Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2544/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000,00 (iki min) manat əsas borc, gecikdirilmiş hər gün üçün 10 manat olmaqla 1070 manat cərimə borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Şirkəti arasında 11 yanvar 2021-ci il tarixdə “Borc müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Şirkəti cavabdeh X4 2000 amant məbləğində borc pul vermişdir. Cavabdeh borc məbləğini 1 (bir) il ərzində hər ay 167 manat olmaqla qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən borcun qaytarılması üçün müəyyən edilmiş gündən keçən 3 (üç) gün ərzində borc qaytarılmazsa, “Mətanət’’ A Şirkətinin borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh hər ay üçün ödənilməsi nəzərdə tutulan məbləği müqavilə bağlanılan tarixdən başlayaraq ödəməmiş, müqavilənin şərtləri pozulmuş və cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməkdən bu günədək imtina etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən cavabdeh müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində borcu qaytarmadıqda gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində peniya ödəməlidir. Cavabdehin "xxxx" Şirkətinə əsas borcun ödənilməsini gecikdirdiyi günlərin sayı 107 gün təşkil edir. Cavabdeh “Mətanət A'' Şirkətinə 2000 manat əsas borcla yanaşı, borc məbləğinin ödənilməsini gecikdirdiyi hər gün üçün 10 manat olmaqla, 1070 manat cərimə məbləğini ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının oğlu Əsədov Şıxəli Atalı oğlu onların əməkdaşı olmuşdur. Şirkətin vəsaitinin mənimsənilməsi ilə bağlı onun barəssində Nərimanaov rayon Prokurorluğunda onların müraciətinə baxılmışdır. Onun tərəfindən vəsait ödənildikdən sonra 25 % dövlət nəfinə ödənilməli idi ona görə cavabdeh şirkətdən borc götürmüş və vaxtında qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıya borcunun olmamasını qeyd etdi. O bildirdi ki, müqavilədəki imza ona məxsusdur, lakin o belə bir müqavilə bağlamamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Şirkəti ilə Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixdə “Borc müqaviləsi” bağlanılmışdır. X4 2000 AZN (iki min manat) məbləğində borc pul vermişdir. Cavabdeh borc məbləğini 1 (bir) il ərzində hər ay 167 AZN (bir yüz altmış yeddi manat) olmaqla 1 il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" Şirkəti ilə Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixdə 2000 manat vəsaitin alınmasına dair təhvil-təslim edilmişdir. - 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 yanvar 2021-ci il tarixdə “Borc müqaviləsi” 2000 manat əsas borcu, 1950 manat cərimə borcu, cəmi 3950 manat borcu vardır. - 16.05.2021-ci il tarixli ********* saylı qəbzindən görünür ki, "xxxx" Şirkəti 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixdə “Borc müqaviləsi” bağlanılmaqla 2000 manat məbləğində pulu borcalan Cavabdeh vermiş, borcalan isə həmin məbləği 1 (bir) il ərzində hər ay 167 manat (bir yüz altmış yeddi manat) olmaqla 11 yanvar 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 2 000 manat məbləğində borc vermiş, cavabdeh 11 yanvar 2021-ci il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində vəsait və 100 manat məbləğində dəbbə pulu olmaqla 2100 manat cavabdehdən alınaraq "xxxx" Şı̇ rkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" Şı̇ rkətinə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 "xxxx" Şı̇ rkətinin xeyrinə 2000,00 (iki min) manat əsas borc 100 manat cərimə borcu 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 2130 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2544/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2544/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver