Məhkəmə qərarları › İş №2(007)-2554/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2554/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2554/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu il tarixli, 101804-673580/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 560 manat məbləğində kredit verilmiş və 27 mart 2019-cu il tarixli 101892-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə illik 0% dərəcəsi ilə maksimal limiti 3000 manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 04 may 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 101.38 manat məbləğində əsas borcu və 125.1 manat faiz borcu olmaqla, ümumilikdə 226.48 manat məbləğində kredit borcu və 27 mart 2019-cu il tarixli 101892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 81.2 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 31.46 manat cərimə borcu olmaqla, ümumilikdə 112.66 manat məbləğində kredit borcu, iki müqavilə üzrə ümumilikdə 339.14 manat məbləğində borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə- hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 27 mart 2019-cu il tarixli, 101804-673580/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 101.38 manat məbləğində əsas borcu və 125.1 manat faiz borcu olmaqla, ümumilikdə 226.48 manat məbləğində kredit borcu və 27 mart 2019-cu il tarixli 101892- PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 81.2 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 31.46 manat cərimə borcu olmaqla, ümumilikdə 112.66 manat məbləğində kredit borcu, iki müqavilə üzrə ümumilikdə 339.14 manat məbləğində borcu və 20.40 manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "İddiaçı" ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu il tarixli, 101804-673580/1 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi istehlak məqsədi üçün 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 560 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş "İddiaçı" ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu il tarixli, 101892-PC********** nömrəli kredit xətti müqaviləsindən görünür ki, cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 3000 manat olan kredit xətti ayrılmışdır. İşə əlavə olunmuş TT19086KCYFX nömrəli məxaric orderindən görünür ki, Cavabdeh 560 manat məbləğində pul vəsaiti "İddiaçı" ASC-dən əldə etmişdir. İşə əlavə olunmuş PC********** nömrəli məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd plastik kart verilmişdir. İşə əlavə olunmuş 27 mart 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, borclu banka 12 ay müddətinə hər ayın 22-dən gec olmayaraq 51.99 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin 30 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 mart 2019-cu il tarixli 105804-405515/1 nömrəli kredit müqaviləsi üzrə 101.38 manat məbləğində əsas borcu və 123.08 manat faiz borcu olmaqla, ümumilikdə 224.46 manat məbləğində kredit borcu vardır. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin 30 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 mart 2019-cu il tarixli 101892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 81.2 manat məbləğində əsas borcu, 0 manat faiz borcu, 30.65 manat cərimə borcu olmaqla, ümumilikdə 111.85 manat məbləğində kredit borcu vardır. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin Cavabdeh ünvanlanmış 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Borc ödənilmədiyi təqdirdə məkməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "İddiaçı" ASC-nin Cavabdeh ünvanlanmış 29.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Borc ödənilmədiyi təqdirdə məkməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Bankla Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu il tarixli, 101804-673580/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədi üçün 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 560 manat məbləğində kredit verilmiş və 27 mart 2019-cu il tarixli 101892-PC********** nömrəli istehlak krediti xətti müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə illik 0% dərəcəsi ilə maksimal limiti 3000 manat olan kredit xətti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hiddə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 27 mart 2019-cu il tarixli 101804-673580/1 nömrəli kredit müqaviləsi üzrə 101.38 manat məbləğində əsas borc və 123.08 manat faiz borcu olmaqla, ümumilikdə 224.46 manat, 27 mart 2019-cu il tarixli 101892-PC********** nömrəli istehlak krediti xətti müqaviləsi üzrə 81.2 manat məbləğində əsas borcu, 31.46 manat cərimə borcu olmaqla, ümumilikdə 112.66 manat.hər iki müqavilə üzrə cəmi 339.14 manat borc və 20.4 manat dövlət rüsumu tutularaq "İddiaçı" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar