Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2458/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə şifahi şəkildə bağlanmış əqdin etibarsız hesab edilməsi, cavabdehdə olan və ona məxsus “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonu Şıxımlı kəndində yaşamaqla özünə məxsus “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. İnternet vasitəsi ilə TURBO.AZ saytında Ayxan adlı şəxsin sayta qoyduğu “Hyundai Exsel” markalı, ** CN *** dvlət qeydiyat nişanlı avtomobili özünə məxsus avtomobillə dəyişmək istədiyi üçün Ayxanın istifadə etdiyi telefon nömrəsinə zəng etmiş və Ayxanla danışarkən özünə məxsus “VAZ 2107” markalı, minink avtomobilini “Hyundai Exsel” markalı avtomobillə dəyişmək istədiyini bildirmişdir, Ayxan da onunla razılaşmışdır. O, Ayxana Kürdəmir şəhərinə gəlməsini təklif etmiş və Ayxan da xx.xx.2022-ci il tarixdə atası Elxanla Kürdəmir şəhəri, dördyol adlanan əraziyə gəlmişlər. O, da özünə məxsus “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh məxsus “Hyundai Exsel” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə barter yolu ilə dəyişmək barədə şifahi əqd bağlayaraq avtomobillərini dəyişdirmişlər. Onlar şifahi şəkildə aralarında əqd bağlayarkən razılaşmışlar ki, əgər hər hansı avtomobildə nasazlıq olarsa 3 gün ərzində geri qaytarılacaqdır. xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh barter yolu ilə dəyişdiyi “Hyundai Exsel” markalı avtomobilin mühərrik hissəsində səs əmələ gəlmiş və o, dərhal Cavabdeh zəng edərək avtomobili qaytarmaq istədiyini bildirmişdir. Elxan da həftənin 1-ci günü avtomobili geri götürəcəyini bildirsə də o, avtomobili qaytarmamışdır. Buna görə o, dərhal gedib Cavabdeh adına olan etibaməni ləğv etdirmişdir. Bundan sonra o, cavabdehlə dəfələrlə telefonla danışıb avtomobili qaytarmasını xahiş etsə də o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. O, Kürdəmir RPŞ-nə müraciət etmiş və onların izahatları alındıqdan sonra işin mülki xarakterli olduğunu bildirib ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Cavabdeh həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun da tələblərini pozaraq, bir istehlakçı kimi ona zəruri və düzgün məlumat verməmiş və bununla da onu aldatmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınması üçün İddiaçı ona etibarnamə verilməsi, əks təqdirdə cavabdeh İddiaçı "VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkdiyi 562 manat pulun, "Hyundai Exsel" markalı avtomobilin motor hissəsinin təmiri üçün 1000 manat və əldən çıxmış faydaya görə 500 manat vəsaitin həmçinin vəkilə xidmət haqqı kimi ödənilmiş 112 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi olmuşdur. İnternet vasitəsi ilə TURBO.AZ saytında oglu Ayxanın sayta qoyduğu “Hyundai Exsel” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh özünə məxsus avtomobillə dəyişmək istədiyi uçun oğlunun istifadə etdiyi telefon nömrəsinə zəng edib və oğlu ilə danışarkən o, özünə məxsus "VAZ 2107" markalı, minik avtomobilini ona məxsus “Hyundai Exsel” markalı avtomobillə dəyişmək istədiyini bildirmişdir. xx.xx.2022-cı il tarixdə oğlu Ayxanla Kürdəmir şəhəri, dördyol adlanan əraziyə getmiş və avtomobillərini dəyişdirmişlər. Onların aralarında avtomobilin nasazlıq olarsa 3 gün ərzində geri qaytarılması barədə hər hansı razılaşma olmamışdır. Hətta ona avtomobilin “peredok” hissəsi və bir neçə yerdə olan nasazalıqlar barədə məlumat verilmişdir. Səhəri gün o, oğlu ilə əlaqə saxlayaraq avtomobilin ehtiyyat hissələrinə dair məlumat istəmiş, oğlu da ona ehtiyyat hissələrinin adının tam yazılmasını və ən ucuz qiymətə ehtiyyat hissələri tapacağına köməklik edəcəyini demişdir, lakin 3 gündən sonra avtomobilin mühərrikində yaranan problemlə əlaqədar avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. Onlar avtomobili barter edəndə avtomobil yaxşı vəziyyətdə idi və onun heç bir problemi olmamışdır, maşın cavabdehdə olduqdan sonra avtomobildə problemlər yaşanmışdır. Cavabdeh dərhal gedib onun adına olan etibarnaməni ləğv etdirmiş və bu hal da onun hüquqlarını, pozmaqla bərabər işlərini görə bilmir və nəticədə gəlir əldə etməkdən də məhrum olmuşdur. Bundan sonra o, Kürdəmir RPŞ-yə müraciət edərək, ümumilikdə 562 manat xərc çəkmiş bu faktı Avtoservis-Qamışlıq MMC-nin arayışı təsdiq edir. Həmçinin avtomobil geri qaytarılacağı təqdirdə motor sisteminin təmir edilməsi üçün ən azı 1000 manat məbləğində əlavə edəcəyi təqdirdə avtomobili geri qaytara bilər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, Cavabdeh maşını dəyişəndə yüngül problemi olduğunu demişdi, lakin maşın səhərisi gün nasaz olduğundan motoru dayanıb işləməmişdir, dərhal zəng edib bildirib ki, maşını qaytarsın öz maşınını aparsın, Elxan isə maşını qaytarmamış o, da etibarnaməni ləğv etdirmişdir. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilk iddia tələbini etiraf etməyərək, bildirdi ki, o, maşını işlək vəziyyətdə təhvil vermişdir. Tural zəng vuranda deyib “problem yoxdur maşını gətir öz maşınını apar”. O, da Turaldan aldığı maşını təmir etdirmişdir, xərc çəkmişdir. Məhkəmə iclasının gedişində motorun yığılmasının pulunu da vermişdir. Lakin Tural yenə də etibarnamə verməkdən imtina edir. İlkin iddianın təmin olunmamasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1 Tural Ummay oğlunun izahatına uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Hyundai Excel” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X2r. -Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ № 310828 saylı etibarnamənin surətindən görünür ki, “Hyundai Excel” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi X5 xx.xx.2022-ci il tarixdə İddiaçı həmin etibarnamə üzrə 1 il müddətinə sürücü hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. -Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ № 320734 saylı etibarnamənin surətindən görünür ki, “VAZ 2107” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh həmin etibarnamə üzrə 1 il müddətinə sürücü hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. - Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş müayinə aktından görünür ki, “Hyundai Excel” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməklə müəyyən olunmuşdur ki, avtomobilin üzərində olan G4DJP090599 nömrəli mühərrik sıradan çıxmış və hazırda istismara yararlı deyildir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “Hyundai Excel” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyi zaman 112 manat ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 83.42 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər qarşılıqlı razılıq əsasında istifadələrində olan avtomobilləri dəyişdirməklə şifahi razılığa gəlmişlər. Sonradan “Hyundai Exsel” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq aşkar olunduğundan İddiaçı öz avtomobilini geri qaytarmaq istəmiş, lakin tərəflər bu təkliflə razılığa gələ bilməmişlər. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə şifahi şəkildə bağlanmış əqdin etibarsız hesab edilməsi, cavabdehdə olan və ona məxsus “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınması üçün İddiaçı ona etibarnamə verilməsi, əks təqdirdə cavabdeh İddiaçı "VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkdiyi 562 manat pulun, "Hyundai Exsel" markalı avtomobilin motor hissəsinin təmiri üçün 1000 manat və əldən çıxmış faydaya görə 500 manat vəsaitin həmçinin vəkilə xidmət haqqı kimi ödənilmiş 112 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmamış və avtomobillərin dəyişdirilməsi şifahi razılıq əsasında reallaşmaqla, “VAZ 2107” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda Cavabdeh olması müəyyən edilmişdir. Sadalanan xüsusatlara və qeyd olunan maddi normalara əsasən məhkəmə ilkin iddiaya münasibətdə hesab edir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobil hazırda qanunsuz sahiblikdə olduğundan, İddiaçı avtomobili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində ilkin iddia üzrə cavabdehlə arasında bağlanılmış şifahi müqavilənin avtomobildə nasazlıq olduğu təqdirdə 3 gün ərzində geri qaytarılacağı barədə razılaşma şərtləri ilə bağlanıldığını göstərsə də, bu hal işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Odur ki, ilkin iddia tələbin əqdin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsinə “VAZ 2107” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ əldə etməsini təsdiq edən hər hansı bir sənəd əlavə etməmişdir. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Məhkəmə hesab edir ki, Cavabdeh “Hyundai Exsel” markalı, ** CN *** dövlət qeydiyat nişanlı avtomobilə dair tələb irəli sürməyə subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarından da göründüyü kimi Nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Hyundai Excel” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X2r. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ilkin iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq, İddiaçı verilməli, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh “VAZ 2107” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq, İddiaçı verilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə məhkəmə xərcləri Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2458/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2458/2022
05.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver