Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2562/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızına qarşı “klredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1937.84manat məbləğində kredit borcunun və 30 manat dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 19 iyun 2019-cu il tarixdə, kredit verilməsi haqqında ******* saylı kredit müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 20% ödənilməsi şərti ilə 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakın, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 08.08.2020-ci il tarixinə banka onun 1776.06 manat məbləğində əsas borcu, 161.78 manat məbləğində faiz borcu olmaqla, cəmi 1937.84 manat dəyərində borcu qalmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsümünün İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulması barədə qətnamə çıxarılmasını iddiaçı məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə iddiaçı tərəfindən 18 ay müddətində illik 20% ödəmə şərti ilə 3000 manat məbləğində kredit verilmişdir və cavabdeh həmin borcu və hesablanmış faizin ödəyəcəyi haqqında üzərinə öhdəliklər götürmüşdür. İşdə olan iddiaçı və Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli kredit müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçıdan həmin tarixdə 3000 manat dəyərində kredit götürülmüşdür İşdə olan maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya 1776.06 manat məbləğində əsas borcu və 161.78 manat məbləğində faiz borcu olmaqla, ümumillikdə cəmi 1937.84 manat məbləğində borcu qalmışdır. İşdə olan ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 30 manat məbləğındə dövlət rüsümü ödənilmişdir. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh onun QSC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 19 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 19 iyun 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 1776,06 manat məbləğində əsas borcu, 161,78 manat məbləğində faiz borcu olmaqla, ümumi məbləği 1937,84 manat (bir min doqquz yüz otuz yeddi manat səksən dörd qəpik) əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2562/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2562/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver