Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2551/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair, həmçinin iddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə birləşdirilmiş mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 13.01.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ona 50.000 (əlli min) manat pul vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən "borcalan krediti 13.07.2018-ci il tarixədək ''borcverənə" qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyərək müqavilədə göstərilən müddət bitməsinə baxmayaraq ona olan borcunu bugünədək ödəməmişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən, “borcalan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 50.000 manat borcu, vurulmuş mənəvi ziyana görə 1.000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.01.2018-ci ildə cavabdeh İddiaçı ilə Bakı şəhəri 53 saylı notariat ofisində 3M-51 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 50.000 (otuz iki min) manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq Vəkil ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamasına səbəb isə Rafael (***-***-**-**) adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyi pulun təminatı olaraq özü ilə deyil tanışı İddiaçı ilə aralarında kredit müqaviləsi bağlamağı ona bildirdi. Həmçinin 2019-cu ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona faizə verdiyi pula görə 32.000 (otuz iki min) manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. İddiaçı sadəcə notariat ofisində görmüş və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, Rafael adlı şəxsə 40 ay, hər ay 4.000 (dörd min) manat olmaqla ümumilikdə 160.000 (yüz altmış min) manatdan çox pul ödəmişdir. Lakin o, pulu tam ödəməsinə baxmayaraq onun istək və tələbləri dayanmırdı. Bir müddət sonra isə artıq vəzifəsindən istifadə edərək onu və ailəsini təhdid etməyə başladı. Bir neçə gün öncə isə ona məlum olmuşdur ki, İddiaçı ilə kredit müqaviləsinə əsasən ona qarşı pul tələbinə dair Nizami RM-də əsassız olaraq iddia qaldırmışdır. Buna görə də sözügedən kredit müqaviləsinin məhkəmədə mübahisələndirmək zərurəti yaranmışdır. Burada sual doğuran digər məqam isə həyatda bir dəfə o da müqavilə bağlanarkən gördüyü şəxs hansı əsasla ona 50.000 (əlli min) manat məbləğində borca pul vermişdir? Həmçinin borcun qaytarılma tarixi müqavilədə 13.07.2018-ci il qeyd olunmasına baxmayaraq 3 ildir ki, bu şəxs niyə həmin pulu ondan tələb etməmişdir? Göründüyü kimi onun İddiaçı ilə pul alış-verişində olacağı hər hansısa yaxınlığı olmamış, hətta indiyədək kim olduğunu bilməmişdir. Daha bir maraqlı fakt isə İddiaçı Nizami RM-dəki pul tələbinə paralel olaraq, yenə eyni motivdə kredit müqaviləsi bağladığı Vəkil da ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı tərəfindən ona qarşı olan tələbdə isə elə vəkil və nümayəndə Vəkildur. Yuxarıda qeyd olunanlardan da açıq-aşkar görünür ki, bu müqavilə sadəcə formal olaraq İddiaçı ilə bağlanmışdır. Əslində isə onun tərəfındən ona heç bir vəsait ödənilməmişdir. Buna görə də, cavabdeh İddiaçı ilə Bakı şəhəri 53 saylı notariat ofisində bağladığı 13.01.2018-ci il tarixli, 3M-51 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh İddiaçı ilə Bakı şəhəri 53 saylı notariat ofisində bağladı 13.01.2018-ci il tarixli, 3M-51 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında 13.01.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ona 50.000 manat pul vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən "borcalan" krediti 13.07.2018-ci il tarixədək "borcverənə" qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyərək müqavilədə göstərilən müddət bitməsinə baxmayaraq iddiaçıya olan borcunu indiyədək ödəməmişdir. Eyni zamanda digər tələb üzrə analoji olaraq Cavabdeh ilə onun arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 32.000 manat məbləğində pulu 24.01.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsədə bu günə qədər qaytarmamışdır. Digər müqavilə üzrə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsini əsassız olaraq ödəmədən yayınmaq məqsədilə mübahisələndirmişdir. Ona görə də Cavabdeh iddiaçının xeyrinə 50.000 manat borcu, vurulmuş mənəvi ziyana görə 1000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını, Cavabdehlər İddiaçı və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etdi. 04 iyun 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə verilmiş iddiaya münasibət bildirərək iddianı qəbul etmədiyini, iddia ərizəsinin əsassız olduğunu, qardaşının heç bir borcunun qalmadığını, artıqlaması ilə ödədiyini və qeyd edilənlərə dair sübutlarını gələn məhkəmə iclasında təqdim edəcəyini bildirdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 25.06.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin 2(007)-2551/2021 saylı mülki iş Sizin icraatınızdadır. Bu işlə bağlı, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı öz iddia tələbini Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış, 3M-51 reyestr nömrəli, 13 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə görə əsaslandırmışdır. Halbuki, aralarında bağlanan müqavilədə alınmış borcun 50.000 (otuz iki min) manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamasına səbəb isə Rafael (***-***-**-**) adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyin pulun təminatı olaraq özü ilə deyil tanışı İddiaçı aralarında kredit müqaviləsi bağlamağı ona bildirdi. Həmçinin 2019-cu ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona faizə verdiyi pula görə iddiaçının vəkili Vəkilla da 32.000 (otuz iki min) manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. İddiaçı sadəcə notariat ofisində görmüş və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda, Rafael adlı şəxsə 40 ay, hər ay 4.000 manat olmaqla ümumilikdə 160.000 manatdan çox pul ödəmişdir. Lakin o pulu tam ödəməsinə baxmayaraq onun istək və tələbləri dayanmırdı. Bir müddət sonra isə artıq vəzifəsindən istifadə edərək onu və ailəsini təhdid etməyə başladı. Daha sonra isə ona məlum olmuşdur ki, İddiaçı kredit müqaviləsinə əsasən ona qarşı pul tələbinə dair Nizami RM-də əsassız olaraq iddia qaldırmışdır. Cavabdeh 25.06.2021-ci il tarixdə məhkəməyə icraatın dayandırılması barədə vəsatət ilə müraciət edərək bildirmişdir ki, İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin 2(007)-2551/2021 saylı mülki iş Sizin icraatınızdadır. İddiaçı öz iddia tələbini Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış, 3M-51 reyestr nömrəli, 13 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə görə əsaslandırmışdır. Halbuki aralarında bağlanan müqavilədə alınmış borcun 50.000 (otuz iki min) manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamağına səbəb isə Rafael (***-***-**-**) adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyin pulun təminatı olaraq özü ilə deyil tanışı İddiaçı aralarında kredit müqaviləsi bağlamağı ona bildirdi. Həmçinin 2019-cu ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona faizə verdiyi pula görə iddiaçının vəkili Vəkilla da 32.000(otuz iki min) manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. Hacı-zadəToğrul Rafiq oğlunu sadəcə notariat ofisində görmüş və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, Rafael adlı şəxsə 40 ay, hər ay 4.000 (dörd min) manat olmaqla ümumilikdə 160.000 (yüz altmış min) manatdan çox pul ödəmişdir. Lakin o pulu tam ödəməsinə baxmayaraq onun istək və tələbləri dayanmırdı. Bir müddət sonra isə artıq vəzifəsindən istifadə edərək onu və ailəsini təhdid etməyə başladı. Daha sonra isə ona məlum olmuşdur ki, İddiaçı kredit müqaviləsinə əsasən ona qarşı pul tələbinə dair Nizami RM-də əsassız olaraq iddia qaldırmışdır. Hal-hazırda isə İddiaçı qarşı Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış, 3M-51 reyestr nömrəli, 13 yanvar 2018-ci il tarixli “kredit müqaviləsinin etibarsız edilməsi’' tələbinə dair 2(004)- 4285/2021 saylı mülki iş Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır. Qeyd olunanlara əsasən İddiaçı ona qarşı “pul tələbinə dair” 2(007)- 2551/2021 saylı mülki iş üzrə icraatı Yasamal RM-dəki 2(004)-4285/2021 saylı mülki işə hüquqi qiymət verilib qurtaranadək dayandırılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış 13.01.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 50.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Borclu borcu 13.07.2018-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borclu ilə İddiaçı arasında 13.01.2018-ci il tarixli, 53 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən borcluya 50.000 manat dəyərində borc pul verilmişdir. Lakin borclu kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Odur ki, kredit müqaviləsi üzrə bu günə 50.000 manat məbləğində olan borc borclu tərəfindən ödənilməlidir. Borc könüllü olaraq ödənilmədiyi halda borclu barəsində Azərbaycan Respublikasının Mülki və Cinayət qanunvericiliyinin müvafiq normalarına uyğun olaraq borcun ödənilməsinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət olunacaq və çəkilən xərclər borcu tərəfindən ödəniləcəkdir. İş materiallarında olan Vəkil ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış 24.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Vəkil 32.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Borclu borcu 24.01.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, borclu ilə İddiaçı arasında 24.01.2019-cu il tarixli, 53 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən borcluya 32.000 manat dəyərində borc pul verilmişdir. Lakin borclu kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Odur ki, kredit müqaviləsi üzrə bu günə 32.000 manat məbləğində olan borc borclu tərəfindən ödənilməlidir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış 13.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Borclu borcu 13.07.2018-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Vəkil ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış 24.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Vəkil 32.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Borclu borcu 24.01.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3 cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 448.1-ci maddsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə hesab edir ki, işin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 50.000 manat borc, vurulmuş mənəvi ziyana görə 1.000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh mənəvi ziyana görə 1.000 manatın tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə Vəkil arasında bağlanmış müqavilədən görünür ki, kredit müqaviləsi 24 yanvar 2019-cu il tarixdə bğlanmışdır. Borc alan müqqavilənin 2-ci bəndinə əsasən 24 yanvar 2020-ci il tarixədək krediti borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddiaçı Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə yalnız X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etdikdən sonra müraciət etmişdir. Cavabdeh məhkəməyə və digər orqanlara ünvanladığı ərizələrdə “Halbuki aralarında bağlanan müqavilədə alınmış borcun 50.000 (otuz iki min) manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamağına səbəb isə Rafael (***- ***-**-**) adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyin pulun təminatı olaraq özü ilə deyil tanışı İddiaçı aralarında kredit müqaviləsi bağlamağı ona bildirdi. Həmçinin 2019-cu ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona faizə verdiyi pula görə iddiaçının vəkili Vəkilla da 32.000(otuz iki min) manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. Hacı-zadəToğrul Rafiq oğlunu sadəcə notariat ofisində görmüş və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, Rafael adlı şəxsə 40 ay, hər ay 4.000 (dörd min) manat olmaqla ümumilikdə 160.000 (yüz altmış min) manatdan çox pul ödəmişdir.” qeyd olunmuşdur. Qeyd olunduğu kimi Cavabdeh həmin müqaviləni əgər görünüş üçün bağlamışdırsa, o zaman müxtəlif tarixlərdə iki ayrı müqavilə bağlamazdı və müqavilələrin bağlanmasından kifayət qədər zaman keçməsinə baxmayaraq hər iki müqaviləni mübahisələndirmək əvəzinə etiraf edir ki, ödənişlər etmişdir və qarşı tərəf məhkəməyə müraciət etdikdən sonra 24 yanvar 2019-cu il tarixli müqaviləni mübahisələndirmişdir. Məhkəmə Cavabdeh qeyd etdiklərini öhdəlikdən yayınmaq məqsədilə zaman qazanmaq istəməsi kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi Cavabdeh öz iradəsi ilə Bakı şəhəri 53 saylı notariat kontorunda 13 yanvar 2018-ci il tarixdə Vəkil ilə kredit müqaviləsi bağlamışdır. Cavabdeh vəsatətlə məhkəməyə disk təqdim etmiş məhkəmə həmin diskə tək başına baxış keçirmişdir. Diskdə nalayiq ifadələr işlədildiyi üçün məhkəmə iclasında baxış keçirilməsinə zərurət duymamışdır. Diskdə olan çəkiliş ümumi söhbəti ehtiva etdiyindən məhkəmə mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda Cavabdeh iddia ərizəsində göstərdiyi bu dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 50.000 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı tələbinə dair məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 50000 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı tələbinə dair məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2551/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2551/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver