Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2593/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "Unibank” KB ASC-nin Cavabdeh qarşı “vərəsələrdən kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Unibank” KB ASC. Cavabdeh- Cavabdeh. Müqavilə- "Unibank” KB ASC ilə X4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə. Müqavilənin predmeti- kredit müqaviləsi. Tələb olunan məbləğ- 1272,26 manat əsas borc, 506,49 manat faiz borcu olmaqla, cəmi 1778,75 manat borc və 37,79 manat dövlət rüsumu. Sübutlar- Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, ölüm haqqında şəhadətnamənin surəti, "Unibank” KB ASC tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notaiat ofisinə ünvanlanılmış xx.xx.2023-cü il tarixli sorğu, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notaiat ofisinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 1151.1-ci və 1306.1-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tariхli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 81 ay müddətinə illik 18 faiz ödənilmək şərti ilə 3014 manat məbləğində kredit verilmişdir. Lakin bu müddət ərzində borclu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. "xxxx" KB ASC tərəfindən göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 4 saylı “Asan Xidmət" mərkəzində notariat ofisinin cavab məktubu ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 adına olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə dair həmin ünvanda qeydiyyatda olan vərəsəsiarvadı Cavabdeh xx.xx.2021-ci il tarixdə 2V-1335 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin verilməsi müəyyən edilmişdir. X1 iddiaçıya olan borcunun cavabdehdən tutulması üçün hüquqi əsas yaranmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X4 xx.xx.2018-ci il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X4 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 vəfat etdiyindən və onun vərəsəsi Cavabdeh olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də X4 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh da onun vərəsəsi olduğundan yaranmış borc məbləği və digər xərclər onun tərəfindən ödənilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018-ci il tariхli kredit müqaviləsi üzrə 1272,26 manat əsas borc, 506,49 manat faiz borcu olmaqla, cəmi 1778,75 manat borc məbləği və ödənilmiş 37,79 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2593/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2593/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver