Məhkəmə qərarları › İş №2(007)-2448/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2448/2024

15.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2448/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qərarın və mühafizə orderinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qərarın və mühafizə orderinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində ləğv edilməsini tələb etdiyi qısa müddətli mühafizə orderi xx.xx.2024-cü il tarixdən 30 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək verilmiş, iddia tələbi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi mühafizə orderinin artıq müddəti bitmişdir, iddiaçı isə hazırda qüvvədən düşmüş orderi mübahisələndirərək ləğv edilməsini məhkəmədən tələb edir. Həmçinin məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdeh qismində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qoyulsa da mübahisələndirilən qərar və qərar əsasında verilmiş qısa müddətli mühafizə orderi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Məişət, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu tərəfindən qəbul edilmiş və həmin qrupun rəhbəri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qərarın və mühafizə orderinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması tərəflərə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qərarın və mühafizə orderinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Tərəflərə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar