Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-242/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanan 05.07.2019-cu il tarixli, RK12 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2365.53 manat məbləğində kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 ilə 05.07.2019-cu il tarixli, RZ12 nömrəli zaminlik müqaviləsi bağlayıb və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürüb. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitdən tam istifadə edib, lakin kredit borcu və hesablanan faizləri müqavilə ilə müəyyən edilən qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanan faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməyib və filial tərəfindən verilən arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 2022.15 manat əsas, 14.06 manat faiz borcu olmaqla, cəmi 2036.21 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanan faizlərin ödənilməsi üçün heç bir tədbir görülməyib, müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 05.07.2019-cu il tarixli, RK12 saylı kredit müqaviləsinə əsasən 2022,15 manat əsas borcun,14,06 manat faiz borcunun, cəmi 2036,21 manat borcun və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2365 manat kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh2 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2019-cu il tarixli kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür Maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 343 manat ödəmiş və həmin kredit müqaviləsi üzrə Cavabdeh1 banka 2022,15 manat əsas borcu,14,06 manat faiz borcu, cəmi 2036,21 manat borcu vardır. 14.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 2036,21 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2022,15 manat əsas borc,14,06 manat faiz borcu olmaqla cəmi 2036,21 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2022,15 manat əsas borc,14,06 manat faiz borcu,cəmi 2036,21 manat borc və 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-242/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-242/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver