Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2450/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5089/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehdən hər ay tutulmalı olan alimentin miqdarını artıraraq, Cavabdeh birgə nikahdan olan övladları 17 iyul 2012-ci il təvəllüdlü X7 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün hər uşağa görə aylıq 500 (beş yüz) manat olmaqla ümumilikdə aylıq sabit pul məbləğində 1000 (min) manat müəyyən edilməsi və cavabdehin təyin edildiyi vaxtdan ödəmədiyi alimentin 3920 (üç min doqquz yüz iyirmi) manatlıq borc hissəsinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış 250 nömrə ilə qeydə almımışdır. Birgə nikahlarından 17.07.2012-ci il təvəllüdlü X7 və 13.10.2015-ci il təvəllüdlü X3 adlı iki övladları dünyaya gəlmişdir. Bir müddət keçdikdən sonra ailə münasibətləri kəskinləşmiş və nikahlarına xitam verilməsi üçün məhkəməyə müraciət edilmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-5089/2016 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş və birgə nikahlarından olan övladlarının onun himayəsində saxlanılması qət edilmişdir. Həmçinin Nizami rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə övladları 17.07.2012-ci il təvəllüdlü X8 və 13.10.2015-ci il təvəllüdlü X1 üçün aylıq 330 manat məbləğində aliment təyin edilmişdir. Həmin aliment qızının 3 yaşına qədər saxlanılması üçün əlavə olaraq hesablanmışdı. 13.10.2012-ci ildən sonra isə alimentin məbləği 260 manata endirilmişdir. Alimentin təyin edildiyi gündən etibarən isə Cavabdeh hər ay 200 manat məbləğində aliment ödəmişdir. Həmin bu məbləğ isə övladlarına baxması, eyni zamanda artan təhsil və məktəbəqədər hazırlıq xərcləri üçün bəs etmir. Övladlarının təhsili və gündəlik tələbatı üçün aliment miqdarının artırılması olduqca vacibdir. Lakin cavabdeh təyin edildiyi gündən etibarən heç bir vaxt alimenti vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Halbuki övladlarının artan xərclərinin qarşılanması üçün ödəniləcək aliment az da olsa ona kömək edəcəkdir. Uşaqların kifayət qədər yaxşı təhsil alması onların gələcəyi üçün çox vacibdir. Eyni zamanda uşaqların kifayət qədər yaxşı şəraitdə təhsil alması dövlət üçün yararlı vətəndaş olmasına səbəb olacaqdır. Əslində isə Cavabdeh ödəməli olduğu məbləğ 11920 (min yüz doqquz yüz iyirmi) manat təşkil etməkdədir. Belə ki, 2017-ci ilin aprel ayından 13.10.2018-ci il tarixinə qədər hər ay 330, bugünkü günə qədər isə hər ay 260 manat məbləğində aliment ödənilməli idi. Cavabdeh ödədiyi məbləğ isə 8000 (səkkiz min) manat təşkil etməkdədir. Göründüyü kimi Cavabdeh ona ödənilməli olan alimentin 3920 (üç min doqquz yüz iyirmi) manatlıq hissəsi borc olaraq ödənilmədən qalmışdır. Təkbaşına övladlarını böyüdə bilməsi üçün öz yaxınlarından bir neçə dəfə borca pul almış və hazırda onları ödəməkdə çətinlik çəkir. Buna görə də hesab edir ki, cavabdehin təyin edildiyi vaxtdan ödəmədiyi alimentin 3920 manatlıq borc hissəsi Cavabdeh tutularaq onun xeyrinə ödənilməlidir. Həmçinin təyin edilmiş aliment məbləği də artırılaraq övladlarım 17.07.2012-ci il təvəllüdlü X7 və 13.10.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa görə aylıq 500 (büş yüz) manat olmaqla ümumilikdə 1000 (min) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin ediməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur. Hazırda evlidir. Maddi vəziyyəti ağırdır. İddiaçı ilə birgə nikahdan doğulan uşaqların saxlanması üçün müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də alimentin artırılmamasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)- 5089/2016 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ilə Bayramova (Mütəllimli) Aygül Azadi qızı arasında 2012-ci il yanvarın 14-də Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 27 №-si ilə qeyd edilmiş nikahın pozulması, Nikah pozulduqdan sonra 17 iyul 2012-ci il təvəllüdlü X7 və 13 oktyabr 2015-ci il təvəllüdlü X3 anaları X4 himayəsində qalması, Cavabdeh 14 iyul 2016-cı il tarixdən başlayaraq 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 manat və 13 oktyabr 2015-ci il təvəllüdlü X3 3 yaşına çatanadək maddi tələbatının ödənilməsi üçün uşağa baxılması ilə əlaqədar hər ay 60 (altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. - AZE 18198906 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 17 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 17 iyul 2012-ci il tarixdə Uğur, 13 oktyabr 2015-ci il tarixdə Mehriban adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə, iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ilə Bayramova (Mütəllimli) Aygül Azadi qızı arasında 2012-ci il yanvarın 14-də Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 27 №-si ilə qeyd edilmiş nikahın pozulması, Nikah pozulduqdan sonra 17 iyul 2012-ci il təvəllüdlü X7 və 13 oktyabr 2015-ci il təvəllüdlü X3 anaları X4 himayəsində qalması, Cavabdeh 14 iyul 2016-cı il tarixdən başlayaraq 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 manat və 13 oktyabr 2015-ci il təvəllüdlü X3 3 yaşına çatanadək maddi tələbatının ödənilməsi üçün uşağa baxılması ilə əlaqədar hər ay 60 (altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019cu ildə müəyyən edilmiş hər uşağa görə hər ay 130 manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə qeyd edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini ümumilikdə 1000 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə, 17 iyul 2012-ci il təvəllüdlü X7 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmçinin “cavabdehin təyin edildiyi vaxtdan ödəmədiyi alimentin 3920 (üç min doqquz yüz iyirmi) manatlıq borc hissəsinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi”ni xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)- 5089/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (bir üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)-5089/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 17 iyul 2012-ci il təvəllüdlü X5 və 13 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (bir üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2450/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2450/2020
18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver