Məhkəmə qərarları › İş №2(007)-251/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-251/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-251/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi uşağı övladlağı götürmə tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi uşağı övladlağı götürmə tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal hazırda Nizami rayonu 190 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləyir. Övladı olmadığı üçün nikahı pozulub. Maraqlı şəxs2 təsadüfən xeyriyyə tədbirlərinin birində tanımışam, tədricən yaxın münasibətləri yaranıb. Bundan sonra onun uşaq övladlığa götürmək istədiyini öyrəndikdə dörd övladının olduğunu, uşaqlarını saxlaya bilmədiyini, kirayədə yaşadığını, özünün işləmədiyini və buna görə də sonuncu övladı 16.02.2020-ci il tarixində anadan olan X9 mənə övladlığa verməyə hazır olduğunu bildirdi. Sağlamlığımda olan problemlərdən dolayı heç vaxt öz övladı olmayıb, ailəsi də həmin səbəbdən dağılıb. Özü isə analıq hissinin nə olduğunu bilməmişdir və müəyyən bir yaşdan sonra övladının olmasını çox istəyir. Bu səbəbdən Maraqlı şəxs2 rəsmi nikahdan olmayan övladı 16.02.2020-ci il tarixində anadan olan X9 öz anasının könüllü razılığı əsasında o, saxlayır.. X4 3 aylığından o,baxır. İstəyir ki, uşağın övladlığa götürülməsi məsələsi rəsmiləşsin ki, uşağın gələcəyinə mənfi təsiri olmasın. Bundan başqa qeyd etmək istəyir ki, uşağı saxlamaq, onun gələcək təminatını və qayğısız həyalım təmin etmək, onun inkişafı, tərbiyəsi və sağlamlığı ilə məşğul olmaq üçün maddi imkanları kifayət qədərdir. Belə ki, uşağın gələcəyini təmin etmək və normal bir övlad kimi yetişdirmək iqtidarındadır. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində 108 saylı evin 18 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Özü də Nizami rayonu, 190 saylı körpələr evi-uşaq baxçasmda musiqi rəhbəri işləməklə 562,50 manat əmək haqqı alır. Sağlamlığı bağlı neç bir problemi yoxdur, tibbi arayışlar da bunu təsdiq edir.Qeyd olunanlara əsasən Maraqlı şəxs2 rəsmi nikahdan olmayan övladı,16.02.2020-ci il tarixdə anadan olmuş X17 oğlunun onun övladlığına verilməsi,habelə uşağın doğum yerinin və tarixinin saxlanılması şərtilə adının X3 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, Nurlana xanım təmsil etdiyi orqana müraciət edib, qanuni tədbirlər görülüb, lakin uhağın həqiqi anası şəxsən gəlmədiyi üçün onların tərəfindən müsbət qərar vermək mümkün olmayıb. Uşağın həqiqi anasının notarial qaydada təsdiq olunmuş ərizəsi olduğu üçün Ərizəçi ərizəsinin təmin olunmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X11 16.02.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.Anası Maraqlı şəxs2,atası X6r. Maraqlı şəxs2 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, övladı X5 Ərizəçi tərəfindən övladlığa götürülməsinə razıdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin portal şıxarışından görünür ki, Maraqlı şəxs2 üç övladı vardır:30.08.2013-cü il təvəllüdlü X7, 13.06.2016-cı il təvəllüdlü X10 və 16.02.2020-ci il təvəllüdlü X11. Qeyd olunan portal məlumatlarında uşaqların ataları barədə məlumat yoxdur. Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə Agentliyin tərəfindən tərtib olunmuş “Övladlığa gğtürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu” barədə 23 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki,valideyn namizəd Ərizəçi tərəfindən X5 övladləığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edulir. Aazərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.5. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır. 118.13. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. 118.20. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 126.1. Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. 127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır. 127.3. Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqında məhkəmə qətnaməsində göstərilir. Azərbaycan Respublikası MPM-nin aşağıda sadalanan maddələrinə əsasənu şağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. 347.1.7. müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi ərizəyə əlavə olunmalıdır.. 348.1. İşi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanının rəyinin əlavə olunub-olunmadığını yoxlayır. 349.İşə qapalı məhkəmə iclasında, ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə halları istisna olmaqla, övladlığa götürənlərin müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. 350.4. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına və uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün qətnamənin çıxarıldığı yer üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanına göndərilir. İşin hallarından görünür ki, ərizəçi 1969-cu ildə Bakı şəhərində anadan olmuş Ərizəçi anası Maraqlı şəxs2 olan 16.02.2020-ci il təvəllüdlü X9 övladlığa götürmək üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan bütün prosedur qaydalara əməl etmiş,müvafiq icra hakimiyyəti orqanında ovladlığa götürməyə namizəd kimi qeydiyyatdan keçmiş və həmin orqanın “Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu” barədə 23 sentyabr 2021-ci il tarixli rəyini almışdır.Uşağın anası Maraqlı şəxs2 nikahda deyil. Maraqlı şəxs2 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o övladı X5 Ərizəçi tərəfindən övladlığa götürülməsinə razıdır. Ərizəçi əvvəllər nikahda olsa da hazırda subaydır.Ovladlığa götürənlə övladlığa götürülənin yaş həddi qanunun tələbinə uyğun gəlir. Ərizəçi maddi və sosial vəziyyəti uşağı normal şəraitdə böyütmək və tərbiyə etmək üçün imkan verir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərib,yuxarıda sadalanan maddi və prosessual hüquq normalarına istinad edərək hesab edir ki,ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 rəsmi nikahdan olmayan övladı,16.02.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X17 oğlu 1969-cu ildə Bakı şəhərində anadan olmuş Ərizəçi övladlığına verilsin. X5 adı “X13”, doğum tarixi “16.02.2020-ci il”, doğum yeri Bakı şəhəri,anası Ərizəçi göstərilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar