Məhkəmə qərarları › İş №2(007)-249/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-249/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-249/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, o Cavabdeh ilə 51 nömrəli Notariusda 12 may 2020-ci il tarixində kredit müqaviləsi bağlayaraq ona 10000 manat məbləğində pul borc vermişdir. Borc alan Cavabdeh krediti 12 iyul 2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürüb. Lakin indiyədək borcalan tərəfindən hər hansı ödəniş həyata keçirilməyib 30.08.2021-ci il tarixində “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya bildiriş göndərilsə də cavabdeh tərəfindən hər hansı ödəniş edilməyib. Kredit müqaviləsinə əsasən, borc alan ödənişi vaxtında icra etmədikdə hər gecikdirilən gün üçün 1% həcmində dəbbə pulu ödəməlidir. Nəzərə alınsa ki, borc alan artıq 437 gündür ödənişi vaxtında icra etmir, bu zaman borc alan kredit müqaviləsinə əsasən əldə etdiyi 10000 manatdan əlavə 43700 manat dəbbə pulu ödəməlidir.Lakin humanizm prinsiplərini əsas tutaraq Cavabdeh 10000 manat əsas borcun 3000 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, o iddiaçıdan 10000 manat borc almışdır. Müəyyən səbəblərə görə borcu ödəyə bilməmişdir. Hazırda iddiaçı cərimə borcunu 3000 manata endirib, lakin o, 2000 manat ödəməyə razıdır. Buna baxmayaraq ona olan güzəşti nəzərə aldığı üçün iddiaçıya minnətdardır və 13000 manat pulu İddiaçı qaytarmağa razıdır. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin olunsun. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Tərəflər arasında Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış 12 may 2020-ci il tarixli 3M-533 reyestrli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12 iyul 2020-ci il tarixinədək qaytarmaq şərti ilə 10000 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30.08.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,borcun 20 gün ərzində ödənilməməsi halında notarius tərəfindən icra qeydinin aparılacağı barədə cavabdeh məlumatlandırılıb. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçıməhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış,iddiaçı cavabdehə 10000 manat pul vermişdir. Cavabdeh kreditin tam olaraq 12 iyul 2020-ci il tarixədək qaytarılması barədə öz üzərinə öhdəlik götürsə də müqavilənin şərtlərinə əməl etməmişdir.Hal hazırda iddiaçı cavabdehdən əsas borc məbləği ilə yanaşı həm də cərimə,cəmi 13000 manat tələb edir.Cavabdeh iddianı qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirib cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı Cavabdeh İddiaçı xeyrinə 10000 manat əsas borc, 3000 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 10000 manat əsas borc, 3000 manat cərimə borcu 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar