Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2556/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə 199 saylı qeydlə nikaha daxil olmuşdur.Cavabdehlə rəsmi nikahdan 2 övladları dünyaya gəlmişdir.İlk əvvəl mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur.Bu səbəbdən iddiaçı nikahımın pozulması qərarına gəlmiş və bununla bağlı məhkəməyə ərizə yazmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(011)- 1520/2018 nömrəli qətnaməsi ilə cavabdehdən hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutulması qət edilmişdir. Övladları 12 iyul 2007-ci il təvəllüdlü X3 və 26 aprel 2012-ci il təvəllüdlü X4 onun himayəsindədir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1520/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması, Cavabdeh onun xeyrinə 12 iyul 2007-ci il təvəllüdlü X1 və 26 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, onun əmək haqqı çox aşağıdır. Düzdür rəsmi işlə yanaşı əlavə qazancı da olur. Lakin anası onkoloji xəstədir. Onun müalicəsi üçün hər ay xeyli miqdarda pul xərcləyir. Bundan başqa,yeni ailə qurmuşdur.Ona görə də hər ay 386 manat aliment imkanı yoxdur. Hal-hazırda qətnaməyə əsasən ödədiyi 300 manat alimentdən əlavə uşaqlara qeyri-rəsmi vəsait xərcləyir.Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(011)-1520/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 2006-cı il tarixdə Bakı şəhəri Xətai Rayon VVADQ şöbəsində 199 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 12 iyul 2007-ci il təvəllüdlü X1 və 26 aprel 2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə, 12 iyul 2007-ci il təvəllüdlü X1 və 26 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün 28 noyabr 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(011)-1520/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahdan doğulmuş 12 iyul 2007-ci il təvəllüdlü X1 və 26 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(011)-1520/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Cavabdeh İddiaçı xeyrinə 12 iyul 2007-ci il təvəllüdlü X1 və 26 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat aliment manat sabit pul məbləğində aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2556/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2556/2022
21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver