Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2401/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6280 (altı min iki yüz səksən) manat borc məbləğinin, əlavə olaraq 1000 (bir min manat) çəkilmiş əlavə xərclərin, ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təsadüf nəticəsində Cavabdeh ilə 29 noyabr 2023-cü il tarixində taksidə tanış olublar. Əvvəlcə cavabdehlə aralarında səmimi ünsiyyət və dostluq münasibətləri yaranıb, daha sonra Azad bu səmimiyyətdən sui-istifadə edərək övladının xəstə olması və avtomobilinin təmirə ehtiyac olduğu bəhanəsi ilə ondan dəfələrlə borc pul istəyib. Onunla olan dostluq münasibətlərindən irəli gələrək ona cari ilin müxtəlif tarixlərində 15 aprel 2024-cü il tarixində 3100 (üç min yüz) manat, 06 may 2024cü il tarixində 1000 (min) manat, 20 may 2024-cü il tarixində 1900 (bir min doqquz yüz) manat, may sonun da isə 280 (iki yüz səksən) manat olmaqla, cəmi 6280 (altı min iki yüz səksən) manat pul vəsaitini aralarında olan sadə müqavilə əsasında cavadeh Cavabdeh borc verib. Əlavə olaraq bildirmək istəyir ki, 6280 (altı min iki yüz səksən) manat məbləğ puldan başqa 1000 (bir min) manatadək onun tərəfindən zərər olaraq əlavə xərclər edib. Dəfələrlə borcu qaytarmağı cavabdehdən istəsə də, cavabdeh hər dəfə yalandan vədlər verərək ödəyəcəyini bildirib, lakin buna baxmayaraq heç bir ödəniş etməyib. Cavabdehin qərəzli şəkildə ödənişdən boyun qaçırdığını anladıqdan sonra hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Qeyd etmək istəyir ki, məhkəməyə müraciət etməmişdən qabaq cavabdehin əməlində mövcud olan dələduzluq faktını araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə dəvət edilib və orada başıma gələnlərlə bağlı izahat verib. Hazırda bu işlə bağlı heç bir hərəkət olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Beləliklə, iddia ərizəsinə əlavə etdikləri sadə borc müqavilələrindən, onunla cavabdeh arasında baş tutmuş “Whatsapp” proqramında olan yazışmalarından və cavabdehin səs yazılarından müəyyən olunur ki, həqiqətən cavabdeh borc götürdüyünü etiraf edir, lakin pulu qaytarmaqdan müxtəlif bəhanəlrlə boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir, 6280 manat borc məbləğini, əlavə olaraq 1000 manat çəkilmiş xərcləri, ödənilmiş dövlət rüsumunu iddiaçıya qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2024-cü il tarixində 3100 (üç min yüz) manat məbləğində borc alıb. Bu məbləği may ayının 01 tarixində qaytarmaq şərti ilə. - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2024-cü ildə 4100 manat alıb və xx.xx.2024-cü ildə qaytarmağa öz izahatı ilə təsdiqləyir. - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, İddiaçı 6000 manat məbləğində borc alıb və həmin məbləği xx.xx.2024-cü ildə qaytaracaq və öz izahatı ilə təsdiqləyir. - Məhkəməyə iddiaçı tərəfindən “+**********04” mobil nömrəsi ilə “Whatsapp” adlı porqramdan olan yazışmaların surətləri və səs yazılarının qeyd edildiyi 1 ədəd CD disk təqdim edilmişdir. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh 6280 manat məbləğində borc pul verilib, cavabdeh həmin pulu qaytarması ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, borc üzrə ödəniş etməyib. Hazırda iddiaçı həmin pulu və əlavə xərclərə görə 1000 manat məbləğində pulu cavabdehdən tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6280 (altı min iki yüz səksən) manat borc, çəkilmiş əlavə xərləcrə görə 1000 (min) manat pul, cəmi 7280 (yeddi min iki yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 93 (doxsan üç) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6280 (altı min iki yüz səksən) manat borc, çəkilmiş əlavə xərləcrə görə 1000 (min) manat pul, cəmi 7280 (yeddi min iki yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 (doxsan üç) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2401/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2401/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver