Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2463/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09.07.2019-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. 06 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.07.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19.03.2021-dək Cavabdeh1 banka 09.07.2019-cü il tarixli kredit müqaviləsi üzrə 6155.86 manat əsas borc, 46.26 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6202.12 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 09.07.2019-cü il tarixli kredit müqaviləsi üzrə 6155.86 manat əsas borc, 46.26 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6202.12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 09 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verdi iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 6155.86 manat əsas borcundan 18.06.2021-ci il tarixdə 1600 manat məbləğində ödəniş etmişdir və bunu təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, izahatında bildirdi ki, kredit borcu götürmüşdür. Pandemiyaya görə ödəmə edə bilməmişdir. Lakin faizləri ödəmişdir. Borcunu tam şəkildə ödəməyə çalışacaq. İmkanı olmadığına və işləmədiyinə görə kredit borcunu ödəyə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək, izahatında bildirdi ki, borcun təminatçısı olaraq bankla 09.07.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlamışdır. İşin baxılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat krediti hər ayın 09-dan gec olmayaraq 615.16 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 09.07.2019-cu il tarixli, 11-MZ-1-0-1630-19 saylı kredit müqaviləsinə bankdan kredit götürmüş borcalan Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 16.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 09 iyul 2019cu il tarixli 11-MZ-1-0-1630-19 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixə "xxxx" ASC-yə 6155.86 manat əsas borc, 46.26 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6202,12 manat borcu vardır. İş materiallarında olan 02.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 18.06.2021-ci il tarixdə 6202.12 manat borcundan 1600 manat hissəsini ödəmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən İddiaçı İKB ASC-nin adı dəyişdirilmiş və "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı kredit müqaviləsinin 5.1.5-ci bəndindən görünür ki, müqavilədən irəli gələn öhdəliyin vxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti, hesablanmış faizləri və cərimə faizlərinin qaytarılmasını tələb etmək kreditorun hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Belə ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 11-MZ-1-0-1630-19 saylı razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 4555.86 manat əsas borc, 46,26 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4555.86 (dörd min beş yüz əlli beş manat səksən altı qəpik) manat əsas, 46.26 (qırx altı manat, iyirmi altı qəpik) manat faiz, cəmi 4606.12 (dörd min altı yüz altı manat on iki qəpik) manat və 22.30 (iyirmi iki manat, otuz qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4555.86 manat əsas, 46.26 manat faiz, cəmi 4606.12 manat və 22.30 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7.70 manatı iddiaçıya aid edilsin Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2463/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2463/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver