Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2522/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun onu aldadaraq aldığı 550 manat pulun və ödədiyi 40 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsində təqsiriləndirilən X3 və Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-c maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə mahiyyəti üzrə baxılaraq xx.xx.2024-cü il tarixdə 1(001)-28/2024 saylı hökmü ilə təqsirli bilinib hökm çıxarılıb. Həmin cinayət işi üzrə cavabdeh X2 verilmiş ittihama görə X1 tanışı Cavabdeh ilə inamımdan və etibarımdan sui-istifadə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, Cavabdeh isə özünün köməkçisi kimi təqdim edib, işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə onu 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi rəsmiləşdirərək veteranlıq vəsiqəsini təqdim edəcəyinə inandıraraq bilə-bilə, həqiqətə uyğun olmayan yalan məlumatlar verib, hər hansı səlahiyyətlərə malik olmadıqları halda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Aidə” adlı parkın içərisində həmin dövrə məzənnə ilə 2210 manat təşkil edən 1,300 ABŞ dollarını, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində “Kirov dairəsi” adlanan ərazidə 300 manat pulumu alıb, aralarında olan cinayətkar razılaşmaya əsasən cavabdeh X3 1980 manat götürməklə 550 manatını ona özünün köməkçisi kimi təqdim etdiyi Cavabdeh verməklə onun 2510 manat pulumu ələ keçirib ona ziyan vurmaqla dələduzluq ediblər. Bundan sonra ona məlum olub ki, X3 və Cavabdeh bu yolla çoxlu sayda vətəndaşı aldadaraq dələduzluq yolu ilə külli miqdarda vəsait əldə edib. Hazırda Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, pulu ödəməkdən yaymır, hər dəfə bir bəhanə gətirməklə öhdəliyin icrasından boyun qaçırır. Odur ki, cavabdeh könüllü şəkildə öhdəliyini icra etmədiyindən və artıq razılaşdıqları müddət də bitdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia ərizəsi üzrə yuxarıda qeyd olunan halları təsdiq edən sübutları Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-28/2024 saylı hökmü ilə öz əksini tapıb (iddia ərizəsinə əlavə edir). Göründüyü kimi cavabdeh X3 onun inamından və etibarından istifadə etməsi nəticəsində xeyli miqdarda pulunu mənimsəyib və əsassız olaraq varlanıb.
İş materialları:
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və s. hökm edilmişdir.
4. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları:
5. Tərəlfərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 550 manat pulu iddiaçıya qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır.
Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
İşin faktiki halı:
9. Belə ki, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən müəyyən etmişdir ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu İddiaçı özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi, onu isə özünün köməkçisi kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə İddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi rəsmiləşdirərək ona veteranlıq vəsiqəsini təqdim edəcəyinə inandıraraq bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib, inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadıqları halda xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Aida” adlı parkın içərisində həmin dövrə olan məzənnə ilə 2210 manat təşkil edən 1300 ABŞ dollarını, xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayonu, Maştağa qəsəbəsində “Kirov dairəsi” adlanan ərazidə 300 manat pulunu alıb aralarında olan cinayətkar razılaşmaya əsasən Firdovsi Mehdiyev özünə 1960 manat götürməklə 550 manatını ona verərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs İddiaçı 2510 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu səbəbdən də, iddiaçı 550 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini, cavabdehin ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
11. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
Nəticə:
12. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
Nəticə:
13. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
14. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iş materiallarına əlavə edilmiş mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
15. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 550 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva