Məhkəmə qərarları › İş №2(007)-2562/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2562/2024

14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2562/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277.40 manat dəyərində vəsaitin alınıb Bakı şəhəri Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-344/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “Attenti’’ markalı 35655194 nömrəli mobil nəzarət qurğusu, bir ədəd eyni markalı C33682 nömrəli elektron qolbaq, bir ədəd mobil qurğunun enerjadapteri, yaddaş kitabçası məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İcra məmurunun təqdimatına əsasən məhkum Cavabdeh cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı məhkum Cavabdeh üzərinə baxış keçirilmiş və ona təhvil verilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir. Məhkum Cavabdeh həmin ENV-ləri itirdiyini bildirmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş materialları :

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli “hökmün icrası barədə göstəriş”dən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin X1 haqqında 1(001)-344/2022 saylı, iş üzrə 22 iyul 2022-ci il tarixli hökmü icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə göndərilmişdir.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-344/2022 saylı, iş üzrə 22 iyul 2022-ci il tarixli hökmündən görünür ki, X1 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

5. xx.xx.2023-cü il tarixli, İddiaçı “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokol”dan görünür ki, Cavabdeh 1 ədəd “ATTENTİ” markalı, 33682 seriya nömrəli elektron nəzarət qurğusu təhvil verilmiş, istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(011)-272/2024 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-344/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində təyin olunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 19 (on doqquz) gün hissəsi, iki günə bir gün hesabı ilə nəzərə alınmaqla 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.

7. "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Probasiya Xidmətinin qeydiyyatında olan, “ATTENTİ” markalı elektron nəzarət vasitələrinin 1 ədədinin dəyəri 1930 manat, ƏDV 347.40 manat olmaqla, cəmi məbləğ 2277.40 təşkil edir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

9. İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

12. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr;

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.

14. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

15. İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclası tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının əlavə araşdırılması üçün təxirə salınmışdır.

16. Məhkəmə tərəfindən tərəflərə növbəti məhkəmə hazırlıq iclası və məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər.

17. Həmçinin İddiaçınə sorğu edilərək icra işi tələb edilmiş iddia tələbinin faktiki əsasını təşkil edən halları təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi tələb edilmiş, iddiaçı tərəf öz iddia tələbini müdafiə etmək üçün prosessual maraq göstərməmiş və heç bir məhkəmə iclasında iştirak etməmiş və ya müvafiq sübutları təqdim edərək məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

18. Həmçinin Cavabdeh cəza çəkdiyi Bakı şəhəri 16 saylı Cəzaçəkmə müəssisəsinə məhkəmə bildirişi göndərilməklə ona qarşı irəli sürülmüş iddia tələbi barədə məlumat verilməsinə baxmayaraq cavabdeh iddia tələbinə münasibət bildirməmiş, işə baxılmasını məhkəmədən xahiş etməmişdir.

Nəticə :

19. Beləliklə, məhkəmə qeyd edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyi, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar