Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2507/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ona yaxınlaşaraq işləməsi üçün motosikilet alınması üçün 220 manat pulun lazım olduğunu bildirdi. Eyni zamanda bundan əvvəl kuryer fəaliyyəti ilə məşğul olarkən motosikleti ilə qəza törətdiyini və hazırda Sabunçu RPİ-nin İstintaq şöbəsində istintaq getdiyini bildirdi. Anasının isə işləmədiyini qeyd edərək ailə vəziyyətinin çox ağır olduğunu bildirdi. Lakin pulun verilməsi anasının iştirakı ilə mümkün olduğunu qeyd edərək anasının iştirakı ilə müqavilə tərtib olunub, 220 manat anasına verilib. Daha sonra 06 may 2023-cü il tarixində 100 manat da digər cavabdehə verməklə müqaviləyə imza əlavə etmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də pulun ödənilməsindən qərəzli olaraq yayınırlar. Cavabdehlərə pretenziya göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. İddia ərizəsi əlavə olunmuş borc müqaviləsindən görünür ki, Cavabdeh1 borc müqaviləsi imzalayıb 220 manat pulun alınmasını təsdiq etmişdir. Müqaviləyə əsasən borc məbləği 2 aydan artıq ləngildilə bilməz. Ləngimə məhkəməyə səbəb olarsa əlavə olaraq məhkəmədə olduğu üçün 500 manat ödənilməlidir. Eyni zamanda müqavilənini icra yeri Nizami rayonu göstərilmişdir. Göstərilənlərə əsasən, cavabdehlərin üzərinə 320 manat əsas borc, borcun 2 aydan artıq ləngidilməsi və ləngimənin məhkəməyə səbəb olması əsası ilə əlavə olaraq 500 manat pulun, ümumilikdə isə 820 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edib, izahatında bildirmişdir ki, Cavabdeh1 oğlu Cavabdeh2 ona yaxınlaşaraq motesiklet alıb işləmək istədiyini bildirmiş, bundan sonra anasının yanına getmişlər. Orada qol çəkdirib cavabdehlərə 220 manat pul vermişdir. Daha sonra motosikletin təmiri üçün 100 manat pul vermişdir. Lakin, şərt kəsmişdir ki, pulu vaxtında qaytarsınlar. O, cavabdehlərə xəbərdarlıq da etmişdir ki, ləngimə üçün əlavə 500 manat da ödəməli olacaqlar. Lakin, cavabdehlər buna məhəl qoymamışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib izahatında bildirmişdir ki, borc aldığını qəbul edir, lakin iddiaçı ona müqavilədə yazılanlar əsasında qol çəkdirməyib. İddiaçı ona demişdir ki, “oğlunla kirayədə yaşama, mənim Keşlədə evim var, orada oğlunla qalarsınız”. İddiaçının həmin ünvanda bir qadınla əlaqəsi olmuş, sonuncunun beş uşağı olmuş, 2-si xəstə olmuşdur. İddiaçı ona həmin üç uşağa baxmasını, bunun əvəzinə ayda 350-400 manat pul verəcəyini, verdiyi borcdan isə hər ay 100 manat çıxacağını təklif etmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, “Borc alanlar” Cavabdeh2 və Cavabdeh1 ilə “Borc verən” İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ümumilikdə 320 manat (220+100 manat) pulun 1 ay müddətinə borc verilməsidir. Borc məbləği 2 aydan artıq ləngidilə bilməz. Ləngimə məhkəməyə səbəb olarsa əlavə olaraq 500 manat borc verənə ödənilməlidir. Qeyd olunan müqavilədə tərəflər ad, soyad və ata adını yazaraq müqaviləni imzalamışlar. - Pretenziyalardan və xx.xx.2023-cü il tarixli poçt çatdırılması barədə qaimədən görünür ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciət edərək, qeyd olunan borcun qaytarılmasını, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.1997-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 30 aprel 2023-cü il tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 320 manat borc pul vermişdir. Cavabdehlər həmin pulu İddiaçı almış və bu borcunu, ləngimə məhkəməyə səbəb olarsa əlavə olaraq 500 manat pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər iddiaçıya həmin məbləğdə pul borcunun olmasını əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdehlər borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərilərinə düşən öhdəliklərə əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehlərə nağd olaraq 320 manat məbləğində borc vermiş, cavabdehlər həmin məbləğdə pulu iddiaçıdan borca almışlar. Müəyyən müddətdən sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehlər aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişlər. Cavabdehlərin maddi vəziyyətinin ağırlaşması ilə borcun qaytarılmasına təhlükə olduğuna görə iddiaçı pulun cavabdehlərdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu və ləngimə nəticəsində əlavə olaraq 500 manat pulu borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, borc məbləğini və ləngimə nəticəsində əlavə olaraq 500 manat pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 320 manat əsas borc və borcun gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş qaydada 500 manat, ümumilikdə 820 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 320 manat əsas borc və borcun gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş qaydada 500 manat, ümumilikdə 820 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2507/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2507/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver