Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2487/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi , İddiaçı Namiq qızının, Cavabdeh iştirakı ilə İddiaçı Namiq qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Namiq qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Namiq qızı iddia tələbi onunla əsaslandırdı ki, 10 oktyabr 2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 30 avqust 2010-cu il təvəllüdlü X4 və 14 iyun 2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə nikah pozulub.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)-12222/2019 saylı qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 2(003)-2313/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilib, Cavabdeh 30 avqust 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2012-ci il təvəllüdlü X1 yeykinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilib. Hazırda uşaqlarının əlavə xərclərini ödəməyə maddi imkanım çatmır. Belə ki, oğlu İlyas idman məşğələsinə gedir, həmçinin onun gözlərində zəiflik və çəplik vardır. O, "Avrasiya Hospital", Zərifə Əliyeva adına Göz İnstitunda daimi olaraq müalicə alır. Uşaqların hər ikisinin nitqində qüsurlar olduğundan loqoped yanında daimi müalicə alırlar. Bütün bunlara onun maddi imkanı çatmır.Qeyd olunanlara Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)-12222/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılması, Cavabdeh onun xeyrinə 30 avqust 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2012-ci il təvəllüdlü X1 yeykinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat aliment tutulmas barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, “Araz” Supermarketində işləyir və aylıq əmək haqqı 405 manat təşkil edir. Buna baxmayaraq hər ay 320 manat aliment ödəyir. Onun başqa qəlir yeri yoxdur. Dövlətin qanununa görə ondan aliment 1/3 hissədə tutulmalıdır.Ona görə də, xahiş edirə ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia tələbini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)-12222/2019 saylı qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 2(003)-2313/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilib, Cavabdeh 30 avqust 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Namiq qızına verilməsi qət edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı Namiq qızının himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki,iddia təmin edilməli,məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılmalı,Cavabdeh 30 avqust 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat aliment İddiaçı Namiq qızının xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)-12222/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılsın. Cavabdeh 30 avqust 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat aliment İddiaçı Namiq qızının xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2487/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2487/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver