Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2529/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə kreditə görə 2 511,63 manat əsas, faiz borcuna görə 345,51 manat borcun, cəmi məbləği 2 857,14 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym-Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 2 857,14 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 2709 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.1 L, 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2 511,63 manat əsas, faiz borcuna görə 345,51 manat, borcun cəmi məbləği 2 857,14 manat təşkil edir. 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 28.01.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Gəncə” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583; Braslct - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi 3,2 qr, əyarı - 585; Saat-Maktaym-Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qr. Tərəflər arasında bağlanmış 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı ASC iddia tələbi həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə kreditə görə 2 511,63 manat əsas, faiz borcuna görə 440.45 manat borcun, dəbbə borcuna görə 97.3 manat, cəmi məbləği 3 049,38 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym-Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 28.01.2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 3 049,38 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 yanvar 2020-ci il tarixli GNLMB-8969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 29 faizlə, 12 ay müddətinə 2709 manat kredit verilmişdir. Qeyd olunan kredit məbləği kassa məxaric orderinə imza edilməklə Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli saxlanc girovu haqqında müqavilə və ona əlavə edilmiş aktlardan görünür ki, tərəflər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin təminatı kimi, Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym- Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qr qızıl zinət əşyalarını İddiaçı ASCnin ceyrinə girov qoymuşdur. - İddiaçı ASC -nin 06 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2 511,63 manat əsas borcu, 440.45 manat faiz borcu, 97.3 manat dəbbə borcu olmaqla, cəmi 3 049,38 manat məbləğində borcu vardır; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 29 faizlə, 12 ay müddətinə 2709 manat kredit verilmişdir. Qeyd olunan kredit məbləği kassa məxaric orderinə imza edilməklə Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulan müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli saxlanc girovu haqqında müqavilə və ona əlavə edilmiş aktlara əsasən, tərəflər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin təminatı kimi, Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym-Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qr qızıl zinət əşyalarını İddiaçı ASC-nin ceyrinə girov qoymuşdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, kreditləri və onlara hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələrlə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; girov saxlayanın tələblərinin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Bununla da, müəyyən olundu ki, Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarının girov qoyulması yolu ilə təmin etdiyi 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən, İddiaçı ASC-nin tələbləri həmin girov predmetinə yönəldilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28 yanvar 2020-ci il tarixli, GNLMB-8969 nömrəli kredit müqaviləsi üzrə 2 511,63 əsas borc, 440.45 manat faiz borcu, 97.3 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 3 049,38 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, 28 yanvar 2020-ci il tarixli, GNLMB-8969 nömrəli kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus olan Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym- Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qram olan qızı-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan həmin borc ödənilməli, girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 28 yanvar 2020-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 yanvar 2020-ci il tarixli, GNLMB-8969 nömrəli kredit müqaviləsi üzrə 2 511,63 əsas borc, 440.45 manat faiz borcu, 97.3 manat dəbbə pulu olmaqla olmaqla, cəmi 3 049,38 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. 28 yanvar 2020-ci il tarixli, GNLMB-8969 nömrəli kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus olan Sep-yolka - 1 ədəd, çəkisi - 25,3 qr, əyarı - 583: Braslet - 3 ədəd, çəkisi - 23,8 qr, əyarı - 583; Sırğa- 1 ədəd, çəkisi - 0,9 qr, əyarı - 583; Klon- 1 ədəd, çəkisi - 3,2 qr, əyarı - 585; Saat-Maktaym-Cayka- 2 ədəd, çəkisi- 14,5, əyarı- 583; Cəmi: 67,7 qram olan qızı-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan həmin borc ödənilsin. Girov Predmetlərinin açıq hərracda satılmasından əldə edilən vəsait qeyd olunan 28 yanvar 2020-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2529/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2529/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver