Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-500/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi və X3 Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 Təyyub qızının Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçilər Ərizəçi və X3 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Təyyub qızına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyina qarşı «övladlığa götürmə» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X12 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Təyyub qızına və maraqlı orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyina qarşı «övladlığa götürmə» barədə ərizə ilə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 Təyyub qızının rəsmi nikahlarından 05 mart 2020-ci il tarixdə doğulmuş övladları X5 tərəflərindən ovladlığa götürülməsinə; doğum qeydi kitabında uşağın soyadı, adı, atasının adı: «X14», valideynləri: atası-«Ərizəçi», anası-«X12», doğulduğu gün, ay, il və yer: «05 mart 2020-ci il, Yevlax şəhəri» məzmunda qeyd aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında izah etdi ki, uşaq doğulandan onlarla yaşayır. Özlərinin evi və uşağı böyütmək üçün hər cür şəraitləri var. Ərizəçi X12 məhkəmə iclasında izah etdi ki, özlərinin övladı yoxdur. Uşaq 2020-ci il təvəllüdlüdür. Özü təcili yardımda işləyir. Uşaq onları öz valideyini bilir. Maraqlı şəxs2 ərizəni qəbul edərək izah etdi ki, Habillə yeznə qayındırlar. Vahidi ərizəçilərin övladlığına verməyə razıdılar. Maraqlı şəxs3 Təyyub qızı ərizəni qəbul edərək izah etdi ki, Vahid dördüncü övladlarıdır. Ərizəçilərin övladlığına verilməsinə razıdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X13 məhkəmə iclasında izah etdi ki, onlara edilmiş müraciət əsasında yaşayış yerinə və təqdim edilmiş sənədlərə baxılmışdır. Müvafiq olaraq müayinə aktı tərtib edilmişdir. Uşağın övladlığa verilməsinin məqsədə uyğun olması barədə müvafiq rəy verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 14 aprel 2020-ci il tarixli AZ-lV 437460 saylı doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, X15 05 mart 2020-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 22 avqust 2012-ci il tarixli AZ-ll 879700 saylı doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, X6 25 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 13 noyabr 2007-ci il tarixli AZ-ll 016203 saylı doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, X8 06 noyabr 2007-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 10 fevral 2006-cı il tarixli AZ-l 713018 saylı doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, X9 05 fevral 2006-cı il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən valideyin-namizədin maddiməişət şəraitinin müayinə nəticəsinə dair 16 avqust 2023-cü il tarixli aktdan məlum olur ki, Ərizəçi və X3 maddi-məişət şəraiti müayinə edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 04 aprel 2023-cü il tarixli 12 saylı arayışından məlum olur ki, X12 “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Təcili Tibbi yardım bölməsində çağrış üzrə tibb bacısı vəzifəsində işləyir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 03 sentyabr 2022-ci il tarixli 3536/22 saylı arayışından məlum olur ki, X2. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli arayışından məlum olur ki, X1. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli arayışından məlum olur ki, Ərizəçi sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Bərdə regional Asan xidmət mərkəzinin Notariat kontoru tərəfindən təsdiqlənmiş Maraqlı şəxs2 və Maraqlı şəxs3 Təyyub qızının razılıq ərizələrindən məlum olur ki, onların birgə nikahlarından 05 mart 2020-ci ildə anadan olmuş uşaqları X5 qohumları olan Ərizəçi və X12 tərəfindən övladlığa götürülməsinə razıdırlar. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Ərizəçi Yevlax şəhəri, Hüsü Hüseynov küçəsi 62-də yerləşən fərdi yaşayış evi vardır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2015-ci il tarixli AZ-ll 018489 saylı nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, ərizəçilər Ərizəçi və X12 05 mart 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən DSMF publik hüquqi şəxsin Yevlax rayon filialının 04 sentyabr 2020-ci il tarixli 32391288 saylı arayışından məlum olur ki, Ərizəçi 233.20 manat pensiya alır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 03 sentyabr 2020-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 03 sentyabr 2020-ci il tarixli arayışından məlum olur ki, X1. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 sentyabr 2023-cü il tarixli rəyindən məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 05 mart 2020ci ildə anadan olmuş X5 qohumları olan ərizəçilər Ərizəçi və X3 övladlığına verilməsini məqsədə uyğun hesab etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Mingəçevir şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Uşaq poliklinikasının 15 fevral 2024-cü il tarixli arayışından məlum olur ki, X2. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 20 fevral 2024-cü il tarixli 1469 saylı arayışından məlum olur ki, X2. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 12 aprel 2005-ci il tarixli AZ-l 122513 saylı nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs2 və X10 12 aprel 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Beləliklə, məkəmədə aydın oldu ki, ərizəçilər Ərizəçi və X12 05 mart 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar və onların birgə nikahdan uşaqları olmamışdır. Ona görə də onlar qohumları olan maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 Təyyub qızının birgə nikahlarından 05 mart 2020-ci ildə anadan olmuş uşaqları X11 övladlığa götürmək istəyirlər. Uşağın ərizəçilər tərəfindən övladlığa götürülməsinə uşağın valideynləri olan maraqlı şəxslər də razıdılar. Uşağın ərizəçilərə övladlığa verilməsi uşağın mənafeyinə uyğundur. Övladlığa götürməni qadağan edən hallar ərizəçilər barəsində yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 05 mart 2020-ci ildə Yevlax şəhərində anadan olmuş X5 qohumları olan ərizəçilər Ərizəçi və X7 övladlığa verilməsinə etiraz etmir. Ərizəçilər övladlığa götürülən uşağın soyadının, ata və ana adının dəyişdirilməsini xahiş etsələr də, onun doğum yerinin dəyişdirilməsini xahiş etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsində göstərilir ki, Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Həmin Məcəllənin 122.1-ci maddəsində göstərilir ki, Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələbinə görə Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 127.1-ci maddəsinin tələbinə görə Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Bu Məcəllənin 130.4 və 130.5-ci maddələrində nəzərdə tutulmuş hallar övladlığa götürmə sirrinin pozulması hesab olunmur. Həmin Məcəllənin 134.1-ci maddəsinin tələbinə görə Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. Həmin Məcəllənin 134.2-ci maddəsinin tələbinə görə Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. «Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericilyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 1 nömrəli qərarının 24-cü bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Hər bir halda məhkəmənin uşağın övladlığa götürülməsi ilə bağlı qərarı onun övladlığa götürmənin uşağın mənafeyinə uyğun olub-olmamasına dair işin faktiki hallarına əsaslanan daxili inamı formalaşdıqdan sonra verilməlidir. Bundan əlavə Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair Konustitusiya Məhkəməsi Plenumunun 5 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, övladlığa götürmənin hüquqi mahiyyəti ondan ibarətdir ki, övladlığa götürmə barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsilə övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətləri əmələ gəlir. Həmçinin həmin qərarda daha sonra qeyd edilmişdir ki,ailə qanunvericiliyində nəzərdə tutulan normalar həmçinin övladlığa götürmə məsələlərini tənzimləyən beynəlxalq hüquq sənədlərində də əksini tapmışdır. «Uşaqların övladlığa götürülməsi haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir. Maddədə qeyd olunan hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi və X3 «övladlığa götürmə» barədə ərizələri əsaslı olduğundan təmin edilməli, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 Təyyub qızının birgə nikahlarından 05 mart 2020-ci ildə anadan olmuş uşaqları X15 ərizəçilər Ərizəçi və X3 övladlığına verilməlidir. Uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı, adı və atasının adı X14, «Atası» qrafasında Ərizəçi, «Anası» qrafasında X12 qeyd edilməli, uşağın doğum tarixi və yeri dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 345-ci maddəsinə əsasən, Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, İşə qapalı məhkəmə iclasında, ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə halları istisna olmaqla, övladlığa götürənlərin (götürənin), müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamənin nəticə hissəsində övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Qətnamə yalnız qapalı məhkəmə iclası iştirakçıları üçün elan edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 350.3-cü maddəsinə əsasən, Xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxslər Maraqlı şəxs2 ilə Maraqlı şəxs3 Təyyub qızının birgə nikahlarından 05 mart 2020-ci ildə Yevlax şəhərində doğulmuş uşaqları X15 ərizəçilər Ərizəçi və X3 övladlığına verilsin. Uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı, adı və atasının adı X14, «Atası» qrafasında Ərizəçi, «Anası» qrafasında X12 qeyd edilsin, uşağın doğum tarixi və yeri dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-500/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-500/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver