. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka və kredit müqaviləsinə xitam verilir.
11. İddiaçının Nizami Rayon Məhkəməsində cavabdehə qarşı qaldırdığı məhkəmə işi üzrə bütün məhkəmə xərcləri və məsrəfləri iddiaçıya aid edilir. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə əmlakların qiymətləndirilmə xərci olan 400 (dörd yüz) manat məbləğində pul İddiaçı "xxxx" MMC-nin xeyrinə (M/h:AZ51NABZ********************, H/hAZ51KABA********************) tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Həqiqət Əhmədova