Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3232/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçilər Ərizəçi və X1 maraqlı şəxslər Maraqlı şəxs və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi və X3 maraqlı şəxslər Maraqlı şəxs və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsi mənasına görə ərizədə işdə iştirak edən şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yerin ünvanının göstərilməsinin qeyd olunması, həmin ünvanın mövcudluğunu təsdiq edən rəsmi sənədlərin iş materiallarına əlavə edilməsini özündə ehtiva edir. Lakin ərizəçilər Ərizəçi və X3 ərizədə maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əvəzinə Maraqlı şəxs, həmçinin Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasını göstərmiş, bununla da maraqlı şəxs kimi cəlb edilməli olan şəxsləri düzgün qeyd etməməklə MPM-in 149.2.2-ci maddəsinin tələbinə riayət etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən ərizənin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, ərizəçilər Ərizəçi və X1 maraqlı şəxslər Maraqlı şəxs və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, Ərizəçi Abşeron Rayon Məhkəməsinə ərizə verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə saat 14:05-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi və X1 maraqlı şəxslər Maraqlı şəxs və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçilərə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçilər Ərizəçi və X1 maraqlı şəxslər Maraqlı şəxs və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair ərizəsi barədə 2(012)-3232/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3232/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3232/2025
28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver