Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2520/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə,Yazıçı Cavabdeh2 və Cavabdeh3 qarşı tərəflər arasında bağlanmış müqavilənin yerinə yetirilməsi vəzifəsini cavabdehlərin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Yazıçı Cavabdeh2 qarşı tərəflər arasında bağlanmış müqavilənin yerinə yetirilməsi vəzifəsini cavabdehlərin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti ilə Cavabdeh3 da cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 19 noyabr 2021-ci il tarixində Cavabdeh1 MMC-nin təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin o zaman direktoru işləyən Cavabdeh3 ilə onun arasında Cavabdeh1 MMC-nin təsis payı satılanadək, həmin təsis payını alan şəxslər və MMC-nin təsisçisi arasında huquq və vəzifələrin müəyyən edilməsi barədə müqavilə bağlanmış və imzalanmışdır. Müqavilə MMC-nin dairəvi möhürü ilə təsdiqlənib.Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin 99% payının onun tərəfindən alınması, Gəncə şəhəri, keçmiş O.Cəmil, hazırda Azərbaycan Bayrağı küçəsi ilə Gəncəçayı arasındakı 1.18 ha torpaq sahəsində 3 ədəd çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılması, həmin binalarda tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin bölüşdürülməsinin necə həyata keçirilməsi, əldə olunan gəlirlərin hansı formada bölünməsi və s. məsələlər şərtləşdirilib və razılaşdırılıb.Bu barədə Cavabdeh1 MMC-nin təsisçisi Yazıçı Cavabdeh2 tərəfindən ona 19 noyabr 2021-ci il tarixii yazılı zəmanət də verilib.Həm Müqavilədə, həm də zəmanətdə(zaminlikdə) Cavabdeh1 MMC-nin o zaman direktoru işləyən Cavabdeh3 qeyd edib ki, o müqavilədə qeyd olunan bütün bəndlərlə razıdır və heç bir maddi və mülkiyyət tələbi yoxdur.Qeyd olunan müqavilə və zaminlik əsasında o, tikinti meydançasına xüsusilə kulli miqdarda,53.000 manat məbləğdə tikinti materialları gətizdirmiş və bundan əlavə 10.000 məbləqində nəqliyyat və digər xərcləri ödəmişdir.Tikinti işlərinə başlanmasına digər hazırlıq işləri görmüşdür. Sonradan ona məlum oldu ki, ona məxsus tikinti materiallarının bir hissəsi oğurlanıb.Bu məsələ ilə bağlı Gəncə şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaq aparan müstəntiq cənab Rəşad Süleymanovun 28 aprel 2022-ci il tarixli qərarı ilə o, iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Bundan əvvəl isə iş üzrə zərərçəkmiş qismində tanınmışdır. Bundan sonra ona məlum olub ki, cavabdeh Yazıçı Cavabdeh2 aralarında bağlanan müqavilənin, zaminliyin və istintaqda verdiyi iltizamın tələblərini pozaraq tikinti sənədlərini başqa şəxslərə satmaq niyyətindədir və hətta söz var ki, artıq qeyri-rəsmi bu sənədiəri satıb.19 noyabr 2021-ci il tarixində bağlanan müqavilənin 4-cü bəndində göstərilib ki, Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1.18 ha torpaq sahəsində yarımtikili halında olan 3 ədəd çoxmərtəbəli yaşayış binalarını təhviltəslim aktı əsasında İddiaçı təhvil verir və özü (ailə üzvləri daxil olmaqla) hüquqlarından imtina edir və gələcəkdə heç bir maddi və ya əmlak ilə tələb irəli sürməyəciyinə görə öhdəlik götürür.Həmin müqavilənin 5-ci bəndində göstərilib ki, Ə.Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1.18 ha torpaq sahəsində yarımtikili halında olan 3 ədəd çoxmərtəbəli yaşayış binalarında olan yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı "xxxx" MMC, Cavabdeh1 MMC və başqa şəxslər tərəfindən heç bir hüquqi və fiziki şəxslərlə (satış və sair) müqavilə bağlanmamasını bəyan edir və bununla bağlı hər hansı mübahisə olduqda özünün əmlakları ilə məsuliyyət daşıdığını öhdəsinə götürür.Həmin müqavilənin 6-cı bəndində göstərilib ki, Yazıçı Cavabdeh2 Cavabdeh1 MMC-də olan 99% təsis payını və Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanan 19 iyun 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə 13 sentyabr 2021-ci il tarixli 1 saylı Əlavə əsasında Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1.18 ha torpaq sahəsində yarımçıq tikili halında olan 3 ədəd çoxmərtəbəli yaşayış binalarını və əlavə tikiləcək binaların proekrlərini və onlara aid olan bütün sənədləri İddiaçı satır və hüquqlarını tam şəkildə ona verir.Eyni məzmunlu ohdəliklər 19 noyabr 2021-ci il tarixli zaminlikdə də öz əksini tapıb.Bundan başqa, cavabdeh Yazıçı Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində verdiyi 18 may 2022-ci il tarixli itizamında göstərib: “Yazıçı Cavabdeh2, yazıram bu iltizamı ondan ötrü ki, Gəncə şəhəri Azərbaycan Bayrağı Küçəsində yerləşən İddiaçı oglu ilə aramızda olan mübahisəli obyekt olan yarım tikilinin məhkəmə bitənəcən satmayacama söz verirəm. İltizamı öz imzamla təsdiq edirəm.” Lakin hazırda cavabdeh Yazıçı Cavabdeh2 müqavilə, zaminlik və istintaq orqanına verdiyi iltizamla üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada pozub, özünü qanunların müəyyən etdiyi qaydada aparmayıb. Bu isə ciddi qanun pozuntusudur. Beləliklə sübut olunur ki, istər mülki, istərsə də cinayət qanunvericiliyi tələblərindən yanaşdıqda Yazıçı Cavabdeh2 hərəkətləri qeyri-qanunidir.Qeyd olunanlara əsasən, Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin o zaman direktoru işləmiş, Cavabdeh3 ilə onun arasında bağlanmış və hazırda qüvvədə olan 19 noyabr 2021-ci il tarixli müqavilənin yerinə yetirilməsinin bir vəzifə kimi cavabdehlərin üzərinə qoyulması,mübahisə predmetini başqa şəxslərə satmaq istəmələri(satmaları) ilə əlaqədar onun işgüzar nüfuzuna vurulmuş 50000 mənəvi zərərin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 MMC,Yazıçı Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da, Cavabdeh1 MMC öz nümayəndəsini göndərməmiş,digər cavabdehlər isə gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Yazıçı Cavabdeh2,Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3, Şahid2 və İddiaçı arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli müqaviləyədə qeyd olunmuşdur ki,bu Müqavilə, bir tərəfdən qüvvədə olan qanunvericiliyə və öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Cavabdeh1 MMC-nin təsisçi Yazıçı Cavabdeh2 şəxsində, digər tərəfdən Şahid2 və İddiaçı Cavabdeh1 MMC-nin təsis payının 99 (doxsan doqquz) faizinin satın alınması, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə 13 sentyabr 2021-ci il tarixli 1 saylı əlavə əsasında Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılması,həmin binalarda tikiləcək yaşayış və qeyriyaşayış sahələrinin satışının necə həyata keçirilməsi, əldə olanan gəlirlərin hansı formada bölünməsi, Cavabdeh1 MMC-nin təsisçi Yazıçı Cavabdeh2 hansı məbləğdə pul vəsaitinin ödənilməsi və yaxud da əmlakların verilməsini (həmin əmlakların nə zaman verilməsini) müəyyən etmək məqsədi ilə aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Cavabdeh1 MMC-nin bu müqavilə bağlandığı və MMC-nin təsis payının satılması günədək olan bütün öhdəlikləri (fiziki və hüquqi şəxslərə olan borcları və Dövlət orqanlarına olan borcları) üçün Yazıçı Cavabdeh2 öz əmlakları ilə cavabdehdir və gələçəkdə bu müqavilədə qeyd olunan tikintidən Yazıçı Cavabdeh2 aid olan mülkiyyətlərdən çıxılacaqdır.
2. Yazıçı Cavabdeh2 Cavabdeh1 MMC "xxxx" MMC tərəfindən ona öz aralarında bağladıqları 19 iyun 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə 13 sentyabr 2021-ci il tarixli 1 saylı əlavə əsasında Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarına dair təqdim eldiyi bütün sənədləri dövlət orqanlarinda qeydiyyatdan keçirməklə (sərəncamlar və sair) Şahid2 və İddiaçı təqdim edərək hüquqlarını verir; birgə fəliyyət haqqında müqavilə bağlanmaması,alqı-satqı müqaviləsi bağlanmaması,gələcəkdə bununla bağlı hər-hansı mübahisə yaranacaqsa,həmin mübahisəni (öhdəliyi) "xxxx" MMC öz əmlakları (vəsaiti) hesabına həll edəcəyi, Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsində “Gəncə-4000'' MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarında olan yaşayış və qeyri yaşayış sahələri ilə bağlı heç bir hüquqi və fiziki şəxslərlə (satış və sair) müqavilə bağlanmaması barədə "xxxx" MMC-nin müvafiq məktubunu Şahid2 və İddiaçı təqdim edərək hüquqlarını verir; 4.Yazıçı Cavabdeh2 Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarını təhvil-təslim aktı əsasında Şahid2 və İddiaçı təhvil verir və özü (ailə üzvləri daxil olmaqla) hüquqlarından imtina edir və qələçəkdə heç bir maddi və ya əmlak ilə tələb irəi sürülməyəçəyinə görə öhdəlik götürür; 5.Yazıçı Cavabdeh2 Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarında olan yaşayış və qeyri yaşayış sahələri ilə bağlı "xxxx" MMC, Cavabdeh1 MMC və başqa şəxslər tərəfindən heç bir hüquqi və fiziki şəxslərlə (satış və sair) müqavilə bağlanmamasım bəyan edir və bununla bağlı hər hansı mübahisə olduqda özünün əmlakları ilə məsuliyyət daşıdığını öhdəsinə götürür; 6.Yazıçı Cavabdeh2 Cavabdeh1 MMC-də olan 99% təsis payını və Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə 13 sentyabr 2021-ci il tarixli 1 saylı əlavə əsasında Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarını və əlavə tikiləçək binalarının, proektləri və onlara aid olan bütün hüquqi sənədləri Şahid2 və İddiaçı satır və hüquqlarını tam şəkildə verir. 7.Müqavilənin dəyəri, yəni Şahid2 və İddiaçı tərəfindən Yazıçı Cavabdeh2 verilməli olan məbləğ, 3 ədəd 8 bloklu cox mərtəbəli yaşayış binalarını alınmasından 2 500 000,0 (iki milyon beş yüz min) manat məbləğ həçmində yaşayış sahələri ilə mülkiyyət götürür ilə hesablanılır və əlavə olaraq Proyektin alınması məqsədi ilə makler haqqı 250 000,0 manat həçmində mülkiyyət Şahid2 veriləçək; Cəmi proyektin dəyəri 2 750 000.0 (iki milyon yeddi yüz əlli min manat) hesablanılır. 8.Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə "xxxx" MMC tərəfindən tikintisinə başlanılmış yarımçıq tikili halında olan birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binaları tikilib başa çatdıqdan və istismara verildikdən sonra əldə olunaçaq gəlirdən 10% (on) faizi Yazıçı Cavabdeh2 Şahid2 və İddiaçı tərəfindən yuxarda qeyd olunan binaların tikildiyi halda, binalardan yaşayış sahələri ilə veriləçək. 9.Yazıçı Cavabdeh2 bu müqavilənin 2-ci, 3-ci və 4-ci bəndlərində qeyd olunanlar icra edildikdən sonra 700 000,0 manat məbləğ əvəzinə MM Park MMC tərəfindən Baki Şəhəri, Nərimanov rayonu, Məhəllə 945-də inşa olunan yaşayış binasından mülkiyyət ilə hər mənzilin yaşayış sahəsinin 1 m2 1100 (bir min bir yüz) manat hesablamaqla ümumi 445 m2 olan mənzil və hazır binadan 210 000.0 (iki yüz on min) manat dəyərində 140.59 m2 mənzil adına rəsmləşdirilərək veriləcək. Qalan 1 800 000,0 (bir milyon səkkiz yüz) manat vəsait isə Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarından (qeyri-yaşayışlar istisna olmaqla) hər 1 m2 yaşayış sahəsinin şatış qiymətinə uygun olmaqla qeyd olunan binalardan veriləçək. 10.Yazıçı Cavabdeh2 verilməli olan 2 500 000 (iki milyon beş yüz min) manat hissəsi ançaq əmlak şəklində yaşayış sahələri ilə əvəzləşdirilməklə həyata keçirilir; 11.Yazıçı Cavabdeh2 verilməli olan 2 500 000 (iki milyon beş yüz min) manat dəyərində olan yaşayış sahələrindən 700 000 (yeddi yüz min) manat dəyərində hissəsi yaşayış sahələri ilə bağlı müqavilələr bu müqavilə imzalandığı zamandan 1 (bir) ay ərzində Yazıçı Cavabdeh2 təqdim olunur və bu proyektin 3 binasının alınması ilə əlaqədar 200 000 (iki yüz min ) manat qeyd olunan 3 binanın tikintisə vəsait xərclənən şəxsə Yazıçı Cavabdeh2 tərəfindən əmlak ilə ödənilir; 12.Yazıçı Cavabdeh2 verilməli olan (qalan) 1 600 000 (bir milyon altı yüz min) manat dəyərində olan yaşayış sahələri isə saxlanılır ki, həmin əmlakın 1 000 000 (bir mlyon) manat dəyərində hissəsi "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilədə əks olunmuş dəyərin (məbləğin) ödənişi kimi istifadə olunsun, 9 (doqquz) aydan sonra həmin əmlakların satışı həyata keçirilir və əmlakların satışından əldə olunmuş pul vəsaiti “Professional Architect nin "xxxx" MMC qarşısında götürdüyü öhdəliyin icrasına уönəldilir. 13.Yazıçı Cavabdeh2 verilməli olan (qalan) 600 000 (altı yüz mm)dəyərində olan yaşayış sahələri isə saxlanılır ki, Yazıçı Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi icra etməsə və yaxud da hazırda məlum olmayan və bu müqavilə bağlanan günədək yaranan öhdəliklərin icrası üçün istifadə olunacaqdır; 14.Bu müqavilədə əmlaklar Yazıçı Cavabdeh2 verildikdən sonra, (MMC-də 1% təsis payı olmasına baxmayaraq) gələcəkdə Cavabdeh1 MMC- nin gəlirlərinə və dividentlərə iddia etməyəcəkdir və həmin gəlirlər və dvidentlər ona ödənilməyəcəkdir. Ödənilməməyin səbəbi 8 bəndə qeyd olunan ümumi gəlirin Yazıçı Cavabdeh2 10% verilməsidir. 15.12 bəndə qeyd olunan, Yazıçı Cavabdeh2 verilməli olan əmlakların 1 000 000 (bir mlyon) manat dəyərində hissəsi "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilədə əks olunmuş dəyərin (məbləğin) ödənişi kimi istifadə olunması və 9 (doqquz) aydan sonra həmin əmlakların satışı həyata keçirilib və həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti Cavabdeh1 MMC- nin "xxxx" MMC qarşısında götürdüyü öhdəliyin icrasına, Yazıçı Cavabdeh2 tərəfindən borç və ya hər hansı digər maddi və cinayyət olmasa ,heç bir çətinlik yaradılmayaçaq . 16.Bu Müqavilə tərəflər imzalandığı andan qüvvəyə minir. 17.Tərəflər bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikləri təqdirdə, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, məhkəmə qaydasında öhdəliklərin yerinə yetirilməsi və vurulmuş zərərin ödənilməsi təqsirli tərəfdən tələb edilə bilər. 18.Tərəflər fors-major səbəblərinə görə bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri vaxtında, tam və lazımınca yerinə yetirə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı yaranmış məsuliyyətdən azad edilirlər. 19.Qeyd; Bu bənddə «fors-mäjor» termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji səbəblər, dövlət, bələdiyyə və digər səlahiyyətli orqanların qanuni qərarları, sərəncamları və ya digər normativ-hüquqi aktları, həmçinin ölkənin ərazisindən kanar gözlənilməz və həlli ölkə tərəfindən qeyri- mümkün ola bilən səbəbləri özündə cəmləşdirir. 20.Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir; 21.Hazırkı Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir; 22.Tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq; 23.Hazırkı Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 24.Hazırkı müqaviləyə edilmiş dəyişikliklər və əlavələr tərəflərin vahid yazılı sənəd şəklində tərtib edilən dəyişikliklər və əlavələr haqqında sazişin imzalanması yolu ilə həll edilir. 25.Hazırkı müqavilə hər biri 5(beş)səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malikdir və hər tərəf üçün bir nüsxə olmaqla 3(üç)nüsxədə tərtib olunmuşdur. İş materiallarında olan Yazıçı Cavabdeh2 tərəfindən imzalanmışxx.xx.2022-ci il tarixli iltizamda qeyd olunur ki, “Mən Yazıçı Cavabdeh2 yazıram bu iltizamı ondan ötürü ki, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən İddiaçı ilə aramızda mübahisə obyekti olan ysrım tikilini məhkəmə bitənə qədər satmayacağıma söz verirəm.İltizamı özüm təsdiq edirəm İmza: Yazıçı Cavabdeh2.xx.xx.2022.Gəncə” İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi Yazıçı Cavabdeh2 və direktoru Cavabdeh3 tərəfindən “Gələcək təsisçilərə,Şahid2 və İddiaçı” verilmiş “zaminlik” adlı sənədin məzmunundan görünür ki, onlar Yazıçı Cavabdeh2, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3 ilə Şahid2 və İddiaçı arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavə ilə üzərinə götürdükləri öhdəliklərə sadiqdirlər və həmin öhdəliklərin pozulacağ halda onlar və ailə üzvləri öz şəxsi əmlakları ilə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 6 ildən çoxdur ki,Şahlarla işləyir. Cavabdeh2 Şahlarla əlaqə saxlayaraq mülkiyyətində olan tikilinin başa çatdırılması üçün maddi imkanının olmadığını bildirmiş, Gəncə şəhəri Əhməd Cəmil küçəsi ilə Gəncəçayı arasındakı 1,18 ha torpaq sahəsinə birinci mərtəbələri qeyri-yaşayış sahələri olmaqla 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarını İddiaçıla birlikdə tikib başa çatdırmağı təklif etmişdir.Bindan sonra Yazıçı Cavabdeh2, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3, İddiaçı və onun arasında 19 noyabr 2021-ci il tarixli müqavilə bağlanmış,hazırkı iş üzrə cavabdehlər olan Yazıçı Cavabdeh2 və Cavabdeh3 öz üzərilərinə çöxsaylı öhdəliklər götürmüş,onların iştirakı olmadan əmlakın tikintisini dvam etdirməyəcəyi,tikilini başqa şəxslərə satmayacağı barədə vəd vermişlər. Bundan sonra hər bir sənəd qaydasında olduğu üçün sözü gedən sahənin Şahlara təhvil verilməsi və onun tərəfindən tikililərin aparılması razılaşdırıldı. Lakin bir müddət sonra onlara məlum oldu ki, Cavabdeh2 həmin sahəni başqa şəxslərə verib və həmin şəxslər hal-hazırda tikinti işləri aparır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Şahid1 o,Şahlar müəllimin işləri ilə məşğul olur. 2021-ci ilin payız ayları olardı Cavabdeh2la Şahlar arasında müqavilə bağlanmış və Gəncə şəhərində yerləşən Cavabdeh2 və Cavabdeh1 MMC-nə məxsus sahələr Şahlara təhvil verilmiş, Şahlar isə orada tikinti işlərinə başlamışdır.Həmin ərəfədə şirkətin direktoru Cavabdeh3 olub. Sözü gedən müqavilənin bağlanma anı videoçəkilişlə aparılıb və hal-hazırda həmin çəkiliş mövcuddur.Lakin nə Cavabdeh2,nə də Cavabdeh3 müqavilə öhdəliklərinə əməl etməmişlər.Onda olan məlumata görə orada hal-hazırda başqa şəxslər tərəfindən tikinti işləri aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin o zaman direktoru işləyən Cavabdeh3 ilə İddiaçı və Şahid2 arasında Cavabdeh1 MMC-nin təsis payı satılanadək, həmin təsis payını alan şəxslər və MMC-nin təsisçisi arasında huquq və vəzifələrin müəyyən edilməsi barədə müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin 99% payının İddiaçı tərəfindən alınması, Gəncə şəhəri, keçmiş Ə.Cəmil, hazırda Azərbaycan Bayrağı küçəsi ilə Gəncəçayı arasındakı 1.18 ha torpaq sahəsində 3 ədəd çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılması, həmin binalarda tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin bölüşdürülməsinin necə həyata keçirilməsi, əldə olunan gəlirlərin hansı formada bölünməsi və s. məsələlər şərtləşdirilib və razılaşdırılıb. Bundan başqa, Yazıçı Cavabdeh2 tərəfindən imzaladığı xx.xx.2022-ci il tarixli iltizamla Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən İddiaçı ilə arasında mübahisə obyekti olan yarım tikilini məhkəmə bitənə qədər satmayacağı barədə vəd vermişdir. Bundan başqa, "xxxx" MMC-nin təsisçisi Yazıçı Cavabdeh2 və direktoru Cavabdeh3 “Gələcək təsisçilərə,Şahid2 və İddiaçı” verilmiş “zaminlik” adlı sənədlə Yazıçı Cavabdeh2, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3 Şahid2 və İddiaçı arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavə ilə üzərinə götürdükləri öhdəliklərə sadiq olmalarını bəyan etmişlər və həmin öhdəliklərin pozulacağ halda onlar və ailə üzvləri öz şəxsi əmlakları ilə məsuliyyət daşıdıqlarını bildirmişlər. Buna baxmayaraq cavabdehlər üzərinə götürdükləri öhdəliklərə əməl etməmiş,qeyd olunan sahəni və əmlakı başqa şəxslərin istifadəsinə vermişdir və həmin şəxslər halhazırda orada tikinti işləri aparırlar.İşin bu halı,iddiaçının izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru(sabiq) Cavabdeh3 ilə İddiaçı və Şahid2 arasında bağlanmış və hazırda qüvvədə olan 19 noyabr 2021-ci il tarixli müqavilənin yerinə yetirilməsinin bir vəzifə kimi Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru(sabiq) Cavabdeh3 üzərinə qoyulması hissədə iddianı əsaslı hesab edir.Ona görə də həmin hissədə iddia təmin olunmalıdır. İddianın mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi ziyan dəyməsinə dəlalət edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru(sabiq) Cavabdeh3 ilə İddiaçı və Şahid2 arasında bağlanmış və hazırda qüvvədə olan 19 noyabr 2021-ci il tarixli müqavilənin yerinə yetirilməsi bir vəzifə kimi Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru (sabiq) Cavabdeh3 üzərinə qoyulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru (sabiq) Cavabdeh3 ilə İddiaçı və Şahid2 arasında bağlanmış və hazırda qüvvədə olan 19 noyabr 2021-ci il tarixli müqavilənin yerinə yetirilməsi bir vəzifə kimi Cavabdeh1 MMC təsisçisi Yazıçı Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru (sabiq) Cavabdeh3 üzərinə qoyulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Mirzəyev