Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2545/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28.01.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-yə 424 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 28.02.2020-ci il tarixindən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcundan 36 manat hissəsi onun İddiaçı MMC-yə alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq cavabdehin İddiaçı MMC-yə 388 manat borcu qalmaqdadır. Həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalır. Qeyd olunanlara əsasən, cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə 388 manat məbləğində borcun və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 408,40 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan 28.01.2021-ci il tarixli ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhəri H.Cavid pr. 202-də yerləşən İddiaçı MMC-nin X4 X3 ilə Cavabdeh arasında bağlanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, X3 10.12.2019-cu il tarixində “OBA Neftçilər 4 (391)” mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində 424 manat məbləğdə Cəmiyyətə zərər vurduğunu tam etiraf edir, borc məbləğini 1 ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 08.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlandığı dövrdən sonra 36 manat şirkətdən alacağı vəsait hesabına qarşılanmışdır. Yekun olaraq cavabdehin 388 manat əsas və dövlət rüsumu olaraq ödənilmiş 20,40 manat məbləğində borcu vardır. İş materiallarında olan 07.02.2019-cu il tarixli 064-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 1 Şöbəsinə 07.02.2019-cu il tarixdən 3 ay sınaq müddəti olmaqla satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 29.01.2020-ci il tarixli 040-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə 29.01.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 20,40 manat ödəniş etmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi barədə xəbərdar olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 28.01.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən, 388 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyi vaxtında və tam olaraq icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 388 manat məbləğində borc və 20,40 manat dövlət rüsumu, ümumilikdə 408,40 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2545/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2545/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver