Məhkəmə qərarları › İş №2(007)-2551/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2551/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2551/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 30 ay müddətinə 30000 manat məbləğində kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanıb və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürüb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2022-ci il iyul ayının 22-dək Cavabdeh1 banka 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14746.14 AZN əsas borc, 904.61 AZN faiz borcu, 1219.44 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 16870.19 AZN borcu vardır. Cavabdeh1 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1219.44 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulan və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 304.86 AZN məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14746.14 manat əsas borc, 904.61 manat faiz borcu, 304.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15955.61 manat borcun və 137.87 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcalana İddiaçı ASC tərəfindən illik 19 faizlə 30 ay müddətinə 30000 manat məbləğində kredit verilib. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin həmin kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürüb. Maliyyə arayışından görünür ki, Cavabdeh1 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14746.14 manat əsas borc, 904.61 manat faiz borcu, 304.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15955.61 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı 137.87 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 sentyabr 2020-ci il tarixdə qanunla müəyyən olunan qaydada kredit müqaviləsi,digər Cavabdeh2 arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə kredit vəsaitini Cavabdeh1 versə də,sonuncu müqavilənin şərtlərinə əməl etməmiş, öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir.Nəticədə Cavabdeh1 banka 15955.61 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə əsas və faiz borcunun, məhkəmə xərclərinin tutulması hissəsində iddia tələblərini əsaslı hesab edir. Məhkəmə 304.86 manat cərimə borcunu əsas borca nisbətdə yüksək olduğunu nəzərə alaraq cərimənin azaldılaraq 30 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14746.14 manat əsas borc, 904.61 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla,cəmi 15680.75 manat borc və 137.87 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 24 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14746.14 manat əsas borc, 904.61 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 15680.75 manat borc və 137.87 manat dövlət rüsumu Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar