Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2576/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Birgə nikahdan 18 sentyabr 2008-ci ildə X2 anadan olub. Nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-2535/2018 saylı qətnaməsi ilə pozulub. Qətnaməyə əsasən 18 sentyabr 2008-ci ildə doğulan X1 onun yanında saxlanılması, həmçinin Cavabdeh 18 sentyabr 2008-ci ildə doğulan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunub.Uşaq böyüyür və onun tələbatı da getdikcə artır. Uşağın sağlamlığının təmin olunması üçün tez-tez həkim müayinəsindən keçirmək lazım gəlir. Bu isə əlavə xərclər tələb edir. Ancaq cavabdeh bir valideyn kim uşaqla qətiyyən maraqlanmır. Uşağın bütün problemlərini, qayğısını o təkbaşına həll etmək məcburiyyətində qalmışdır. O isə heç bir yerdə işləmir. Təyin olunan 154 manat aliment uşağın tələbatının çox cüzi bir hissəsini ödəməyə çatır.Buna görə də görə də o “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-2535/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat alimentin və mediyasiya xidməti üçün ödədiyi 50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, o fəhlə işləyir, cəmi hər ay 150 manat əmək haqqı alır, ona görə də, hər ay 250 manat aliment imkanı yoxdur. O cəmi hər ay 200 manat aliment ödəyə bilər. Xahiş edir ki iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib iddia tələbini iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-(010)2535/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 23 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilib Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini,eləcə də cavabdehin iddianı qismən,200 manat hissədə qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-(010)2535/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılmalı, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və mediyasiya xidməti üçün iddiaçının ödədiyi 50 manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-(010)2535/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediyasiya xidməti üçün iddiaçının ödədiyi 50 manat pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2576/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2576/2022
13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver